Peyğəmbərimizə (s.ə.s.) gətrilən salavatlar
للّٰهُمَّ صَلِّ عَلَى الذَّاتِ الْمُحَمَّدِيَّةِ اللَّط۪يفَةِ اْلاَحَدِيَّةِ شَمْسِ سَمَٓاءِ اْلاَسْرَارِ وَمَظْهَرِ اْلاَنْوَارِ وَمَرْكَزِ مَدَارِ الْجَلاَلِ
وَقُطْبِ فَلَكِ الْجَمَالِ اَللّٰهُمَّ بِسِرِّهِ لَدَيْكَ وَ بِسَيْرِهِٓ اِلَيْكَ اٰمِنْ خَوْف۪ى وَاَقِلْ عُثْرَت۪ى وَاَذْهِبْ حُزْن۪ى وَحِرْص۪ى
وَكُنْ ل۪ى وَ خُذْنِٓى اِلَيْكَ مِنِّى وَارْزُقْنِى الْفَنَٓاءَ عَنِّى وَلاَ تَجْعَلْن۪ى مَفْتُونًا بِنَفْس۪ى مَحْجُوبًا بِحِسِّى
وَاكْشِفْ ل۪ى عَنْ كُلِّ سِرٍّ مَكْتُومٍ يَا حَىُّ يَا قَيُّومُ يَا حَىُّ يَا قَيُّومُ يَا حَىُّ يَا قَيُّومُ
(üç dəfə)
Allahım, sirlər səmasının günəşi, nurların məzhəri, cəlal dairəsinin mərkəzi, camal aləminin qütbü olan Muhəmmədin ilahi isimlərə əhadiyyət təcəllisinə ən yüksək dərəcədə layiq görülmüş lətif zatına səlat et! Allahım, o zatın dərgahındakı sirri və imanla, ibadətlə mənəvi məqamları aşaraq Sənə yaxınlaşması hörmətinə qorxumu hüzura çevir. Məni maddi-mənəvi enişlərdən qoru. Lüzumsuz şeyləri əldə edə bilməməkdən doğan kədər və hərislik hissini aradan qaldır, köməyini əskik eləmə. Gözlərimi yalnız ilahi rizaya çevirərək məni ibadətdə kamala çatdır. İçimdəki mənəm-mənəmlik, təkəbbür və ənaniyyət (eqoizm) hissini yox etməklə mənə ruzi ver. Məni nəfsimə məftun və hissə qapılan bəsirətsizlərdən etmə; məni gizli sirrlərə vaqif eylə! Ey varlıqlara həyat verib cana gətirən, Öz həyatı isə özündən, əzəli və əbədi olan, varlığıyla bütün varlığı nizamla var edən, Öz varlığı isə heç bir varlıqdan asılı olmayan ya Həyyu, ya Qəyyum, ya Həyyu, ya Qəyyum, ya Həyyu, ya Qəyyum.