Mənəviyyata Açılan Pəncərə

Təfəkkür

Hər hansı bir mövzuda başı-sonu, hədəf və qayəsi müəyyən edilmiş; disiplinli, dərin və sistemli düşünmə mənasına gələn təfəkkür əsasında bir peyğəmbərlik peşəsidir. Ərəbcə bir kəlimə olan təfəkkür, “təfə’ul” babından gəlir. Bu babın özəlliyi təkəllüfdür. Yəni insanın bir şeyin baş tutması üçün ciddi şəkildə çalışmalı, bu istiqamətdə iradəsinin haqqını verməlidir.

اِنَّ في خَلْقِ السَّمٰوَاتِ وَالْاَرْضِ وَاخْتِلَافِ الَّيْلِ وَالنَّهَارِ لَاٰيَاتٍ لِاُولِي الْاَلْبَابِۚ اَلَّذينَ يَذْكُرُونَ اللّٰهَ قِيَاماً وَقُعُوداً وَعَلٰى جُنُوبِهِمْ وَيَتَفَكَّرُونَ في خَلْقِ السَّمٰوَاتِ وَالْاَرْضِۚ رَبَّنَا مَا خَلَقْتَ هٰذَا بَاطِلاًۚ سُبْحَانَكَ فَقِنَا عَذَابَ النَّارِ

 “Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə və gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün (Allahın varlığını və birliyini göstərən) dəlillər vardır. Onlar ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayar, göylərin və yerin yaradılması haqqında düşünərlər (və belə deyərlər:) “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan. Sən pak və müqəddəssən! Bizi cəhənnəm əzabından qoru! ” (Ali İmran 3/190-191)

Hz. Aişə rəvayət edir:

“Bir gecə Rəsulullah (s.ə.s.) bana:

–Ey Aişə! İcazə versən, gecəni Rəbbimə ibadət edərək keçirim,- dedi. Mən də:

–Vallahi səninlə bərabər olmağı çox istəyirəm, ancaq səni sevindirən şeyi daha çox sevirəm, – dedim.

Sonra qalxdı, gözəlcə dəstəmaz aldı və namaza başladı. Ağlayırdı… O qədər ağladı ki, paltarı, mübarək saqqalları, hətta səcdə etdiyi yer göz yaşları ilə islandı. O, bu haldəykən Hz. Bilal namaza çağırmaya gəldi. Ağladığını görüncə:

–Ya Rəsulullah! Allah Təala sənin keçmiş və gələcək günahlarını bağışladığı halda nə üçün ağlayırsan?- dedi. Bunun üzərinə Allah Rəsulu (s.ə.s.):

 –Allaha çox şükür edən bir qul olmayımmı? Vallahi bu gecə mənə elə ayətlər endirildi ki, onları oxuyub da üzərində dərin və sistemli bir şəkildə düşünməyənlərə yazıq olsun!, – dedi və Ali İmran surəsi 190-191ayələrini oxudu. (İbn Hibban, Səhih, II, 386)

Allah Rəsulu (səllallahu əleyhi ve səlləm) buyurur ki“Kim bu ayəni oxuyub da təfəkkür etməzə ona yazıq olsun!” Ümmü Sələmə və Aişə analarımız, bu ayə nazil olduğu zaman və ya bu ayəni oxuyaraq Peyğəmbərimizin ağladığını nəql edirlər.

“Təfəkkürün tayı-bərabəri ibadət yoxdur; elə isə gəlin Uca Allahın nemət və qüdrət əsərlərini təfəkkür edin! Amma zinhar Allahın zatını təfəkkür etməyin. Zira O,  insan düşüncəsini aşan bir mövzudur.”  (Təbərani)

Təfəkkür öncə bilməyə bağlıdır. İnsan bilmədiyi şeyi necə təfəkkür edər. Buna görə çox kitab oxumaq lazımdır. İnsan, bir saat sağlam təfəkkür edərsə, o insanda iman əsasları inkişaf edər. Daha sonra o insan, Allahı sevər və qəlbində dərin bir ilahi məhəbbət yaranar, oradan mənəvi zövq alar və bu şəkildə ülvi aləmlərə qanad açar.

Exit mobile version