1. 967 dəfə oxunub ,   0 şərh   Çap et

Hər hansı bir mövzuda, geniş, dərin və sistemli düşünmək mənalarına gələn təfəkkür; qəlbə qığılcım, ruha qida olar; bilgiyə də ruh, məna qatar. Təfəkkür olmayanda qəlb qaralar, ruh sıxılar və dini həyat quru cəsədə çevrilər.

اِنَّ في خَلْقِ السَّمٰوَاتِ وَالْاَرْضِ وَاخْتِلَافِ الَّيْلِ وَالنَّهَارِ لَاٰيَاتٍ لِاُولِي الْاَلْبَابِۚ اَلَّذينَ يَذْكُرُونَ اللّٰهَ قِيَاماً وَقُعُوداً وَعَلٰى جُنُوبِهِمْ وَيَتَفَكَّرُونَ في خَلْقِ السَّمٰوَاتِ وَالْاَرْضِۚ رَبَّنَا مَا خَلَقْتَ هٰذَا بَاطِلاًۚ سُبْحَانَكَ فَقِنَا عَذَابَ النَّارِ

“Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə və gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün (Allahın varlığını və birliyini göstərən) dəlillər vardır. Onlar ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayar, göylərin və yerin yaradılması haqqında düşünərlər (və belə deyərlər:) “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan. Sən pak və müqəddəssən! Bizi cəhənnəm əzabından qoru! ” (Ali İmran 3/190-191)

Hz. Aişə (r.anha) rəvayət edir:

“Bir gecə Rəsulullah (s.ə.s.) bana:

«–Ey Aişə! İcazə versən, gecəni Rəbbimə ibadət edərək keçirim» dedi. Mən də:

«–Vallahi səninlə bərabər olmağı çox istəyirəm, ancaq səni sevindirən şeyi daha çox sevirəm» dedim.

Sonra qalxdı, gözəlcə dəstəmaz aldı və namaza başladı. Ağlayırdı… O qədər ağladı ki, paltarı, mübarək saqqalları, hətta səcdə etdiyi yer göz yaşları ilə islandı. O, bu haldəykən Hz. Bilal namaza çağırmaya gəldi. Ağladığını görüncə:

«–Ya Rəsulullah! Allah Təala sənin keçmiş və gələcək günahlarını bağışladığı halda nə üçün ağlayırsan?» dedi. Bunun üzərinə Allah Rəsulu (s.ə.s.):

«–Allaha çox şükür edən bir qul olmayımmı? Vallahi bu gecə mənə elə ayətlər endirildi ki, onları oxuyub da üzərində dərin və təfəkkür etməyənlərə yazıq olsun!» dedi və Ali İmran surəsi 190-191ayələrini oxudu. (İbn Hibban, Səhih, II, 386)

“Təfəkkürə tayı-bərabəri ibadət yoxdur; elə isə gelin Uca Allahın nemət və qüdrət əsərlərini təfəkkür edin! Amma zinhar Allahın zatını təfəkkür etməyin. Zira O, bu insan düşüncəsini aşan bir mövzudur.” (Təbərani, el-Mucəmul-əvsat 6/250)

Həzrət Aişə (r.anha) və Həzrət Ümmü Sələmə (r.anha) analrımız Allah Rəsulunun bu ayələri oxuyub ağladığını rəvayət etmişdirlər.

Bişri Xəfi[1] deyir ki: “İnsanlar Uca Allah əzəməti haqqında təfəkkür etsələr, Ona üsyan etməz, günah işləməzlər.” (İbn Kəsir, I, 448, Ali İmran, 3/190-cı ayənin təfsiri)

Ərəbcə bir kəlimə olan təfəkkür, “təfə’ul” babından gəlir. Ərəb qrammatikasına görə felin bu formasında bir az hərəkət etmək, çalışmaq. əziyyət çəkmək mənası vardır. Yəni insan düşüncənin təfəkkürə çevrilməsi üçün ciddi şəkildə çalışmalı, bu istiqamətdə iradəsinin haqqını verməlidir. Digər yandan, təfəkkür bilməyə bağlıdır. İnsan bilmədiyi şeyi necə təfəkkür edə bilər. Ona görə çox oxumaq lazımdır.

