1. 514 dəfə oxunub ,   0 şərh   Çap et

Təqva – Allah qorxusu və Allaha hörmət

يآ اَيُّهَا الَّذ۪ينَ اَمَنُوا اتَّقُوا اللّٰهَ حَقَّ تُقَاتِهِ وَلَا تَمُوتُنَّ اِلاّٰ وَاَنْتُمْ مُسْلِمُونَ

Ey iman gə­tirənlər! Allahdan layiqincə qorxun. Ona layiqincə təzim edin. Yal­nız Ona təslim olan müsəlmanlar kimi ölün! {“Ali İmran” surəsi, 3/102}

فَاتَّقُوا اللّٰهَ مَا اسْتَطَعْتُمْ وَاسْمَعُوا وَاَط۪يعُوا وَاَنْفِقُوا خَيْرًا لِاَنْفُسِكُمْ وَمَنْ يُوقَ شُحَّ نَفْسِهِ فَاُولٓئِكَ هُمُ الْمُفْلِحُونَ

Allahdan (Allahın əzabından) bacardığınız qədər qorxun. (Sizə verilən öyüd-nəsihətə) qulaq asın, itaət edin və (mal-dövlətinizdən Allah yolunda) xərcləyin. Bu, sizin özünüz üçün xeyirli olar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən qorunub saxlanılan kimsələr–məhz onlar nicat tapıb səadətə qovuşanlardır!{“Təğabun” surəsi, 64/16}

وَمَنْ يَتَّقِ اللّٰهَ يَجْعَلْ لَهُ مَخْرَجًا وَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبُ

Kim Allaha üs­yan etməkdən çəkinərsə, Allah Ona çətinlikdən bir çıxış yolu gös­tərər. Və ona heç gözləmədiyi yerdən ruzi verər. {“Talaq” surəsi, 65/3}

يآ اَيُّهَا الَّذ۪ينَ اَمَنُوا اتَّقُوا اللّٰهَ وَقُولُوا قَوْلاً سَد۪يدًا

Ey iman gətirənlər! Allahdan qorxun və həmişə doğru söz söyləyin!{“Əhzab” surəsi, 33/70}

يآ اَيُّهَا الَّذ۪ينَ اَمَنُوا إِنْ تَتَّقُوا اللّٰهَ يَجْعَلْ لَكُمْ فُرْقَانًا وَيُكَفِّرْ عَنْكُمْ سَيِّئَاتِكُمْ وَيَغْفِرْ لَكُمْ وَاللّٰهُ ذُو الْفَضْلِ الْعَظ۪يمِ

Ey iman gətirənlər! Əgər Allaha ehtiram gös­tərib haram əməllərdən çəkinsəniz, O, sizə haqla nahaqı ayırd edən anlayış və qüvvət verər, günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf (mərhəmət) sahibidir! {“Ənfal” surəsi, 8/29}

 عَنْ أَب۪ي سَع۪يدٍ الْخُدْرِيِّ عَنِ النَّبِيِّ  قَالَ: «إِنَّ الدُّنْيَا حُلْوَةٌ خَضِرَةٌ وَإِنَّ اللّٰهَ مُسْتَخْلِفُكُمْ فِيهَا فَيَنْظُرُ كَيْفَ تَعْمَلُونَ. فَاتَّقُوا الدُّنْيَا واتَّقُوا النِّسَاءَ. فَإِنَّ أَوَّلَ فِتْنَةِ بَن۪ي إِسْرَائ۪يلَ كَانَتْ فِي النِّسَآءِ»

Əbu Səid əl-Xudrinin (r.a.) nəql etdiyinə görə, Peyğəmbərimiz (s.ə.s.) belə buyurmuşdur:

“Düzü, dünya dadlıdır, şirindir, yamyaşıldır və cazibədardır. Bununla yanaşı, Allah dünyalıq şeyləri sizin ixtiyarınıza verir və ondan necə istifadə edəcəyinizə baxır. Buna görə də dünyanın fani üzünün cazibəsinə bağlanmaqdan uzaq olun. Qadınların cazibəsinə aldanmaqdan da çəkinin. Çünki İsrail oğullarında ilk fitnə qadınlar ucbatından baş qaldırmışdır”. [Müslim, Zikr 99]

 عَنِ ابْنِ مَسْعُودٍ أَنَّ النَّبِيَّ كَانَ يَقُولُ: «اَللّٰهُمَّ إِنّ۪ي أَسْأَلُكَ الْهُدٰى وَالتُّقٰى وَالْعَفَافَ وَالْغِنٰى»

Abdullah ibn Məsud (r.a.) Peyğəmbərimizin (s.ə.s.) belə dua etdiyini nəql edir: “Allahım, mən Səndən hidayət, təqva, iffət və könül toxluğu diləyirəm”. [Müslim, Zikr 72]

 عَنْ عَدِيِّ بْنِ حَاتِمٍ الطَائِيِّ قَالَ: سَمِعْتُ رَسُولَ اللّٰهِ  يقُولُ: «مَنْ حَلَفَ عَلٰى يَم۪ينٍ ثُمَّ رَأٰى أَتْقٰى لِلّٰهِ مِنْهَا فَلْيَأْتِ التَّقْوٰى»

Ədiy ibn Hatim ət-Tai Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu nəql edir:

“Bir müsəlman bir məsələ barədə and içəndən sonra Allah rizası üçün daha təqvalı (savablı) bir şeylə qarşılaşarsa, (anddan dönüb kəffarə vermək bahasına da olsa) təqvaya yönəlsin”. [Müslim, Eyman 15]

 عَنْ أَب۪ي أُمَامَةَ صُدَيِّ بْنِ عَجْلَانَ الْبَاهِلِيِّ قَالَ: سَمِعْتُ رَسُولَ اللّٰهِ يَخْطُبُ ف۪ي حَجَّةِ الْوَدَاعِ فَقَالَ: «اِتَّقُوا اللّٰهَ وَصَلُّوا خَمْسَكُمْ وَصُومُوا شَهْرَكُمْ وَأَدُّوا زَكَاةَ أَمْوَالِكُمْ وَأَط۪يعُوا

أُمَرَاءَكُمْ تَدْخُلُوا جَنَّةَ رَبِّكُمْ»

Əbu Umamə Sudey ibn Əclan əl-Bəhili (r.a.) nəql edir: “Allah Rəsulu (s.ə.s.) Vida xütbəsində belə buyurdu: “Allah qarşısında daim təqva ilə hərəkət edin. Beş vaxt namazı qılın. Ramazan orucunu tutun. Mallarınızın zəkatını verin. İdarəçilərinizə itaət edin. Bunları etdiyiniz təqdirdə Rəbbinizin Cənnətinə daxil olarsınız”. [Tirmizi, Cümə 80]




Şərh yaz