2. 989 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Təkbaşına namaz qılan şəxsin çiyninə toxunaraq ona camaat kimi qoşulmaq olar?

İmamın hansı namazı qıldığını tam olaraq bilirsiniz və bundan əminsinizsə onun çiyninə toxunaraq camaat ola bilərsiniz. İmam əvvəlcədən “mən fərzə durdum sən arxadan gəl camaat ol” dedikdə ona tabe olmaq olar. Bunun xaricində aşağıdakılara diqqət eləmək lazımdır: 

İmam və ona tabe olan şəxs arasında niyyət eyniliyi olmalıdır. Məsələn, imam günorta namazına niyyət elədiyi halda, ona tabe olan camaat ikindi namazına niyyət edərsə bu keçərli deyil. Nafilə namaza niyyət edən birinin arxasında fərz namaz qılmaq da doğru deyildir. Lakin fərz namaz qılmağa niyyət edənin arxasında nafilə namaza niyyət edərək namaz qılmaq olar. Təkbaşına namaz qılan şəxs əgər namaza başlamazdan əvvən imamlığa niyyət etməyibsə namaz əsnasında niyyətini dəyişdirə bilməz. 

Bir şəxs təkbaşına namaz qılmağa başlasa sonradan gələn başqa biri ona tabe olsa və özünə tabe olunan şəxs namaz əsnasında imama olmağa niyyət eləsə nafilə namazlar üçün bu imamlıq səhihdir. Əsaslandığı dəlil “İbn Abbas (r.a) nəql edir ki, xalam Məymunənin (r.anha) evində qalmışdım. Hz. Peyğəmbər (s.ə.s) gecə nafilə namaz üçün qalxdı. Su tuluğundakı su ilə dəstəmaz aldı. Sonra namaz qıldı. Mən də eynilə onun elədiyi kimi dəstəmaz aldım və gəlin onun sol tərəfində namaza dayandım. Arxa tərəfdən əlləri ilə mənim əllərimi tutdu və məni sağ tərəfə çəkdi”. (Buxari, Müslim).

Fərz namaza gəlincə: Əgər təkbaşına namaz qılan şəxs bir məsciddə imamdırsa və kiminsə özünə tabe olmağını gözləyirsə həmin şəxs təkbaşına iftitah təkbiri gətirəndən sonra özünə tabe olacaq şəxsi gözləyə və onunla birgə namaz qıla bilər. Hənbəlilərə görə belə etmək caizdir. Çünki Hz. Peyğəmbər təkbaşına namaza başladıqdan sonra Cabir və Cəbbarə ona tabe olaraq namaz qılmış, Peyğəmbərimiz (s.ə.s) onların elədiyi bu hərəkətə heç nə deməmişdir. Bu namaz səfərdə qılınan fərz namaz idi. Rəsulullaha (s.ə.s) tabe olanlar da səfəri idilər. Onlar Rəsulullahın (s.ə.s) hansı namazı qıldığını bildikləri üçün belə etmişlər. Bunun (yəni imamın hansı namazı qıldığını dəqiq bilməyin) xaricində təkbaşına namaz qılan şəxsə fərz namazda tabe olmaq səhih deyil. (Bax: Vehbe Zuhayli, İslam fıkhı ansiklopedisi, II, s. 333)




Bənzər məqalələr

Peyğəmbərimiz və səhabələrin namazı

Möminin meracı sayılan namaz imanın əkiz qardaşı kimidir. Başqa sözlə, imanın əməli şəkli namaz, namazın da nəzəri şəkli imandır.

Nə üçün namaz?

İnsan yaradılış baxımından çox zəifdir. Hər şey ona təsir edib əziyyət verir. İnsan həm də acizdir. Düşmənləri və bəlaları saysız-hesabsızdır. İnsan xəstəliklər, təbiətdəki fəlakətlər, ölüm qarşısında gücsüzdür.

hacet
“Dəli”nin namazı

“Dəli”nin namazı

Beş vaxt namazın əhəmiyyəti

Namaz qəlbin nuru, ruhun qidası, möminin meracı, insanın uca Yaradanla vasitəsiz bağlılığıdır. Namaz həddi-büluğa çatmış, ruhi xəstə olmayan hər bir müsəlman kişi və qadına fərzdir.

Təravih namazı neçə rükətdir

Kim Ramazanda inanaraq və savabını Allahdan gözləyərək, Onun rizasını qazanmaq üçün qiyam edərsə (təravih namazı qılarsa), keçmiş günahları bağışlanar.


Şərh yaz