14. 977 dəfə oxunub ,   0 şərh   Çap et

Təravih ərəb dilində “tərviha” sözünün cəmi olub “rahatlamaq,dincəltmək” deməkdir. Ramazan ayında yatsı/işa namazından sonra qılınan bu sunnət namazının hər dörd rükətininson oturuşu ilk dövrdə “tərvih” adlandırılmışdır. Sonralar bu sözün cəm şəkli olan “təravih” “Ramazan gecələrində qılınan nafilə namazlar” mənasında işlənmişdir.Təravih namazı sünnəti-müəkkədədir. Oruca deyil, yalnız Ramazan ayına məxsus sünnətidir, dolayısilə, başqa günlərdə oruc tutanlar təravih namazı qılmırlar. Kişilərə də və qadınlara da aiddir.Təravih namazı iyirmi rükətdir.

Yatsı (işa) namazından sonra vitr namazından əvvəl qılınır. Təravihin camaatla qılınması sünnətdir,ancaq həm tək və həm də camaatla qılına bilər, amma camaatla qılmaq daha fəzilətlidir. Təravih namazı on “salam” və beş tərvihadan (dincəlməkdən) ibarətdir. Bu namaz iki rükət-iki rükət və ya dörd-dörd qılınır, dörd rükətdən bir istirahət edilir. Beşinci tərvihadan sonra camaatla vitr namazı qılınır.

Allah Rəsulu bir necə gecə sistisna olmaqla Ramazan boyu təkbaşına təravih namazı qılmış və “Kim Ramazan namazını (təravih) inanaraq və savabını Allahdan gozləyərək qılarsa, onun kecmiş gunahları bağışlanar,” – buyuraraq əshabını bu namazı qılmağa təşviq etmişdir.[1]

Peyğəmbərimizin təravih namazını qılması ilə bağlı rəvayət belədir: “Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Ramazanda Məscidul-Nəbəvidə etikaf (bir yerə cəkilib ibadətlə məşğul olmaq; xususilə,Ramazanın son on günündə məscidlərdə və buna bənzər yerlərdə qalıb namaz qılmaq, Quran oxumaq, zikr gətirmək kimi ibadətlərlə məşğul olmaq) üçün həsirdən bir hücrə düzəltdirdi. Ramazan ayının son on gunundə (Hz.Aişənin rəvayətinə görə, iki və ya üc gecə) burada qaldı, camaatla yatsı və təravih namazını qıldı. İnsanların böyük maraq göstərdiyini görüncə bir gecə yalnız yatsı namazını qıldıraraq hücrəsinə çəkildi və təravihi qıldırmağa gəlmədi.Məsciddəkilər Rəsulullahın hücrəsindən çıxmağını gözləməyə başladılar. Hətta yatdığını zənn edərək Onu oyatmaq üçün öskürdülər.Peyğəmbərimiz də sübh namazı vaxtı hücrədən çıxıb onlara belə dedi: “Sizin təravih qılmaq istədiyinizi bilirəm. Bu namazı sizə qıldırmağa heç bir şey mane olmur. Ancaq təravihin sizə fərz buyurulmasından narahat olduğum üçün gəlib qıldırmadım. Əgər fərz buyurulsa, bunu layiqincə yerinə yetirə bilməzsiniz. Haydı evlərinizə qayıdın. Fərz namazlar istisna, ən fəzilətli namaz evdə qılınan namazdır”.[2]

Bununla yanaşı, Peyğəmbərimizin (əleyhissalatu vəssalam) təravih namazının əhəmiyyəti və sünnət olması haqqında buyurur:

“Allah-Təala ramazan ayında oruc tutmağı fərz buyurdu. Mən də sizi Ramazan gecələrində qiyam etməyə (təravih namazını qılmağa) təşviq etdim. Kim inanaraq və savabını da Allahdan umaraq ixlasla oruc tutar və qiyam edərsə (təravih namazını qılarsa), dünyaya gəldiyi kimi günahsız olar (günahlardan

təmizlənər)”.[3]

Təravih namazı Hənəfi, [4]Şafii [5]və Hənbəli[6] məzhəblərinə görə, iyirmi rukətdir.[7] Maliki məzhəbində isə iyirmi və otuz altı rukət qılınması şəklində iki fərqli fikir var. Ancaq bu məzhəbə aid kitablarda təravih namazının, əsasən, iyirmi rükət olduğu qeyd edilir.[8] Şafii məzhəbinin məşhur alimlərindən olan İmam Nəvəvi alimlərin icması ilə təravih namazının sunnət olduğunu vurğulayaraq məzhəbinə görə

onun iyirmi rukət olduğunu acıq şəkildə bildirmişdir.[9]  Yuxarıda Hz. Aişədən verilən rəvayətdə isə Peyğəmbərimizin necə rükət təravih namaz qıldırması bildirilmir.

