5. 753 dəfə oxunub ,   0 şərh   Çap et

Anadangəlmə solaxay olan bir insanın sol əl ilə yemək yeməsi dinen doğrudurmu. (Belə bir şəxs sol əlini sağ əlin əvəz edicisi kimi istifadə edə bilər?)

Ömər b. Əbi Sələmə (r.a.) rəvayət edir: “Rəsulullahın (əleyhis-salatu vəs-salam)  tərbiyəsində bir uşaqdım. Yemək yeyərkən əlim, nimçənin hər tərəfində gəzirdi. Rəsulullah (s.ə.s.) mənə xəbərdarlıq etdi:” Övlad! (Yeməyə başladığında) Allahın adını an, sağ əlin ilə və önündəki tərəfdən ye! “Bundan sonra həmişə belə yedim.” [1]

“Sizdən heç kimsə əsla sol əliylə yeyib içməsin. Çünki şeytan soluyla yeyər, içər.” [2]

“Hər biriniz sağ əliylə yesin, sağ əliylə içsin, sağ əliylə alsın, sağ əliylə versin. Çünki şeytan sol əliylə yeyər, sol əliylə içər, sol əliylə verər, sol əliylə alar” buyurdular. “

Bu hədislərdən bu nəticəyə çıxara bilərik:

Rəsulullahdan (s.ə.s.) nəql olunan bu üç hədisdə yemək ədəbi, xüsusi ilə “sağ əllə yemə” üzərində dayanılmışdır. İslami ədəbdə sağ əllə yemək, solla yemək yeməmək mühüm bir əsasdır. Bu mövzunun əhəmiyyəti hədislərin məzmunundan və əmrin təkidli bir üslubla ifadə edilməsindən aydın olmaqdadır.

Sağ əllə yemək yemənin hökmü mövzusunda bir neçə görüş vardır.

Şafei məzhəbinə bağlı alimlərin əksəriyyəti sağ əllə yemənin məndub olduğuna hökm etmişlər. İmam Qəzali və İmam Nəvəvi də belə hökm etmişdir. Ancaq İmam Şafi özü ər-Risalə və əl-Ümm adlı əsərlərində vacib olduğuna hökm etmişdir.

İbni Ərəbi də: “Şeytana nisbət edilən bütün hərəkətlər haramdır.” qaydasını hərəkətlə sol əllə yemənin haram olduğuna söylər.

Qurtubi, sağla yemənin məndub olduğuna hökm edər. Hədisdəki əmri “sağı, sola təşrif etmə” qəblindən görər. “Çünki, sağ əl ümumiyyətlə soldan daha qüvvətli, işə görməyə daha uyğundur. Bütün işlərdə sol əldən öncə sağ əl hərəkətə keçər. Sağ (and) sözü, Yumni (uğur) sözündən törəmişdir. Cənabi-Haqq da əhli-i cənnəti sağa nisbət edib ashabul-yemîn (dəftəri sağ əlinə verilənlər) deyərək sağı üstün görmüşdür … ” [3]

Bütün bu şərhlərdən sonra sağ əllə yemənin Əfəndimiz in (s.ə.s.) bir sünnəsi olduğunu və bu mövzuda Peyğəmbərimizin (s.ə.s.) çox həssas davrandığını görürük. Bu baxımdan sağ əllə yeməyə həssaslıq göstərməliyik. Alimlərdən “məndubdur” deyənlər olduğu kimi sol əllə yemənin haram olduğunu söyləyənlər də az deyildir. Bu vəziyyət, məsələnin həssaslığını daha da təsdiq etmiş olur. Solaxay olan bir kimsənin sağa alışması qeyri-mümkün bir şey deyil. Bunun üçün, üsuluna uyğun olaraq, izah edərək, razı salaraq və bir az da zamana buraxaraq alışdırmağa çalışmaq lazımdır.

________________________________________

[1] Buxari, Ətimə 2, 3; Müslim, Əşribə 108; Malik, Müvatta, Sifətin-Nəbiyyi 32; Əbu Davud, Ətimə 20

[2] Müslim, Əşribə 106; Muvatta, Sifətin-Nəbiyyi 5; Əbu Davud, Ətimə 20

[3] Kutubu Sittə, İbrahim Canan



Açar sözləri

sol əl ilə yemək

Bənzər məqalələr

Sol əl ilə yemək haramdır?

Sağ əlinizlə yeyin, sağ əlinizlə için, sağ əlinizlə alın, sağ əlinizlə verin. Çünki şeytan sol əliylə yeyər, sol əliylə içər, sol əliylə verər, sol əliylə alar.


Şərh yaz