5. 967 dəfə oxunub ,   0 şərh   Çap et

 

وَأَوْفُوا بِالْعَهْدِ إنَّ الْعَهْدَ كَانَ مَسْؤُولًا

Verdiyiniz sözü yerinə yetirin. Çünki (insan) verdiyi söz barəsində (qiyamət günü) cavabdehdir. {“İsra” surəsi, 17/34}

وَأَوْفُوا بِعَهْدِ اللّٰهِ إِذَا عَاهَدْتُمْ

Allaha verdiyiniz əhdi yerinə yetirin! {“Nəhl” surəsi, 16/91}

يَا أَيُّهَا الَّذ۪ينَ آَمَنُوا أَوْفُوا بِالْعُقُودِ

Ey iman gətirənlər! Əhdlərə sadiq olun! {“Maidə” surəsi, 5/1}

يَا أَيُّهَا الَّذ۪ينَ آمَنُوا لِمَ تَقُولُونَ مَا لَا تَفْعَلُونَ كَبُرَ مَقْتًا عِنْدَ اللّٰهِ أَنْ تَقُولُوا مَا لَا تَفْعَلُونَ

Ey iman edənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? Et­­məyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar. {“Saff” surəsi, 61/2-3}

 عَنْ أَب۪ي سَع۪يدٍ الْخُدْرِيِّ  قَالَ: قَالَ رَسُولُ اللّٰهِ: «إنَّ مِنْ أَشَرِّ النَّاسِ عِنْدَ اللّٰهِ مَنْزِلَةً يَوْمَ الْقِيَامَةِ الرَّجُلُ يُفْض۪ي إِلَى الْمَرْأَةِ وَتُفْض۪ي إِلَيْهِ ثُمَّ يَنْشُرُ سِرَّهَا»

Əbu Səid əl-Xudrinin (r.a.) rəvayət etdiyinə görə, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur:

“Qiyamət günü Allah qatında ən pis insan zövcəsi ilə yatağına aid mərhəm sirləri orada-burada danışan insandır”. [Müslim, Nikah 123]

 عَنْ عَائِشَةَ  قَالَتْ: كُنَّ أَزْوَاجُ النَّبِيِّ  عِنْدَهُ فَأَقْبَلَتْ فَاطِمَةُ  تَمْش۪ي مَا تُخْطِيءُ مِشْيَتُهَا مِنْ مِشْيَةِ رَسُولِ اللّٰهِ  شَيْئًا فَلَمَّا رَآهَا رَحَّبَ بِهَا وَقَالَ: «مَرْحَبًا بِابْنَتِي» ثُمَّ أَجْلَسَهَا عَنْ يَمِيِنِهِ أَوْ عَنْ شِمَالِهِ. ثُمَّ سَارَّهَا فَبَكَتْ بُكَاءً شَد۪يدًا فَلَمَّا رَأَى جَزَعَهَا سَارَّهَا الثَّانِيَةَ فَضَحِكَتْ فَقُلْتُ لَهَا: خَصَّكِ رَسُولُ اللّٰهِ مِنْ بَيْنِ نِسَائِهِ بِالسِّرَارِ، ثُمَّ أَنْتِ تَبْك۪ينَ؟ فَلَمَّا قَامَ رَسُولُ اللّٰهِ  سَأَلْتُهَا: مَا قَالَ لَكِ رَسُولُ اللّٰهِ ؟ قَالَتْ: مَا كُنْتُ لِأُفْشِيَ عَلٰى رَسُولِ اللّٰهِ  سِرَّهُ. فَلَمَّا تُوُفِّيَ رَسُولُ اللّٰهِ  قُلْتُ: عَزَمْتُ عَلَيْكِ بِمَا ل۪ي عَلَيْكِ مِنَ الْحَقِّ، لَمَا حَدَّثْتِن۪ي مَا قَالَ لَكِ رَسُولُ اللّٰهِ ؟ فَقَالَتْ: أَمَّا الْآنَ فَنَعَمْ، أَمَّا ح۪ينَ سَارَّنيِ فِي الْمَرَّةِ الْأُولَى فَأَخْبَرَن۪ي «أَنَّ جِبْر۪يلَ كَانَ يُعَارِضُهُ الْقُرْآنَ ف۪ي كُلِّ سَنَةٍ مَرَّةً أَوْ مَرَّتَيْنِ وَأَنَّهُ عَارَضَهُ الْآنَ مَرَّتَيْنِ وَإِنيِّ لَا أَرَى الْأجَلَ إِلَّا قَدِ اقْتَرَبَ فَاتَّقِي اللّٰهَ وَاصْبِر۪ي فَإِنَّهُ نِعْمَ السَّلَفُ أَنَا لَكِ » فَبَكَيْتُ بُكَائِيَ الَّذ۪ي رَأَيْتِ فَلَمَّا رَأَى جَزَع۪ي سَارَّنيِ الثَّانِيَةَ فَقَالَ: «يَا فَاطِمَةُ أَمَا تَرْضَيْنَ أَنْ تَكُون۪ي سَيِّدَةَ نِسَاءِ الْمُؤْمِن۪ينَ، أَوْ سَيِّدَةَ نِسَاءِ هٰذِهِ الْأُمَّةِ؟» فَضَحِكْتُ ضَحِكِي الَّذ۪ي رَأَيْتِ

Həzrəti Aişə (r.anha) nəql edir:

