2. 365 dəfə oxunub ,   0 şərh   Çap et

Şəkk günü oruc tutmaq olar?

Şaban ayının iyirmi doqquzundan sonrakı gün hava buludlu olar və həmin günün şaban yoxsa, ramazan ayına aid olduğu dəqiq bilinməzsə, bu günə şəkk günü deyilir. Ancaq göy üzü açıq olar və hilal görülməsə bu gün şəkk günü sayılmır.

Rəsulullah (s.ə.s.) şəkk günü oruc tutmağı qadağan etmişdir. Hənəfi məzhəbinə görə, şəkk günü oruc tutmaq təhrimən məkruhdur. Ancaq bir şəxsin ilboyu tutduğu (hər həftənin birinci və dördüncü günləri və s.) oruc həmin günə düşərsə, o gün nafilə oruc tuta bilər. Hənəfilərə görə bu caizdir. Maliki və hənbəlilərə görə isə, bu gün nafilə oruc tutmaq məkruh, şafeilərə görə isə haramdır.

Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Ramazan ayını bir və ya iki gün əvvəldən orucla qarşılamayın. Ancaq kim ki, adəti üzrə bu günləri orucla keçirirsə o tutsun.”[1]

Şəkk günü “Əgər ramazan ayıdırsa, oruc tutmağa, deyilsə, oruc tutmamağa” şəklində niyyət edilərək tutulan oruc caiz deyil. Çünki oruca edilən niyyət qəti olmalıdır.


[1] Buxari, Savm, 5, 11, 14; Müslim, Siyam, 21; Əbu Davud, Savm, 10; Tirmizi, Savm, 2, 4, 38.

 



Açar sözləri

Ramazan şəkk günü

Bənzər məqalələr

Qəza orucuna niyyət

Qəza, kəffarə və müəyyən vaxta bağlı olmayan nəzir orucları üçün gün batdıqdan etibarən ən gec imsak vaxtına qədər niyyət etmək lazımdır. Nafilə və Ramazan ayında tutulan oruc üçün niyyət bir qədər fərqlidir.

Şəvval yoxsa, qəza orucu?!

Kim Ramazan ayını oruclu keçirər və arxasınca şəvval ayından altı gün oruc tutarsa bütün ili oruc tutmuş kimi olar.

Rabbani olmaq

Quranı Kərimdə keçən rabbaniyyun rabbani sözünün cəmidir və mənşəyi rabbi sözünə əsaslanır. Rabbi, “Rəbbin ardınca gedən” deməkdir; Rabbani dedikdə, Rabbi tanıyan və ona itaət edən şəxs nəzərdə tutulur.

Peyğəmbərimizin etikafı

Etikaf kişilərin əzan və iqamə oxunan, yəni camaatla beş vaxt namaz qılınan məsciddə, qadınların isə evin namaz otağında və ya otağın bir küncündə etikaf niyyəti ilə bir müddət gözləməsi, oturmasıdır.

Etikaf

Həzrət Peyğəmbər (s.ə.s) Mədinəyə gəldikdən sonra vəfatına qədər Ramazan ayının son on günündə etikafa girərdi. Buna görə etikaf Allah Rəsulunun (s.ə.s) önəmli sünnətlərindən biridir.


Şərh yaz