Bu mənada təfəkkür, qəlbdə yanan elə bir nurdur ki, xeyir ilə şər, fayda ilə zərər, gözəl ilə çirkin onunla görülər və sezilər.. kainat onunla kitab kimi oxunar. Quran ayələri təfəkkür ilə dərin mənalar ortaya çıxarar.

Təfəkkür, hadisələrdən ibrət almaq və müxtəlif nəticələr əldə etmək üçün çıraq olub yol aydınladar. Yeni icadlara, təcrübələrə nurlu açar olar, açılan qapılardan da həqiqətlər gün üzünə çıxar.

İnsan, bir saat düzgün şəkildə təfəkkür edərsə, həmin şəxsdə iman əsasları inkişaf edər. Allahı tanıdıqca sevər, sevgisi artdıqca daha çox tanımaq istəyər. Daha sonra o, Allahı sevər və qəlbində dərin bir ilahi məhəbbət yaranar, oradan mənəvi zövq alar və bu şəkildə ülvi aləmlərə qanad açar. Belə bir üfüqə çatan şəxs nemətlərin əsl sahibinin kim olduğunu dərk edər. Ona şükür edər. Onun razılığını qazanmaq adına ibadətlərində də dərinləşər, ibadətdən zövq alar.

Buna görə Quranı Kərim insanları hər daim təfəkkürə dəvət edir. Ayaq üstə durarkən, gəzərkən, oturarkən, uzanmış vəziyyətdə belə Allahın kainatdakı nişanələrini, ayələrini düşünməmizi istəyir.

اِنَّمَا مَثَلُ الْحَيٰوةِ الدُّنْيَا كَمَٓاءٍ اَنْزَلْنَاهُ مِنَ السَّمَٓاءِ فَاخْتَلَطَ بِه۪ نَبَاتُ الْاَرْضِ مِمَّا يَأْكُلُ النَّاسُ وَالْاَنْعَامُۜ حَتّٰٓى اِذَٓا اَخَذَتِ الْاَرْضُ زُخْرُفَهَا وَازَّيَّنَتْ وَظَنَّ اَهْلُهَٓا اَنَّهُمْ قَادِرُونَ عَلَيْهَٓاۙ اَتٰيهَٓا اَمْرُنَا لَيْلًا اَوْ نَهَارًا فَجَعَلْنَاهَا حَص۪يدًا كَاَنْ لَمْ تَغْنَ بِالْاَمْسِۜ كَذٰلِكَ نُفَصِّلُ الْاٰيَاتِ لِقَوْمٍ يَتَفَكَّرُونَ

“Həqiqətən, dünya həyatı göydən endirdiyimiz suya bənzəyir ki, insanlar və heyvanların yedikləri bitkilər onunla (böyüyüb) iç-içə girərlər. Nəhayət, yer üzü bər-bəzəyinə büründüyü və sakinləri də ona sahib olduqlarını zənn etdikləri zaman gecə, yaxud gündüz vaxtı ora əmrimiz (bəlamız) gələr və oranı, sanki dünən heç yox imiş kimi biçilmiş bir hala gətirərik. Biz düşünən insanlar üçün ayələri belə izah edirik.” (Yunus 10/24)

وَهُوَ الَّذي مَدَّ الْاَرْضَ وَجَعَلَ ف۪يهَا رَوَاسِيَ وَاَنْهَارًاۜ وَمِنْ كُلِّ الثَّمَرَاتِ جَعَلَ ف۪يهَا زَوْجَيْنِ اثْنَيْنِ يُغْشِي الَّيْلَ النَّهَارَۜ اِنَّ ف۪ي ذٰلِكَ لَاٰيَاتٍ لِقَوْمٍ يَتَفَكَّرُونَ

