3. 093 dəfə oxunub ,   0 şərh   Çap et

 Sual:Yaradılış  və təkamül mübahisəsi nə üçün iman-inkar və ya teizm-ateizm mübahisəsinə gətirib çıxarır?

 Yaradılışa inam elmi və qüdrəti sonsuz, hər şeyə gücü yetən, əzəli və əbədi bir Yaradanın qəbul edilməsi zərurətini ortaya qoyur. Bunun kimi “təkamül”ə inanmaq tam əksinə Vahid Yaradanı − Allahı inkar edərək, Onun yerinə ağılsız və şüursuz təbiət qanunlarını qəbul etməyi zəruri edir. Bu isə atom və təsadüflərin əyninə ağıl, şüur və elm libasları biçərək səbəblərin ilahlaşdırılmasına gətirib çıxarır. Allahın (c.c.) isim və sifətləri haqqında sağlam biliyə malik olmayan bir çox insanlar bir tərəfdən Allaha inandığını söyləyir, bir yandan da “Bu, təkamül nəzəriyyəsi ilə ziddiyyət təşkil etmir” düşüncəsi ilə özləri də bilmədən Allaha şərik qoşur və ya ateizm çuxuruna yuvarlanırlar. Alla­hın kainatı ilk olaraq yaratdığını qəbul edən­ bu insanların dünyagörüşünə görə,  Allah-Təala ilk yaradılışdan sonra kainatı qu­rulmuş saat kimi özbaşına buraxır, çox da müdaxilə etmir, hər şeyi təbiət qanunlarına həvalə edir və bu qanunlar da bitki, heyvanlar və insanı təsadüfən, öz-özünə meydana gətirir.

Bir çox insan ilk baxışda təkamül hipotezinin Allahı inkarla nəticələnəcəyini sezə bilmir. Məhz bu məqsədlə təkamül düşüncəsi çox gözəl qurulmuş, bəzədilmiş, məntiqi təsəvvür pərdəsi arxasında yaxşıca gizlədilmişdir. Ancaq təkamül fərziyyəsini söz-söz, cümlə-cümlə araşdıraraq irəlilədikcə onun kökündə dayanan əsas düşüncənin “təsadüf” olduğunu görürük. Elm dünyasını 150 ildir, məşğul edən belə bir düşüncənin kökündə “təsadüfün” dayandığını görən insan bir anlıq duruxur. Sel kimi axan şüursuz təbiət qüvvələrinin və elementlərin təsadüfi reaksiyaları ilə milyonlarla canlının, bu canlıların malik olduğu sistemlərin, orqanların, toxuma və hüceyrələrin necə, hansı məntiqlə meydana gəlməsi ağlınıza yatmasa da, tabu halına gətirilmiş “elm” və bunu “qəti isbat olunmuş bir hadisə” kimi təqdim edən media təbliğatı qarşısında əlacsız qalmağınız qaçılmaz olur.

Hər bir canlının sonsuz bir elm və qüdrətdən xəbər verən bioloji xüsusiyyətlərinin şifrlərini ehtiva edən

möhtəşəm DNT molekulu proqramının “təsadüflər” və “ağılsız atomların təsadüfi hərəkətləri”

nəticəsində meydana gəldiyini qəbul etmək Yaradanı inkar etmək mənasına gəlir. Buna görə də

“təkamül düşüncəsi”ndən ateizmin ən böyük silahı kimi daim istifadə edilmişdir




Şərh yaz