لَنْ تَنَالُوا الْبِرَّ حَتّٰى تُنْفِقُوا مِمَّا تُحِبُّونَ وَمَا تُنْفِقُوا مِنْ شَيْءٍ فَإنَّ اللّٰهَ بِهِ عَل۪يمٌ
Sevdiyiniz şeylərdən (haqq yolunda) sərf etməyincə “fəzilət” məqamına çata bilməzsiniz. Bununla birlikdə Allah (Onun yolunda) xərclədiyiniz hər bir şeyi biləndir! {Ali İmran” surəsi, 3/92}
فَأَمَّا مَنْ أَعْطٰى وَاتَّقٰى وَصَدَّقَ بِالْحُسْنٰى فَسَنُيَسِّرُهُ لِلْيُسْرٰى
Kim (malını Allah yolunda) versə, (Allahdan) qorxsa, Və ən gözəl sözü (Lə ilahə illallah kəlməsini) təsdiq etsə, Biz ona ən asan olanı müyəssər edəcəyik! {“Leyl” surəsi, 92/5-7}
وَسَيُجَنَّبُهَا الْأَتْقٰى الَّذ۪ي يُؤْت۪ي مَالَهُ يَتَزَكّٰى وَمَا لِأَحَدٍ عِنْدَهُ مِنْ نِعْمَةٍ تُجْزٰى إِلَّا ابْتِغَاءَ وَجْهِ رَبِّهِ الْأَعْلٰى وَلَسَوْفَ يَرْضٰى
Allaha üsyan etməkdən çəkinən və qəlbini arındırmaq üçün Allah yolunda verənlər isə Cəhənnəm odundan uzaqlaşdırılar. O, ona edilən bir yaxşılığa görə verməz. O, etdiyi yaxşılıq müqabilində heç kəsdən bir mükafat gözləməz. O yalnız və yalnız ən uca olan Rəbbinin rizasını qazanmaq üçün belə edər. And olsun ki, o (öz Rəbbindən Cənnətdə ona verəcəyi nemətlərə görə) razı olacaqdır! {“Leyl” surəsi, 92/17-21}
إنْ تُبْدُوا الصَّدَقَاتِ فَنِعِمَّا هِيَ وَإِنْ تُخْفُوهَا وَتُؤْتُوهَا الْفُقَرَاءَ فَهُوَ خَيْرٌ لَكُمْ وَيُكَفِّرُ عَنْكُمْ مِنْ سَيِّئَاتِكُمْ وَاللّٰهُ بِمَا تَعْلَمُونَ خَب۪يرٌ
Aşkarda sədəqə vermək, yardım etmək yaxşıdır, lakin onu gizlində versəniz daha yaxşı olar. Bu, günahlarınızın bir qismini örtər. Allah tutduğunuz hər bir işdən xəbərdardır! {“Bəqərə” surəsi, 2/271}
عَنْ عَبْدِ اللّٰهِ بْنِ مَسْعُودٍ قَالَ: قَالَ رَسُولُ اللّٰهِ: «لَا حَسَدَ إِلَّا فِي اثْنَتَيْنِ: رَجُلٌ آتَاهُ اللّٰهُ مَالًا فَسَلَّطَهُ عَلٰى هَلَكَتِهِ فِي الْحَقِّ، وَرَجُلٌ آتَاهُ اللّٰهُ حِكْمَةً فَهُوَ يَقْض۪ي بِهَا وَيُعَلِّمُهَا»
Abdullah ibn Məsudun (r.a.) nəql etdiyinə görə, Peyğəmbər-imiz (s.ə.s.) belə buyurmuşdur:
“İki cür insana həsəd aparmaq (qibtə etmək) zərərli deyil: bəxş edilən sərvəti Allah yolunda verən varlıya və Allahın verdiyi elmə əməl edib onu başqalarına da öyrədən insana”. [Buxari, Elm 15, Zəkat 5, Əhkam 3; Müslim, Salətul-müsafirin 268]
عَنِ ابْنِ عُمَرَ عَنِ النَّبِيِّ قَالَ: «لَا حَسَدَ إِلَّا فِي اثْنَتَيْنِ: رَجُلٌ آتَاهُ اللّٰهُ الْقُرْآنَ، فَهُوَ يَقُومُ بِهِ آنَاءَ اللَّيْلِ وَآنَاءَ النَّهَارِ. وَرَجُلٌ آتَاهُ اللّٰهُ مَالًا فَهُوَ يُنْفِقُهُ آنَاءَ اللَّيْلِ وَآنَاءَ النَّهَارِ»
İbn Ömər (r.a.) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu nəql etmişdir:
“İki adama həsəd aparmaq (qibtə etmək) zərərli deyildir: Allahın bəxş etdiyi nemətlə – Quranla gecə-gündüz məşğul olana. Və Allahın lütf etdiyi sərvəti gecə-gündüz xeyir yolunda infaq edənə”. [Buxari, Tövhid 45; Müslim, Salətul-müsafirin 266]