“Yer üzünü döşəyən, orada möhkəm dağlar və çaylar yaradan və bütün meyvələrdən cüt-cüt yaradan Odur. O, gündüzü gecəyə qərq edər. Şübhəsiz ki, bunda düşünən bir qövm üçün (Allahın varlığını və birliyini göstərən) dəlillər vardır.” (Rad 13/3)

Nemətə baxıldığı zaman Neməti verən, sənətə baxıldığı zaman Sani (sənətkar), səbəblərə baxdıqda Əsl Səbəbkar, hadisələrə təsir edən Güc zehnə və fikrə gəlməlidir. Yaratdığı hər bir şeydə nizamı, intizamı, ahəngi, hikməti, qayəni və s. ancaq insan təfəkkürlə dərk edə bilər.

 Bu gün hər şey gözümüzdə adiləşib, qəflət yuxusundayıq. Gözdəki pərdənin yırtmaq lazımdır. İnsan ona bəxş edilən orqanları təfəkkür istiqamətində istifadə etməlidir. Yuxarıda qeyd etdik təfəkkür bilməyə, bilmək də oxumağa bağlıdır. Misal verək. Əlimizə lupa alıb bu günlərdə yağan qara baxsaq hər düşən qar dənəsinin müxtəlif simmetrik fiqurlar şəklində olduğunu görərik. Oradan başımızı qaldırıb qarın gəldiyi nöqtəyə buluda, havaya, küləyə, atmosferə baxaq. Onların belə bir qabiliyyəti varmı?! Xeyr, yoxdur. Onu idarə edən, o şəkildə nizama salan Rəbbimiz var.  Heç bir qar dənəciyi biri digərinin bənzəri deyildir. Allahın Fərd ismi onların hər birində təcəlli edib, fərqli yaradılıb. Qar buluddan toplu halda bir dəfədə ensə idi, necə olardı. Yerdə bir məhəllə qar uçqunu altında qalardı. Ancaq hər bir qar dənəsi aramla, asta-asta, yağış damcısı kimi mələklər vasitəsi ilə göydən yerə rəhmət olaraq yağır. Saymaqla qurtara bilməyəciyimiz başqa hikmətləri də vardır. Təəssüflər olsun ki, hər şey gözümüzdə adiləşincə qəlbimiz qəflətə düşür, iman zəifləyir, heç bir şeydən də ləzzət almırıq.

Əşya və hadisələrə ibrət gözü, təfəkkür ilə baxıldığı zaman orada Allahın isimlərinin təcəllilərini görə bilərik. Rəhman, Hənnan Rəhim, Munim (nemət verən), Vədud  (çox sevən, çox sevilən), Lətif, Kərim, Müzəyyin (bəzəyən),  Sani (bir şeyi ilk dəfə analoqu olmadan yaradan), Muhsin, Alim, Hakim, Musavvir (dizayn edən), Müqaddir (ahəng qoyan) kimi isimlər açıqca oxuna görə bilir.

Könüllər soltanı kainat kitabını necə təfəkkür edib oxumamız lazım olduğunu  bizə öyrədir. “Təfəkkürün tayı-bərabəri ibadət yoxdur; elə isə gəlin Uca Allahın nemət və qüdrət əsərlərini təfəkkür edin! Amma zinhar Allahın zatını təfəkkür etməyin. Zira O, bu insan düşüncəsini aşan bir mövzudur.” (Təbərani, el-Mucəmul-əvsat 6/250)

