31. 783 dəfə oxunub ,   1 şərh   Çap et

 سُبْحَانَ رَبِيَّ الأَعْلَى

Oxunuşu: “Subhanə rabbiyəl alə

Mənası: “Sübhansan ya Rəb! Səni təsbeh edirəm, Sən nöqsan sifətlərdən, əksik və qüsurdan, şərik və yardımçıdan münəzzəhsən, ucasan”

 سُبْحَانَكَ اللَّهُمَّ رَبَّنَا وَبِحَمْدِكَ اَللَّهُمَّ اغْفِرْ لِي

Oxunuşu: “Subhanəkəllahummə rabbənə va bihəmdikə allahumməğfirli

Mənası: Ey Rəbbimiz! Allahım, Səni Sənə məxsus olan həmd ilə təsbeh edirəm. Allahım, məni məğfirət eylə.

اللَّهُمَّ إِنِّى أَعُوذُ بِرِضَاكَ مِنْ سَخَطِكَ، وَبِمُعَافَاتِكَ مِنْ عُقُوبَتِكَ، وَأَعُوذُ بِكَ مِنْكَ، لاَ أُحْصِى ثَنَاءً عَلَيْكَ أَنْتَ كَمَا أَثْنَيْتَ عَلَى نَفْسِكَ

Oxunuşu: “Allahummə inni əuzu birridakə min saxatikə va bimuafatikə min uqubətikə va əuzu bikə minkə lə uhsi sənəən aləykə əntə kəmə əsnəytə alə nəfsikə

Mənası: Allahım, qəzabından rızana, əzabından əfiyətinə, Səndən Sənə (cəlalından camalına) sığınıram. Səni şanına layiq mədh və tərif etmədən aciz qaldığımı etiraf edirəm.

اللَّهُمَّ لَكَ سَجَدْتُ، وَبِكَ آمَنْتُ، وَلَكَ أَسْلَمْتُ، سَجَدَ وَجْهِىَ لِلَّذِى خَلَقَهُ فَصَوَّرَهُ، فَشَقَّ سَمْعَهُ وَبَصَرَهُ، تَبَارَكَ اللَّهُ أَحْسَنُ الْخَالِقِينَ، خَشَعَ سَمْعِي وَبَصَرِي وَدَمِي وَلَحْمِي وَعَظْمِي وَعَصَبِي وَمَا اسْتَقَلَّتْ بِهِ قَدَمِي لِلَّهِ رَبِّ الْعَالِمِينَ

Oxunuşu: “Allahummə ləkə səcədtu va bikə əməntu va ləkə əsləmtu səcədə vəchiyə lilləzi xaləqəhu fəsavvərahu fəşaqqə səmahu va bəsarahu təbərakəllahu əhsənul xaliqin. xaşaə səmi va bəsari va dəmi va ləhmi va azmi va asabi va məstəqalət bihi qadəmi lilləhi rabbil aləmin. “

Mənası: Allahım, Sənə səcdə etdim, Sənə inandım, Sənə təslim oldum. Üzüm, onu yaradıb, müəyyən bir şəklə salan Rəbbinə səcdə edir. Qulaq və göz də Yaradanına səcdə edir. Hər şeyi ən gözəl bir şəkildə yaradan Rəbbim, Sən nə ucasan. Qulağım, gözüm, qanım, ətim, sümük və əsəblərim, ayaqlarımın daşıdığı hər şey, aləmlərin Rəbbi olan Allaha boyun eyib, itaət edir.

سُبُّوحٌ قُدُّوسٌ رَبُّ الْمَلاَئِكَةِ وَالرُّوح

Oxunuşu: “Subbuhun quddusun rabbul mələikəti var ruhi

Mənası: Ey bütün əksik və qüsurlardan münəzzəh olan Sübbuh; bütün ali vəsifləri, kamal, fəzilət və gözəllik sifətlərini Zatında cəmləşdirən Qüddüs; ey mələklərin və Ruhun Rabbi! Səni təsbeh və təqdis edirəm

اللَّهُمَّ اغْفِرْ لِي ذَنْبِي كُلَّهُ، دِقَّهُ، وَجِلَّهُ، أوَّلَهُ وَآخِرَهُ، سِرَّهُ وَعَلاَنِيتَهُ، سُبْحَانَ ذِى الْجَبَرُوتِ وَالْمَلَكُوتِ وَالْكِبْرِيَاءِ وَالْعَظَمَةِ

Oxunuşu: “Allahum məğfirli zənbi kulləhu diqqəhu va cilləhu əvvələhu va əxirahu sirrahu va aləniyətəhu subhanə zil cəbəruti vəl mələkuti val kibriyəi val azəməti

Mənası: Allahım, kiçik-böyük, keçmiş-gələcək, gizli-açıq bütün günahlarımı bağışla. Cəbərut (əsma-sifat və ya bərzəx aləmi), mələkut (məlaikə və ruhanilərə məxsus aləm yəni görünən varlıqların pərdə arxası), kibriya (ululuq) və əzəmət sahibi Allahı təsbeh ediriəm.



Açar sözləri

namaz duaları səcdə

Bənzər məqalələr

Tilavət səcdəsi

Qurani-Kərimdə on dörd səcdə ayəsi var. Bu ayələrdən hər hansı birini oxuyan və ya dinləyən səcdə etməlidir. Həmin səcdəyə tilavət səcdəsi deyilir.

Tədili-ərkan

“Tədili-ərkan” namazın bütün rüknlərini düzgün, tam yerinə yetirmək deməkdir. Yəni namazda rüku, rükudan sonra qiyam (ayaq üstə dayanma), səcdə və iki səcdə arası oturuşu layiqincə, tam şəkildə və yerli-yerində etməyə tədili-ərkan deyilir. Bu sözün əvəzinə “etidal” və “itminan” sözləri də işlədilir.

Cəlsə və qadə nədir?

Namazda birinci səcdədən qalxandan sonra, ikinci səcdəyə gedənə qədər keçən müddət ərzində bir qədər oturmaq cəlsə, ikinci və sonuncu rükətlərində müəyyən qədər oturmaq isə qadə adlanır.

Səcdə

Səcdə nədir? Ərəb dilində “s-c-d” kökündən törəyən “səcdə” kəlməsi lüğətlərdə “itaət, təslimiyyət və təvazö ilə əyilmək, baş əymək, təzim etmək, alını yerə qoymaq” mənalarında işlədilir. Fiqh termini olaraq səcdə namazın hər rükətində müəyyən üzvləri (ayaqlar, dizlər, əllər, alın və burun) yerə və ya yerə bitişik səthə qoyaraq iki dəfə yerə qapanmaq deməkdir. Məscid sözü də […]

Rəsulullahın (s.ə.s) təhəccüdə qalxanda oxuduğu dua

Allahım, Sənə həmd olsun. Sən səmaları, yeri və içində olanları var edən Qayyumsan. Sənə həmd olsun. Sən səmaların, yerin və içindəkilərin həqiqi sahibi olan Məliksən. Və Sənə həmd olsun, Sən səmaların, yerin və içindəkilərin Nurusan.


1 şərh yazılıb
  1. ramil , 10/09/2014 tarixində, saat 05:09

    Allah sizdən razı olsun. Çox xahiş edirəm imkan varsa duaların oxunuşunu latın hərfləri ilə yaza bilsəniz gözəl olardı.
    Təəssüf ki ərəbcə oxuya bilmirəm. Allah amanında olun.

Şərh yaz