Hz. Peyğəmbərin (s.ə.s) tualet ehtiyacından sonrakı təmizlikdə əsasən sudan[1], suyun olmadığı zamanlarda isə xırda və nisbətən düz daşlardan istifadə etdiyi[2] bildirilir.
Müasir dövrdə övrət yerləri su ilə təmizlənmədən əvvəl və ya sonra tualet kağızından da istifadə edilir. Beləcə həm əlin nəcasət ilə birbaşa təması azalır, həm də yuyulandan sonra qalan su qurulanır. Su ilə təmizlik etdikdən sonra övrət yerinin parça və ya tualet kağızı ilə qurulanmasının sağlamlıq və təmizlik baxımından daha uyğun hətta zəruri olduğunu ifadə etmək lazımdır.
Su ilə təmizləndikdən sonra bez və ya tualet kağızı ilə qurulanmaq, Quba xalqının Qurani-Kərimdə təriflənən təmizliyinə bənzəyir. Quba xalqı su ilə təharətləndikləri üçün “Tövbə” surəsinin 108-ci ayəsi onlar haqqında nazil olmuşdur. Bu ayə (“Orada (maddi-mənəvi kirlərdən) paklanmağı sevən insanlar vardır. Allah pak olanları sevər!”)[3] nazil olanda Allah Rəsulu (s.ə.s), Quba əhalisinə: “Allah təmizlik barəsində sizi öyür. Bu nədən irəli gəlir?” deyə soruşduqda, onların: “Biz namaz üçün dəstəmaz alırıq, qüslsuz olanda yuyunuruq və su ilə təharətlənirik” – dedilər. Rəsulullah (s.ə.s): “Təfir elə bunun üçündür, buna davam edin!” – buyurdu.[4]
Hz. Aişə (r.anha) Rəsulullahın (s.ə.s) heç vaxt su ilə təharətlənmədən tualetdən çıxmadığını bildirmiş və İbn Ömər də “Biz də bu şəkildə etdik və bunun bir şəfa və təmizlik vasitəsi olduğunu gördük” demişdir.[5]
Qərb cəmiyyətlərində olduğu kimi sadəcə tualet kağızı ilə təmizlənmək kifayət deyil. Buna görə də tualet təmizliyini su ilə etmək, sonra da tualet kağızı ilə qurulanmaq ən etibarlı və gözəl yoldur.
İstinca edərkən sudan istifadə etmədən sadəcə tualet kağızı və bezlə kifayətlənmək məkruhdur.
Köhnə fiqh kitablarında kağız istifadə etməyin məkruh olduğu bildirilir. Bu doğrudurmu?
Keçmiş dövrlərdə kağız az tapıldığı üçün çox dəyərli idi və ancaq kitab yazmaq üçün istifadə edilirdi. Bunu nəzərə alaraq bəzi köhnə fiqh kitablarında kağızın təmizlikdə istifadə edilməsi uyğun görülməmişdir. Günümüzdə tualet kağızları yazı vəsaiti kimi istifadə olunmadığına görə tualet kağızından istifadə oluna bilər[6].