İnsan çox zəif və aciz varlıqdır. Özünün başına gələn və ya yan-yörəsindəki insanların düçar olduğu müsibətlər qarşısında çox vaxt aciz qalır. Bu müsibətlər imansız və ya imanı zəif olan kəslərə həddən artıq pis təsir edir.
Təhqiqi imana sahib bir mömin isə hər şeydə ilahi rəhmətin izini, əlamətini görər. Hər şeydə Onun hikmətini, ədalətinin gözəlliyini müşahidə edər və Rəbbindən gələn müsibətləri tam təslimiyyətlə, razılıqla qarşılayar. Həyatın çətinliklərinə sinə gərməyi bacarar. Bu cür insanlar müxtəlif müsibətlərə məruz qalanlara Allahın mərhəmətindən daha çox şəfqət göstərməzlər ki, əzab-əziyyət çəksinlər. Beləcə təkcə axirət həyatında deyil, dünya həyatında da səadət taparlar.
Eyni zamanda, təhqiqi iman insanın nəfsin və şeytanın vəsvəsələrinə qapılmadan qəbrə imanla köçməsinə vəsilə olur ki, bu da onun ən böyük faydasıdır. İnsan bu şəkildə, yəni təhqiqi imana yiyələnməklə həm dünya, həm də axirət səadətini əldə edir.
İnsan ümidlə var olur, cəmiyyət onunla canlanıb inkişaf edir. Beləliklə, ümidini itirmiş insan ölü, ümiddən məhrum cəmiyyət isə iflicdir.
Bəzən insan fərqində olmadan imanını zədələyəcək, Allahı ittiham edici sözlər söyləyir. Qəzəb anında bu sözlər söylənmişsə belə, qəzəbi soyuyunca insan tövbə etməli, peşman olduğunu etiraf etməlidir. Əks təqdirdə uçurumun kənarında dayandığını iş işdən keçəndən sonra anlayar, o zaman da gec olar.
Müsəlman olaraq yaşamaq, müsəlman olaraq ölmək və axirət yurdunda salehlər arasına qatılmaq üçün nə etmək lazımdır
Stress xarici və ya daxili mühitin mənfi, qeyri-spesifik amillərinin təsirinə cavab olaraq canlı orqanizmdə əmələ gələn spesifik fizioloji reaksiyanın adıdır. Stress bədənin kənar təsirlərə göstərdiyi fiziki və psixoloji-emosional reaksiyadır.
Sahib olduğumuz bütün nemətlər, qarşımıza çıxan hər bir çətinlik öz-özlüyündə bir imtahandır. Bununla yanaşı, ayə və hədislərin işığında bəzi mühüm sınaqları qeyd etməyə çalışacağıq.
Natiq , 18/03/2014 tarixində, saat 20:03
MaaşAllah..!!! Nə gözəl saytınız var, çox şükr. Allah sizi qorusun. Beynim çox yorulmuşdu, Allaha çox şukr edirəm ki məni daim Mənəviyata tərəf istiqamətləndirir.
Emin , 19/04/2014 tarixində, saat 14:04
Salam aleykum
İmanın bütün əsaslarına iman etmiş şəxsin müxtəlif zaman və vəziyyətlərdə imanı arta və ya azala bilərmi?
meneviyyat.az , 21/04/2014 tarixində, saat 06:04
Sualınızın cavabı http://www.meneviyyat.az/?p=7380