Sual: Səfərə gedilən yerdə on beş gündən artıq qalmağa niyyət edən şəxsə oruc tutmaq fərzdir?
Cavab: Səfərə çıxan şəxslər isətəsələr oruc tutmazlar. Evdən çıxdıqdan sonra yolçu (səfəri) sayılırlar. Ancaq səfərə çıxan şəxslərin oruclu olması fəzilətlidir. Səfərə gedilən yerdə on beş gündən az qalmağa niyyət edən şəxs istəsə oruclarını tutmaz, lakin sonradan tutmadığı orucları qəza edər. Ancaq gedilən yerdə on beş gündən çox qalmağa niyyət edildiyi təqdirdə oruc tutmaq fərzdir.