6. 910 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Allaha ən yaxın olduğumuz yer səcdə olduğuna görə səcdədə istədiyimiz kimi Allaha dua edə bilərikmi?

İnsan namaz xaricində səcdəyə qapanıb istədiyi qədər və istədiyi şəkildə dua edə bilər. Lakin namazda ikən səcdəyə getdiyimizdə dua etməyə gəlincə,  alimlər bu mövzuda həssas davranmışlar və belə bir yerdə ediləcək duanın Qurandan və ya ən azından məşhur hədislərdə keçən kəlmələr ibarət olmasının vacibliyini bildirmişlərdir. Namazın içindəykən, səcdədə bir şəxs öz sözləriylə dua edərsə namaz pozular.

Buna görə namazlarımızda Rəsulullahdan (s.ə.s) rəvayət edilən məşhur hədislərdəki dualarla, Quran ayələrində olan duaları oxuyaraq bunlarla Allaha dua edə bilərik. Lakin namazın nə səcdəsində, nə rükûsunda nə də başqa bir şərtinə ona bəşər kəlamı qarışdırmamalıdır. İmam olaraq camaata namaz qıldırdığımızda isə yalnız sünnət olan təsbehləri oxumalı, namazı qısa tutmalı, edilə biləcək əlavə duaları isə sünnət/nafilə namazlara saxlamalıyıq. Çünki, camaata çətinlik çıxarma və onları namazdan soyutma ehtimalımız var.



Açar sözləri

namaz duaları səcdə

Bənzər məqalələr

Tilavət səcdəsi

Qurani-Kərimdə on dörd səcdə ayəsi var. Bu ayələrdən hər hansı birini oxuyan və ya dinləyən səcdə etməlidir. Həmin səcdəyə tilavət səcdəsi deyilir.

Tədili-ərkan

“Tədili-ərkan” namazın bütün rüknlərini düzgün, tam yerinə yetirmək deməkdir. Yəni namazda rüku, rükudan sonra qiyam (ayaq üstə dayanma), səcdə və iki səcdə arası oturuşu layiqincə, tam şəkildə və yerli-yerində etməyə tədili-ərkan deyilir. Bu sözün əvəzinə “etidal” və “itminan” sözləri də işlədilir.

Cəlsə və qadə nədir?

Namazda birinci səcdədən qalxandan sonra, ikinci səcdəyə gedənə qədər keçən müddət ərzində bir qədər oturmaq cəlsə, ikinci və sonuncu rükətlərində müəyyən qədər oturmaq isə qadə adlanır.

Səcdə

Səcdə nədir? Ərəb dilində “s-c-d” kökündən törəyən “səcdə” kəlməsi lüğətlərdə “itaət, təslimiyyət və təvazö ilə əyilmək, baş əymək, təzim etmək, alını yerə qoymaq” mənalarında işlədilir. Fiqh termini olaraq səcdə namazın hər rükətində müəyyən üzvləri (ayaqlar, dizlər, əllər, alın və burun) yerə və ya yerə bitişik səthə qoyaraq iki dəfə yerə qapanmaq deməkdir. Məscid sözü də […]

Rəsulullahın (s.ə.s) təhəccüdə qalxanda oxuduğu dua

Allahım, Sənə həmd olsun. Sən səmaları, yeri və içində olanları var edən Qayyumsan. Sənə həmd olsun. Sən səmaların, yerin və içindəkilərin həqiqi sahibi olan Məliksən. Və Sənə həmd olsun, Sən səmaların, yerin və içindəkilərin Nurusan.


Şərh yaz