3. 442 dəfə oxunub ,   0 şərh   Çap et

Səhmlər bir şirkətlə qazancda və zərərdə şərikliyi göstərən sənədlərdir. Ticari gəlir və ya itki nəticəsində şirkətin gəlirləri artır və azalır. Həm də bu səhmlər qeyd olunan “nominal” dəyərdən daha çox, səhm birjasında formalaşan bazar qiymətləri ilə alınıb-satılır.

İstiqrazlar isə fond birjasında alınıb-satılan, bank, şirkət və ya dövlət tərəfindən faiz qarşılığında borc pul tapmaq üçün çıxarılan nominal dəyərləri bərabər olan sənədlərdir. Pul dəyəri və kuponlardan ibarətdir. Kuponlar əsasən illik olub ödəniləcək faiz miqdarını bildirir. İstiqrazlar faizlə həyata keçirilən əmə­liyyat olduğundan haramdır. Ancaq haram olması bunları zəkatdan azad etmir. Belə ki, qızıl məmulatlardan zinət əşyası kimi istifadə etmək kişilərə haram olsa da, həmin qızıl nisab miqdarına çatmışsa, zəkatı verilməlidir. İstiqrazların zəkatı da eynilə bunun kimidir.

Səhm və istiqrazların zəkatına gəlincə isə müasir alimlərin bu haqda iki fərqli fikri var:

1. Əgər səhmlər və istiqrazlar birjada alınıb-satılmaq və beləcə ticarət malı kimi gəlir götürmək məqsədi ilə saxlanılırsa, onda ticarət əmtəəsi kimi zəkatı verilməlidir. Yəni nisab miqdarına (85 qram qızıl) çatırsa, 2,5%-i zəkat üçün ayrılmalıdır. Lakin faizli borc sənədləri və digər sənədlər sadəcə gəlirindən qazanc götürmək və bu yolla yatırım qoymaq üçün saxlanırsa, əkin məhsulları kimi, fabrik və binaların zəkatında olduğu kimi təmiz gəlirin 10%-i nisbətində zəkatı verilir.

2. Səhmlər və istiqrazlar (istər ticarət, istərsə də gəlir götürmək məqsədi ilə olsun) əgər nisab miqdarına çatıbsa, 2,5% nisbətində zəkatı verilir. Çünki bunlar əkin məhsullarından çox, kağız pullara oxşayır.

Yusif Qardavi səhmləri iki hissəyə ayıraraq belə deyir: “Əgər şirkət idxalat və ixracatla məşğul olan sırf ticarət şirkətidirsə, onun səhm və gəlirlərinin ümumi cəminin 2,5%-i zəkata ayrılmalıdır. Lakin şirkət neft məhsulları, geyim, dəmir, polad kimi həm ticarətlə, həm də istehsalla məşğul olursa, səhmlərinin xalis gəlirlərinin 10%-ni zəkat verməlidir”.[1]


[1]  Qardavi, “Zəkat”, 1/523 vd.

 



Açar sözləri

zəkat

Bənzər məqalələr

Zəkat necə hesablanır

 Zəkat, qızıl, valyuta və axarı olan, yəni gəlir gətirən mallardan verilir. Qızıl və valyuta, yəni hər hansı pul növü 80,18 qramdan çox olarsa zəkata tabe olur.

Zəkat borcunu ödə, kasıbın haqqını ver!

“Zəkat insanın istəyinə buraxılmış bir sədəqə deyil, eqoizminə və xəsisliyinə qalib gələ bilən möminlərin həmrəyliyini reallaşdıran bir növ müəssisələşmiş, məcburi və dəruni bir ədalətdir. Zəkat hər şey kimi mal-mülkün də Allaha aid olduğunu, insanın ondan kefi istədiyi kimi istifadə etmək haqqını daşımadığını, hər kəsin cəmiyyətin bir üzvü olduğunu daima xatırladır”.

Fitr sədəqəsinin verilmə vaxtı

Sual: Ramazan bayramından əvvəl verilən fitrə sədəqəsinin hökmü nədir?

Varlılar kasıblardan üstündürlərmi?

İslam, ehtiyac sahibi bir şəxsin  başqalarından bir şey istəməsini mütləq mənada qadağan etmir. Lakin, əxlaqi cəhətdən bu davranışı çox da uyğun görmür. Çıxılmaz hallarda, zərurət yarandıqda başqasına müraciət etməyə icazə verir.

Qeyri-müsəlmana zəkat düşür?

İslamın beş əsas şərtindən biri zəkat verməkdir. Zəkat bir ibadətdir. Buna görə də qeyri-müsəlmanlara və dindən çıxanlara (mürtədlərə) zəkat verilmir. Ancaq sədəqə verilir.


Şərh yaz