1. 392 dəfə oxunub ,   0 şərh   Çap et

عَنْ أَب۪ي هُرَيْرَةَ t عَنْ رَسُولِ اللّٰهِ  قَالَ: «لَا يُشِرْ أَحَدُكُمْ إِلٰى أَخِيهِ بِالسِّلَاحِ فَإنَّهُ لَا يَدْرِي لَعَلَّ الشَّيْطَانَ يَنْزِعُ ف۪ي يَدِهِ فَيَقَعَ ف۪ي حُفْرَةٍ مِنَ النَّارِ»

وَف۪ي رِوَايَةٍ لِمُسْلِمٍ قَالَ: قَالَ أَبُو الْقَاسِمِ: «مَنْ أَشَارَ إلَى أَخِيهِ بِحَد۪يدَةٍ فَإِنَّ الْمَلَائِكَةَ تَلْعَنُهُ حَتّٰى يَنْزِعَ وَإِنْ كَانَ أَخَاهُ لِأَبِيهِ وَأُمِّهِ»

Əbu Hureyrə (r.a.) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğu­nu nəql etmişdir:

“Heç kim silahını din qardaşına tərəf tutmasın. Çünki şeytan bilmədən əlindən çıxarıb din qardaşını öldürər və bundan ötrü də Cəhənnəmin bir çuxuruna yuvarlanıb düşər”. [Buxari, Fitən 7; Müslim, Birr 126]

Digər bir rəvayət isə belədir: “Əgər kim qardaşına tərəf kəsici alət (bıçaq, xəncər, qılınc və s.) tutarsa, əlindən buraxana qədər mələklər ona lənət oxuyarlar. Onlar doğma qardaş olsalar da, belədir”. [Müslim, Birr 125]

İzah: Buyurulduğu kimi, doğma qardaşlar arasında da  silah, bıçaq və s. odlu və kəsici silahları ciddi və ya zarafatla bir kəsə tərəf tutmaq qəti qadağandır. Belə vəziyyətləri şeytan fürsət bilib qardaşlar arasına düşmənçilik toxumları səpməyə çalışır. Belə durumlarda insanlar dəfələrlə qeyri-ixtiyari, fərqinə varmadan bağışlanmaz xətalara yol vermişlər. Buna görə də Peyğəmbərimizin (s.ə.s.) bu əmrinə son dərəcə diqqət yetirmək lazımdır.



Açar sözləri

silah

Şərh yaz