5. 200 dəfə oxunub ,   0 şərh   Çap et

 Bayram günlərində bir neçə həftədən bəri qulluq edərək göyərtdiyimiz, novruzun simvolu olan səmənini qırmızı lentlə bəzəyərək masamızın ortasına qoyuruq. Dadını çıxardaraq şəkərbura, paxlavanı yeyərkən bayram qurtarınca atacağımız səməniyə bir də təfəkkür gözü ilə baxaq.

  Bitki nəsillərinin davam etməsi və çoxalması ya toxumları vasitəsilə (generativ) və ya kökdən, gövdədən yaxud digər vegetativ orqandan əmələ gəlir; bəzi bitkilər qələmlər, gözcüklər və yarpaqlarla da çoxala bilirlər (vegetativ çoxalma). Bu yazımızda toxum vasitəsi ilə çoxalmanın üzərində duracağıq.

  Kainatda canlıların həyat növlərinin  ən bəsiti bitkilərin həyatıdır. Onlarda canlılığın başlaması toxumda həyat düyümünün oyanıb açılması ilə baş verir. İnsan oğlu təbiətdə baş verən bu çoxalma prosesini görür; fəqət bunların gerçəkləşməsi əsnasında hansı hadisələrin axsamadan cərəyan etdiyini çox vaxt fərqində olmur və ya heç düşünmür. İnsanların əksəriyyəti, bir toxumun və ya bitkinin necə meydana gəldiyini nə yazıq ki, ya diqqət etmir, ya da bu fövqəladə  hikmət və qayəni düşünmür. Halbuki kainatda yaradılmış olan hər şey kimi toxumlar da Rəbbimizin böyüklüyünü göstərən möhtəşəm varlıqlardır.

“Bəs əkdiyiniz (toxuma) nə deyirsiniz?  Onu bitirən sizsiniz, yoxsa Biz?! Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də mat-məəttəl qalıb: “Biz ziyana uğramış, bəlkə, (hələ ruzidən də) məhrum olmuş kimsələrik!” (deyərdiniz).” (Vaqiə surəsi, 63-67)

   Toxumlara, onları digər cisimlərdən ayıran çox önəmli xüsusiyyətlər verilmişdir. Toxumlar; aid olduqları bitkinin budaqlarına, yarpaqlarına, bu yarpaqların sayına, formasına; qabığının rənginə, incəlik və qalınlığına; qida və su daşıyan borularının genişliyinə, sayına; meyvə verib verməyəcəyinə, verəcəksə bu meyvələrin dadlarına, qoxularına, formasına, rənglərinə dair hər növ məlumatla təchiz edilmişlərdir. Toxumlar böyüklüyünə və çəkilərinə görə, eləcə də birləpəli və ikiləpəli olduqları üçün çox müxtəlifdir. Toxumdakı ləpə xaricdən qabıqla örtülmüşdür. Qabıq toxumu xarici təsirlərdən qorumaqla yanaşı onun tamlığını təmin edir. Toxum hissələri bunlardır: kökcük, ləpə (ləpələr), gövdəcik, toxum qabığı (dəriciyi), endosperm, tumurcuq (yarpaqcıq). Kökcük, gövdəcik və tumurcuq üçü birlikdə rüşeym adlanır. Rüşeymin inkişafı üçün tələb olunan ehtiyat qida maddələri ya ləpələrdə, rüşeymin özündə, ya da endospermdə yerləşir. Birləpəli bitkilərin toxumunda (buğda və s.) isə rüşeymin bir ləpəsi olur və qida maddələri yalnız endospermdə yerləşir. Qeyd edək ki, rüşeym inkişaf mərhələsində kök özünə yer edənə qədər endospermdən istifadə edir. Ona görə də boy atmış səmənin altındakı buğda dənələrinin içərisi artıq boşalmış olur.

   Normal inkişaf prosesində ətraf mühitdən qaynaqlanan mənfi bir təsir qarşısında bir bitkinin necə davranacağına dair bilgilər də toxumun proqramına dərc edilmişdir. İqlim şərtlərinin əlverişli olarsa normal inkişafına davam edən bitkilərin fizioloji proqramlarına, ələlxüsus quraqlıq, az yağıntılı dövrlərdə və yüksək hərarət kimi əlverişsiz hava şəraitində qıssa bir müddətdə toxum əmələ gətirmə yoluna gedərək nəsillərini necə mühafizə edəcəkləri də İlahi Qüdrət tərəfindən proqramlarına yerləşdirilmişdir. Məsələn buğda toxumu cücərmə əsnasında hava şəraitinə əsasən bir, iki sünbül çıxardır. Hətta çox əlverişli mühitlərdə üç sünbül də verə bilir.

