Mənəviyyata Açılan Pəncərə

Təhdidlə orucu pozmaq

Sual: Təhdid altında olan şəxs orucunu poza bilərmi?

Cavab: Əgər kimsə oruc tutan şəxsi “orucunu pozmazsan səni öldürərəm”, “sənə xəsarət yetirərəm”  və s. deyərək təhdid edər, üstəlik dediyini etmək çalışarsa oruclu orucunu poza bilər. Əks halda canından ola bilər. Belə halda orucunu pozan şəxs həmin orucu qəza etməlidir. Ramazanda (əri tərəfindən) məcburi cinsi əlaqədə olmağa vadar edilən qadın da həmin orucunu yalnız qəza etməlidir. Təhdidlər uzun müddət davam edərsə həmin şəxslər orucunu pozmuş kimi göstərərək oruca davam edə bilər.

Sovet hakimiyyətinin amansız illərində Xalq Komissarları Soveti tərəfindən təhkim olunan şəxslər insanlara zorla orucu pozdurmaq üçün su içirirdilər. Həmin dövrün alimləri təhdid altında su içirilsə belə oruca davam ediləcəyi haqqında fətva vermişlər.

 

Exit mobile version