Rəsulullahın (s.ə.s) təhəccüdə qalxanda oxuduğu dua

Allahım, Sənə həmd olsun. Sən səmaları, yeri və içində olanları var edən Qayyumsan. Sənə həmd olsun. Sən səmaların, yerin və içindəkilərin həqiqi sahibi olan Məliksən. Və Sənə həmd olsun, Sən səmaların, yerin və içindəkilərin Nurusan.

8. 104 dəfə oxunub 2 şərh yazılıb
Rəsulullahın səfər ədəbi

Səfər – yol getmək, bir yerdən başqa yerə gedib-gəlmək, səyahət, yolçuluq və s. mənalarını verir. Səfərlər insan həyatının ayrılmaz parçasıdır. İnsanlar adətən ticarət etmək, elm öyrənmək, qohum-əqrəbaları ziyarət etmək, dinin vacib əmrlərini yerinə yetirmək məqsədi ilə səfərə çıxırlar. Səfərdə əsas meyar dinin halal saydığı bir məqsədə xidmət etməsi və bu məqsədin Allahın rizasına zidd olmamasıdır.

3. 581 dəfə oxunub 0 şərh yazılıb
Ticarətdə kar həddi

İslamda alış-verişdə hər hansı kar məhdudiyyəti (həddi) qoyulmamışdır. Yəni Quran və Sünnədə və səhabələrin tətbiqatında buna rast gəlinmir. Ticarətdə hər hansı kar (qazanc) məhdudiyyətinin gətirilməməsi, ticarət həyatının daha canlı olması nöqteyi-nəzərindən olduqca əhəmiyyətlidir. Əgər ticarətdə hər hansı kar həddi qoyulmuş olasaydı bir çox çətinliklər ortaya çıxardı.

7. 476 dəfə oxunub 0 şərh yazılıb
Quran əmrlərində tədricilik

Sual: İslamı təbliğ edərkən müəyyən məsələlərdən danışmamaq, “Kitabın bir hissəsinə inanır, digər hissəsini inkar edirsiniz?” ayəsinin təhdidinə tuş gələ bilərmi? Bu mövzuda hansı üslubdan istifadə edilməlidir?

2. 925 dəfə oxunub 0 şərh yazılıb
Sədəqə nədir?

Allah rizası üçün kasıblara verilən şeylər sədəqədir. Sədəqə Allaha yaxınlaşmaq, savab və mükafata nail olmaq üçün sidqi-ürəkdən verildiyinə görə sədəqə adlandırılmışdır. Bu kəlmələrin hər ikisi – sidq və sədəqə eyni kökdən törəmişdir. İnsan bir mənada Allaha olan sədaqətini sədəqə ilə göstərir. Hansı əməllər sədəqə sayılır?

27. 730 dəfə oxunub 0 şərh yazılıb
Allah Rəsulunun (s.ə.s) həyat xronologiyası

PDF yülə / bax 545 − Rəsulullahın (s.ə.s) atası Abdullahın doğum tarixi 552 − Rəsulullahın (s.ə.s) anası Əminənin doğum tarixi 555 − Möminlərin anası Hz. Xədicənin (r.anha) doğum tarixi 569 − Abdullah və Əminənin evlənməsi 571 − Rəsulullahın (s.ə.s) atası Abdullahın vəfatı 571 − “Fil” hadisəsi baş verir və Əbrəhənin ordusu Məkkə yaxınlığında darmadağın olur. […]

7. 920 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Doğruluq və dürüstlük

Doğruluq söz, düşüncə və davranışda əksini tapır. Düzlük və dürüstlük həm doğru danışmaq, həm doğru düşünmək, həm də davranış və əməllərdə bunu əks etdirməkdir. İnsan hər işdə düz danışmalı, öz ziyanına və ya yaxınları əleyhinə olsa belə, doğru sözü söyləməyi bacarmalıdır. Dürüstlükdən hasil olan etimad hissi qarşılıqlı münasibətlərin qüvvətlənməsində, həmrəylik hissinin güclənməsində mühüm rol oynayır.

39. 987 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Quran və Sünnədə namaz vaxtları

Namazı vaxtında qılmaq əda, vaxtından sonra qılmaq isə qəza sayılır. Çalışmaq lazımdır ki, namazlar qəzaya qalmasın, hər biri öz vaxtında qılınsın. Gündəlik beş vaxt namaz qəza edildiyi halda, cümə, bayram və sünnə namazları qəza edilmir. Namazın mükəlləf üzərinə vacib və məqbul olması üçün namaz vaxtlarını bilmək şərtdir. Namaz vaxtları Kitab və Sünnə ilə müəyyənləşdirilmişdir.

20. 651 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Namazı vacib edən dəlillər

“Səlat” kəlməsi Qurani-Kərimdə dua və namaz mənasında 78 ayədə tək formada və 5 ayədə isə ismin cəm formasıda “sələvat” kəlməsi ilə qeyd olunur. 3 ayədə namaz qılanlar (musallin) şəklində işlədilir. Bundan başqa 14 ayədə cəm formasında “namaz qılın”, 4 ayədə tək əmr şəklində “namaz qıl” buyurulur və 24-ə yaxın ayədə keçmiş zamanda “namaz qılanlar”dan bəhs olunur.

2. 939 dəfə oxunub 0 şərh yazılıb
Yardımlaşma

Yardımlaşma dinimizin əsaslarından biridir. Dinimizdə yardımlaşmanın zəkat, fitrə sədəqəsi, infaq, sədəqə, borc vermə, mömin qardaşının maddi-mənəvi bir sıxıntısını aradan qaldırma, yaşlı bir insanın qoluna girib yolun qarşı tərəfinə keçirmə, dostlara kömək eləmə kimi müxtəlif şəkilləri vardır. Bəndələrə əl uzadana Allah da kömək edər, dar gündə dadına çatar.