Təfəkkürün fərqli bir yönü

Yaşadığımız dövrdə müsəlmanlar arasında qıtlığı yaşanan problemlərdən biri də təfəkkürün olmamasıdır.  Bu mövzuda yolda qalmışıq. İslam tarixi heç bir zaman belə qıtlıq dövrü yaşamamışdır. İnananların  başını işlədib, yeni fikirlər ortaya qoyub, alternativ həll yollarını tapmaq, tapıb içinə düşdükləri fəlakət və müsibətlərdən qurtulmaq  kimi dərdi yoxdur. Allah Rəsulu (s.ə.s) peyğəmbər olmadan öncə günlərcə Məkkədən ayrılıb Nur dağında təkbaşına təfəkkürə daldı, cəmiyyətin içinə düşdüyü bataqlıqdan necə qurtulacağını düşündü-durdu, iztirabını çəkdi. Sonra Allah Təala onu (s.ə.s) peyğəmbər olaraq göndərdi. O da Məkkə cəmiyyətində çıraq oldu, özü kimi cəmiyyətin içinə düşdüyü çuxurdan narahat olan, qıvrılıb qalan, çarəsizlik içində inləyən insanları bir araya gətirdi. Məkkədə doğan günəş 23 ildə bütün Ərəbistan yayıldı. İşıq qaranlığı boğdu.  Hər tərəf cahilliyə qaranlığından xilas oldu.

Təfəkkürün iki yönü var. Birincisi, Uca Allahın isimlərini, kainatdakı icraatını düşünmək, nemətlərini dərk etmək, imanda, mərifətdə, dərinləşmək, Onun sevgisini qazanmaq, Allahı sevmək. Əlbəttə ki,  bu çox əhəmiyyətlidir.

İkincisi isə, inandığı, dərk etdiyi, daddığı, hiss etdiyi ülvi dəyərləri bütün dünyaya, insanlara da çatdırmaq.. varsa bunun önündəki əngəlləri ortadan qaldırmaq.. könüllərə girə bilmək üçün alternativ yollar axtarıb tapmaq, bütün bunlar da təfəkkürün fərqli yönündür. Bunları da düşünməlidir, çünki ilai-kəlimətullah, yəni insanlara Allahı sevdirmək mömin insanın ən başlıca vəzifələrindən biridir. Sadəcə özü inanıb, dinini yaşmaqla insan vəzifəsini tamamlamış olmaz, mütləq inandığı həqiqətləri, dəyərləri başqalarına da çatdırmaq, cəmiyyət üçün töhfə vermək də əsli vəzifəsidir. Ona görə də həqiqi mömin də Rəsulullah (s.ə.s) kimi cəmiyyətin də içinə düşdüyü bataqlıqdan çıxması üçün çalışmalıdır. İslam inancda tövhidə dəvət etdiyi kimi, cəmiyyətin də xilası adına tövhid ətrafında birləşməyə, tək ürək, tək yumruq halına gəlməmizi istəyir.

Bu gün, son ilahi din olan İslamın, son xilaskar Həzrət Muhəmmədin bayrağı dünyada layiqincə dalğalanmır. Bayraq qaldıranların da dinin ruhundan xəbəri yoxdur. Adı barış olan dini, qanlı əllər ilə təmsil etməyə çalışırlar. Bəli, həqiqi mömin bunun iztirabını daim hiss etməlidir. Belə bir iztirabı hiss etmək, duymaq ancaq təfəkkür etmək, dərdlənməklə olur. Dünya xəritəsini gözümüz qabağnda canlandırdığımız zaman müəlmanların yaşadığı coğrafiyalarda cahillik, kasıbçılıq, müharibə, haqsızlıq, gei qalmışlıq, natəmizlik, yalaq, mərhəmətsizlik, vurdumduymazlıq, … saymaqla qurtarmayacaq nə qədər mənfiliklər var görülür. Bu gün nə acıdır ki, bu coğrafiya cahiliyyə dövründən də betər haldadır. Bütün bu problrmlər dərdlənən, düşünən, iztirabını çəkən dövürn Əbu Bəkirləri, Əliləri, Ömərləri, Osmanları, Talhaları, Abdurrəhmnaları… ilə aşılcaq. Biz varıq “Ya Rəsulullah!” deyəcək insanlarla aşılacaq. 