Hz. Ömər xəlifə olanda səhabələri və camaatı bir yerə toplayır. Ubey b Kabı[10] imam (pişnamaz) təyin edərək ona iyirimi rukət təravih namazı qıldırtdırır. Heç bir səhabə buna etiraz etmir. Deməli, onların da bu haqda məlumatı var idi ki, heç nə deməmişdilər. İmam Əzəm (Əbu Hənifə) da qeyd edir ki,

Hz. Ömərin bu tətbiqatı bidət deyil, o, Allah Rəsulundan öyrəndiyini həyata keçirirdi.[11] Elə səhabələrin

də buna etiraz etməyib dəstəkləməsi bu mövzuda fikir birliyini (icmanı) göstərir. Bu fikir birliyi də Peyğəmbərimizin felinə (icraatına, davranışlarına) əsaslanır. Onların bir məsələdə icma etməsi (fikir birliyinə malik olması) nəss (dini dəlil) mahiyyətindədir.[12] Hz. Ömərdən sonra xəlifə olan Hz. Osman (r.a.) və Hz. Əli (r.a.) dovrlərində də məsciddə camaatla iyirmi rükət təravih qılınmış və bu günə qədər də qalınmaqdadır.[13]İbn Abidin şərqdə və qərbdə təravih namazının iyirmi rükət qılındığını bildirərək bu ibadəti əksəriyyətin mənimsədiyini ifadə edir.[14]

Hz. Ömər (r.a.) dağınıqlığın qarşısını almaq üçün camaat şəklində iyirmi rükət təravih qılmağı əmr etmişdir. Çünki təravih namazı məsciddə ayrı-ayrı və ya qrup şəklində qılınırdı. Səhabələrin təravih namazını iyirmi rukət qıldığını təsdiq edən rəvayətlər də var. Bunlar aşağıdakılardır:

1. İbn Abbas (radıyallahu anh) rəvayət edir: “Peyğəmbərimiz iyirmi rükət (təravih) namazı və (sonra da) vitr namazı qıldırdı”.[15]

Bu rəvayət əshabələrin feli icması (hamısının 20 rükət təravih namazı qılması) ilə təsdiq olunmuşdur.[16] Hz. Aişənin(r.ah) rəvayət etdiyi “Peyğəmbərimiz ramazan ayında gecələr coxlu namaz qılardı” hədisi, səhabələrin bu namazın iyirmi rükət olmasına dair həmfikir olması, bütün alimlərin da bu mövzuda (təravih namazının iyirmi rükət olmasına) ittifaq etməsi İbn Abbasdan nəql olunan yuxarıdakı hədisi təsdiq edir.[17]

2. Saib b. Yezid: “Biz Hz. Ömərin dövründə iyirmi rükət təravih və (sonra da) vitr namazı qılardıq,”[18] – deyə nəql edir.

Xulasə, təravih namazı sunnətdir, İslamın şuarlarından olub iyirmi rükətdir.[19]


[1] Buhari, Salatu’t-teravih, 1; Muslim, Salatu’l-musafirin, 174

[2] Buhari, Salatu’t-teravih 2; Muslim, Salatu’l-musafirin, 178.

[3] Nesai, Sıyam, 40, İbn Mace, İkame, 173; Ahmed b. Hanbel, Musned, 1/191

 [4] Serahsi, Mebsut, 2/144; İbn Abidin, Reddu’l-Muhtar, 2/45; el-Mevsuatu’l-Fıkhiyye, 27/141.

 [5] Şihabuddin er-Remli, Nihayetu’l-Muhtac, 2/126

 [6] Buhuti, Keşşafu’l-Gına, 1/425; İbn Kudame, Muğni, 1/834

 [7] İbn Abdi’l-Berr, et-Temhid, 8/113

 [8] . Desuki, Haşiye ale’ş-Şerhi’l-Kebir, 1/503. Baxın. Hafid İbn Ruşt,Bidayetu’l-Muctehid,1/166

 [9] Nevevi, Mecmu, 4/37

[10] Ubey b. Kab Peyğəmbərimizin vaxtında təravih namazı qıldırmışdı.

[11] Mavsili, el-İhtiyar, 1/68.

 [12]Baxın. Kasani, Bedaius-Sanai’, 2/275; İbn Kudame, Muğni, 1/834-835; Mevsuatu’l-Fıkhıyye, 27/141; İbn Abidin, Reddu’l-Muhtar, 2/43-44

[13] Mevsuatu’l-Fıkhıyye, 27/141; Ayni, el-Binaye, 2/660

 [14] . İbn Abidin, Reddu’l-Muhtar, 2/45; el-Mevsuatu’l-Fıkhiyye, 27/141

 [15] Abd b. Humeyd, Musned, 1/218; Taberani, Mucemu’l-Evsat, 5/324;Mucemu’l-Kebir,11/393 İbn Ebi Şeybe, Musannef, 2/164

[16] . Kandehlevi Evcezu’l-Mesalik ila Muvatta Malik, 2/298

 [17] Kandehlevi Evcezu’l-Mesalik ila Muvatta Malik, 2/286

[18] Beyhaki, Sunenul-Kubra, 2/496; Zeylai, Nasbur-Raye, 2/175; Tehanevi, İlaus-Sunen, 7/60

 [19] Bir Muslumanın Yol Haritası, Akademi Araştırma Heyeti, s. 376-378, Işık Yayınları, İstanbul, 2005



Açar sözləri

teraveh teravih

Şərh yaz