“Allah Rəsulunun (s.ə.s.) xanımları – mən də daxil – Onun hüzurunda idik. Bu vaxt Həzrəti Fatimə (r.anha) gəldi – yerişi eyni Allah Rəsulunun (s.ə.s.) yerişi idi – məclisimizə qoşuldu. Ən gözəl ata – Rəsulullah qızını görüncə: “Xoş gəldin, qızım!” – deyə onu salamladı. Sonra (onu) sağ və ya sol tərəfində oturtdu. Bir ara Həzrəti Fatimənin qulağına əyilib nəsə dedi. Həzrəti Fatimə hıçqıra-hıçqıra ağlamağa başladı. Peyğəmbərimiz onun mütəəssir olduğunu görüncə ikinci dəfə qulağına əyilib nəsə pıçıldadı. Bu dəfə Həzrəti Fatimə təbəssüm etdi. Daha sonra mən Həzrəti Fatiməyə: “Allah Rəsulu zövcələri yanında ola-ola təkcə sənin qulağına əyilib bir sirr verdi, sən də ağladın!” – dedim. Peyğəmbərimiz (s.ə.s.) qal­xan­dan sonra ondan: “Allah Rəsulu sənə nə dedi?” – soruşdum. Həzrəti Fatimə: “Allah Rəsulunun (s.ə.s.) sirrini aça bilmərəm,” – dedi. Rəsulullah (s.ə.s.) vəfat edib dünyadan  köçəndən sonra: “Allah xatirinə! Analıq haqqım üçün Allah Rəsulunun (s.ə.s.) o sirrini mənə aç!” –  dedim. Həzrəti Fatimə: “İndi artıq deyə bilərəm, – dedi, – Allah Rəsulu (s.ə.s.) birinci dəfə Cəbraillə göndərilən Quran ayələrini hər il bir və ya iki dəfə qarşılıqlı oxuduğunu (müqabələ etdiyini), ancaq onun həmin il içində iki dəfə gəldiyini xəbər verdi və buna binaən “Əcəlimin yaxınlaşdığını hiss edirəm. Təqva dairəsində hərəkət elə və səbir et. Mənim səndən əvvəl axirətə köçüb sənə sələf olmağım nə qədər yaxşıdır (əgər bilsən)!” –  buyurdu. Elə sənin də şahid olduğun kimi, bundan ötrü ağladım. Ancaq atam mənim hıçqırıqlarımı və əzab çəkdiyimi görəndə əyilib ikinci dəfə  qulağıma pıçıldadı: “Fatimə! Mömin xanımların – və ya bu ümmətin xanımlarının – xanımı olmaq istəmirsən?”–  buyurdu. O vaxt da gördüyün kimi gülmüşdüm”. [Buxari, Mənaqib 25, İstizan 43; Müslim, Fədailus-səhabə 97-99]

 عَنْ عَبْدِ اللّٰهِ بْنِ عَمْرِو بْنِ الْعَاصِ   أنَّ رَسُولَ اللّٰهِ  قَالَ: «أَرْبَعٌ مَنْ كُنَّ فِيهِ كَانَ مُنَافِقًا خَالِصًا، وَمَنْ كَانَتْ فِيهِ خَصْلَةٌ مِنْهُنَّ كَانَتْ فِيهِ خَصْلَةٌ مِنَ النِّفَاقِ حَتّٰى يَدَعَهَا: إِذَا اؤْتُمِنَ خَانَ، وَإِذَا حَدَّثَ كَذَبَ، وَإِذَا عَاهَدَ غَدَرَ، وَإِذَا خَاصَمَ فَجَرَ»

Abdullah ibn Amr ibn əl-As (r.a.) Peyğəmbərimizin (s.ə.s.) belə buyurduğunu nəql etmişdir:

“Bu dörd xüsusiyyətin hamısı kimdə olsa, xalis münafiqdir. Bu xüsusiyyətlərin biri kimdə varsa, onu tərgidənə qədər müanfiqliyin bir əlamətini daşıyır. Həmin xasiyyətlər bunlardır: əmanətə xəyanət etmək, yalan danışmaq, əhdə sadiq olmamaq (vədi yerinə yetirməmək), mübahisə və anlaşılmazlıq zamanı ifrata varmaq (həddi aşmaq)”. [Buxari, İman 24, Məzalim 17; Müslim, İman 106]

 عَنْ عَبْدِ اللّٰهِ بْنِ عَمْرِو بْنِ الْعَاصِ   قَالَ: قَالَ ل۪ي رَسُولُ اللّٰهِ: «يَا عَبْدَ اللّٰهِ، لَا تَكُنْ مِثْلَ فُلَانٍ، كَانَ يَقُومُ اللَّيْلَ فَتَرَكَ قِيَامَ اللَّيْلِ»

Abdullah ibn Amr ibn əl-As (r.a.) nəql edir:

“Allah Rəsulu (s.ə.s.) mənə bir tövsiyə verdi: “Abdullah! Qətiyyən gecə namazı (təhəccüd) qılıb sonra onu tərk edən fi­lankəs kimi olma”. [Buxari, Təhəccüd 19; Müslim, Siyam 185]




Bənzər məqalələr

Ailə sirləri başqalarına deyilə bilər?

Sirr insana verilən əmanətdir. Dürüst adam hər cür əmanətdə əmin olduğu kimi bu mövzuda da əmindir. Çünki o bilir ki, sirr onun əsiridir, ifşa edərsə o sirrinin əsiri olar.


Şərh yaz