Sual: Allaha ən yaxın olduğumuz yer səcdə olduğuna görə səcdədə istədiyimiz kimi Allaha dua edə bilərikmi?
İnsan namaz xaricində səcdəyə qapanıb istədiyi qədər və istədiyi şəkildə dua edə bilər. Lakin namazda ikən səcdəyə getdiyimizdə dua etməyə gəlincə, alimlər bu mövzuda həssas davranmışlar və belə bir yerdə ediləcək duanın Qurandan və ya ən azından məşhur hədislərdə keçən kəlmələr ibarət olmasının vacibliyini bildirmişlərdir. Namazın içindəykən, səcdədə bir şəxs öz sözləriylə dua edərsə namaz pozular.
Buna görə namazlarımızda Rəsulullahdan (s.ə.s) rəvayət edilən məşhur hədislərdəki dualarla, Quran ayələrində olan duaları oxuyaraq bunlarla Allaha dua edə bilərik. Lakin namazın nə səcdəsində, nə rükûsunda nə də başqa bir şərtinə ona bəşər kəlamı qarışdırmamalıdır. İmam olaraq camaata namaz qıldırdığımızda isə yalnız sünnət olan təsbehləri oxumalı, namazı qısa tutmalı, edilə biləcək əlavə duaları isə sünnət/nafilə namazlara saxlamalıyıq. Çünki, camaata çətinlik çıxarma və onları namazdan soyutma ehtimalımız var.