Hicri təqvimə görə, ramazan ayından sonra şəvval ayı gəlir. Şəvval ayında altı gün oruc tutmaq sünnədir. Rəsulullah (s.ə.s.) bir hədisində bu haqda belə buyurur:
“Kim ramazan ayını oruclu keçirər və ardınca şəvval ayının da altı gününü oruc tutarsa, bütün ili oruclu keçirmiş kimi olar.“(Müslim, Siyam, 204; Tirmizi, Savm, 53.)
Şəvval ayında tutulan orucu ardıcıl və ya ayrı-ayrı günlərdə tutmaq olar. Ancaq bayram günlərindən sonra ardıcıl tutmaq daha fəzilətlidir.