  Gəlin, mükəmməl bilgilərlə təchiz edilmiş olan toxumlardan bir bitkinin meydana gəlmə prosesini nəzər salaq. Toxumun, özünə bəxş edilən İlahi əmrlər istiqamətində əlverişli şərait  yarandıqda  cücərmə prosesi baş verir. Öncə toxum iqlim şəraitinə görə öncə şişir, qabığı çatlayır. Hər şeyə həyat bəxş edən Rəbbimiz tərəfindən həyat üflənir və canlanma baş verir. Sonra da rüşeym inkişaf edir. Rüşeymin kökcük aşağıya doğru uzanaraq kök olur, digər hissə gövdəcik isə yuxarıya doğru boy ataraq yüksəlir, bitkinin gövdəsi, yarpağı, çiçəyi formalaşır.

 Bəsit kimi görünən bu yaradılış hadisəsi əslində mürəkkəb bir prosesdir. Toxumun içərisində rüşeyim inkişaf etmədən öncə hava şəraiti və ətraf mühit haqqında məlumat sahibi olması gərəkir. Bunun üçün ona tempraturu ölçmək üçün termometr, rütubəti təyin etmək üçün barometr və s. bu kimi cihazlar lazımdır. Həmçinin onun torpağın münbitliyi haqqında aqrotexnik bilgilərə sahib olması lazımdır. Bəhsi keçənlərin heç birini toxum üçün düşünmədiyimizə görə bunları düşünən və idarə edən bir Gücün varlığını qəbul etmək məcburiyyətində qalırıq. “Şübhəsiz ki, toxumu da, çəyirdəyi də cücərdib çatladan, ölüdən diri, diridən də ölü çıxardan Allahdır. Budur Allah! Axı siz Ondan (haqq olan Allahdan) nə cür döndərilirsiniz?” (Ənamsurəsi, 6/95)




Bənzər məqalələr

Təfəkkür

Hər hansı bir mövzuda başı-sonu, hədəf və qayəsi müəyyən edilmiş; disiplinli, dərin və sistemli düşünmə mənasına gələn təfəkkür əsasında bir peyğəmbərlik peşəsidir.

Təfəkkür

Təfəkkür, hadisələrdən ibrət almaq və müxtəlif nəticələr əldə etmək üçün çıraq olub yol aydınladar. Yeni icadlara, təcrübələrə nurlu açar olar, açılan qapılardan da həqiqətlər gün üzünə çıxar.

Orucun xatırlatdıqları

Nemətə səbəb olana təşəkkür edib, bu nemətin həqiqi sahibi olan Allahı unutmaq, qiymətli hədiyyə gətirən elçinin əlini öpüb, hədiyyə sahibini tanımamaq kimidir.

Əvvəlcə özümüzdən başlayaq

Dinimiz qətiyyətlə “başqasından mənə nə”, “mənə dəyməyən min il yaşasın”, “Mən tox olum, cümlə-cahan batsa da, batsın” kimi anlayışları qəbul etmir. Bir müsəlmanın özü üçün istədiyini din qardaşı üçün də istəməsi, hətta öz ehtiyacları ola-ola din qardaşının köməyinə tələsməsi kamil mömin olmağın əsas şərtidir. “Mən özümə cavabdehəm, başqaları məni maraqlandırmır, onlardan mənə nə?!” deyə bilmərik.

Kainatdakı ümumi hikmət

Nəhəng bir insanı xatırladan kainat da bu cür hikmətlərlə təchiz edilmişdir. Belə ki, bütün mövcudatda zərrə qədər də olsun mənasız, lazımsız bir şey tapmaq mümkün deyildir. Zahirən faydasız görünən, qımıldanmadan dayanan bir ağac yarpağında belə neçə-neçə hikmət və fayda gizlənmişdir! Hərçənd ki, Haqq-Təala bunları bu cür yaratmağa məcbur deyildir, ancaq Onun Hakim ismi bunu zəruri edir.


Şərh yaz