9. 349 dəfə oxunub 0 şərh yazılıb
Titrək niyazlar

Allahım! Dünyanın dörd bir yanında məzlum, məğdur və dağınıq vəziyətdə olan qardaşlarımıza, dostlarımıza, bizi sevənlərə çıxış yollarını göstər!

4. 020 dəfə oxunub 0 şərh yazılıb
Duanın psixoloji faydaları

Dua etmək ehtiyacı insanda yaradılışdan vardır. Bu səbəbdəndir ki, dua bütün dinlərdə mövcuddur. Üstün bir varlığa inanan hər bir insan bu və ya başqa şəkildə dua edir. İnsanlar ömür karvanında bir çox müşküllərlə qarşılaşır, kədər, çətinlik, acizlik, çarəsizlik və ümidsizliyə düçar olurlar. Dua insanda psixoloji bir rahatlıq, hüzur və xoşbəxtlik meydana gətirir.

11. 164 dəfə oxunub 1 şərh yazılıb
tesvir
Rəsulullahın dəvət ədəbi

Dəvət – ehtiram və sevgi göstərmək məqsədi ilə verilən yemək, çay, ziyafət, məclis və yığıncaq mənasına gəlir. Müsəlmanların aralarındakı sevgi və dostluq münasibətlərini gücləndirən ədəb qaydalarından biri də dəvətə getməkdir. Çağırılan yerə getmək müsəlmanın vəzifəsidir. Bunu Allah Rəsulu (s.ə.s) bəyan edir: “Yeməyə dəvət ediləndə gedin, oruc tutmusunuzsa, ziyafət verənə dua edin, oruclu deyilsinizsə, yeyin”

4. 176 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Ağlamaq

Ağlamaq – acı, kədər, peşmançılıq və bəzən də sevincdən göz yaşı tökmək, üzülmək, iztirab çəkmək, kədərlənmək mənalarını verir. Ağlamağın səbəbləri – Allah qorxusu, sevgisi, qiyamət, hesab və Cəhənnəm əndişəsi, Cənnət nemətləri yaxud da dünya işləri ilə bağlı sevinc və kədər hisləri. Dinimizdə həddən artıq gülmək xoş qarşılanmamış, əksinə günah əndişəsi ilə ağalamaq tövsiyə olunmuşdur.

13. 607 dəfə oxunub 0 şərh yazılıb
Ərəfə günü və qədr gecəsi duası

Allahım! Sən bağışlayansan, bağışlamağı sevənsən, məni bağışla

13. 883 dəfə oxunub 0 şərh yazılıb
Rəsulullahın (s.ə.s) yatış və uzanma tərzi

Ərəbcə “nəvm” sözünün qarşılığı olan yuxu bədənin dincəlib yenidən fəaliyyətə başlaması üçün vücuddan və xarici aləmdən gələn siqnalları müvəqqəti olaraq qəbul etməməsi, daxili orqanların fəaliyyətinin passivləşməsi deməkdir. Yuxu insanlar üçün bir nemətdir. Bütün günü işləyib yorulan vücud gecə istirahəti ilə əvvəlki gücünü bərpa edir.

14. 848 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Cənazə namazı

Cənazə namazı Allahın şəninə tərif və Ona ibadət, Rəsulullaha salət-salam və mərhuma duadan ibarətdir. Cənazə namazında rüku, səcdə yoxdur, rüknləri iftitah təkbiri və qiyam ilə birlikdə dörd təkbirdir. Namazı bitirərkən salam vermək vacibdir. Sünnətləri isə Allaha həmd etmək, Rəsulullaha salavat gətirmək, həm mərhuma, həm də müsəlmanlara dua etməkdən ibarətir.

17. 056 dəfə oxunub 0 şərh yazılıb
tesvir
İbadətin mənası nədir?

Sual: İbadətin mənası nədir? İbadət nə üçün əmr olunub? Cavab: İbadətin mənası qulun Allahın hüzurunda öz qüsurlarını, acizliyini və fəqirliyini görüb Onun Qüdrəti və Rəhməti qarşısında heyrət və məhəbbətlə səcdə etməsidir…

3. 555 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Kimin ehtiyacı var?

Bir xəstə ona israrla faydalı dərman içirməyə çalışan şəfqətli həkimə bu təkidin müqabilində: “Sənin nə ehtiyacın var ki, belə israr edirsən?” – deyib etiraz etsə, nə qədər mənasız olar. Çünki həkim xəstəni düşündüyü üçün “Bu vitaminləri gündə beş dəfə atmalısan” deyir, hətta qapıdan çıxanda da israrla bunların vacibliyini xatırladır. Mənəvi duyğularımızın qidası, qürur, nəfs və şeytan kimi bir çox mikrobların “antibiotiki” olan namaza, əlbəttə, bizim ehtiyacımız var.

2. 584 dəfə oxunub 2 şərh yazılıb
tesvir
Ticarət həyatında dua

“Kim bazara girəndə “Allahdan başqa ilah yoxdur. O, birdir, şəriki yoxdur. Mülk və həmd Ona məxsusdur. Dirildir və öldürür. O, Hayydır, ölməz. Xeyir Onun əlindədir. Onun gücü hər şeyə yetər” deyərsə, Allah ona minlərlə savab yazar, onun minlərlə günahını əfv edər və onu minlərlə dərəcə yüksəldər”.

19. 380 dəfə oxunub 1 şərh yazılıb


  Facebook səhifəmizi bəyənin