[1] Allah dostlarından Bişri Xəfi, 150 (767) və ya 152 (769) ilində Orta Asyada yerləşən Mərv şəhərində anadan olub. O şəhərinin tanınmış ailələrindən birinə mənsubdur. İlk dini təhsilini aldıqdan sonra hədis elminə yönəlmiş və bu sahədə dövrün seçilmiş hədisçilərindən biri olmuşdur.   Malik ibn Enes, Şərik b. Abdullah, Hammad b. Zeyd, İbrahim b. Sad, Fudayl b. İyaz ve Abdullah b. Mübarək kimi hədis alimlərindən dərs dinləmişdir. Əhməd b. Hənbəl, Əbu Xeysəmə Züheyr b. Hərb, Əhməd əd-Devraki və İbrahim əl-Hərbi kimi alimlər də ondan dərs almışlar. Darəqutni onun siqa bir ravi olduğunu, səhih olmayan heç bir hədis rəvayət etmədiyini qeyd edir.  Bütün qaynaqlar onun bir dövrdən sonra bütün kitablarını torpağa basdırıb təsəvvufa istiqamətləndiyini qeyd edir. Öz dayısı Ali b. Harşəmin söhbətlərinə iştirak edir. Həmin dövrün məşhur sufilərindən olan Fuzayl b. İyaz, Səri əs-Səqati, Əhməd b. Asım el-Antaqi, Əbu Əli əl-Cûzcani və Əbu Said əl-Harrazla da görüşmüşdür.



Açar sözləri

təfəkkür

Bənzər məqalələr

  Səməni, ay səməni

 Bayram günlərində bir neçə həftədən bəri qulluq edərək göyərtdiyimiz, novruzun simvolu olan səmənini qırmızı lentlə bəzəyərək masamızın ortasına qoyuruq. Dadını çıxardaraq şəkərbura, paxlavanı yeyərkən bayram qurtarınca atacağımız səməniyə bir də təfəkkür gözü ilə baxaq.   Bitki nəsillərinin davam etməsi və çoxalması ya toxumları vasitəsilə (generativ) və ya kökdən, gövdədən yaxud digər vegetativ orqandan əmələ gəlir; bəzi bitkilər […]

Təfəkkür

Hər hansı bir mövzuda başı-sonu, hədəf və qayəsi müəyyən edilmiş; disiplinli, dərin və sistemli düşünmə mənasına gələn təfəkkür əsasında bir peyğəmbərlik peşəsidir.

Orucun xatırlatdıqları

Nemətə səbəb olana təşəkkür edib, bu nemətin həqiqi sahibi olan Allahı unutmaq, qiymətli hədiyyə gətirən elçinin əlini öpüb, hədiyyə sahibini tanımamaq kimidir.

Əvvəlcə özümüzdən başlayaq

Dinimiz qətiyyətlə “başqasından mənə nə”, “mənə dəyməyən min il yaşasın”, “Mən tox olum, cümlə-cahan batsa da, batsın” kimi anlayışları qəbul etmir. Bir müsəlmanın özü üçün istədiyini din qardaşı üçün də istəməsi, hətta öz ehtiyacları ola-ola din qardaşının köməyinə tələsməsi kamil mömin olmağın əsas şərtidir. “Mən özümə cavabdehəm, başqaları məni maraqlandırmır, onlardan mənə nə?!” deyə bilmərik.

Kainatdakı ümumi hikmət

Nəhəng bir insanı xatırladan kainat da bu cür hikmətlərlə təchiz edilmişdir. Belə ki, bütün mövcudatda zərrə qədər də olsun mənasız, lazımsız bir şey tapmaq mümkün deyildir. Zahirən faydasız görünən, qımıldanmadan dayanan bir ağac yarpağında belə neçə-neçə hikmət və fayda gizlənmişdir! Hərçənd ki, Haqq-Təala bunları bu cür yaratmağa məcbur deyildir, ancaq Onun Hakim ismi bunu zəruri edir.


Şərh yaz