5. 423 dəfə oxunub ,   0 şərh   Çap et

Namaz qılan şəxs təşəhhüd üçün oturduğunda kəliməi-şəhadəti tələffüz edərkən barmağımızı qaldırmağın hıkmü nədir. Bəzən məsciddə fərqli səhnələri müşahidə edirik: bəziləri barmağını qaldırıb endirir, bəziləri isə davamlı sağa-sola, yuxarı-aşağı hərəkət etdirir, bəziləri isə heç bir şey etmir. Bunlardan hansı sünnətdir?

Bu mövzuda qəbul edilmiş əsas görüş, təşəhhüddə işarət barmağını “Lə”deyərkən qaldırıb, “illəllah”deyərkən endirməkdir və bu Peyğəmbərimizin sünnətidir. Ancaq barmaq qaldırmağın digər fərqli formaları da vardır ki,  onlar da sünnətdir. Müxtəlif hədis kitablarında və şərhlərində qeyd edilmiş, bəzi alimlər tərəfindən də o hədislərdə  rəvayət edilən tətbiq şəkli qəbul edilmişdir. Sualınızda qeyd edildiyi kimi, sağ əlin işarət barmağını qaldırıb saxlamaq, qaldırıb endirmək, qaldırıb hərəkət etdirmək, bütün bu fəqliliklər hədis kitablarında və şərhlərində yer almaqdadır. Bir hədisdə:       ”işarət barmağı qaldırır və onunla dua edərdi ( Tirmizi, Səlat, 294; Darimi, Səlat: 83; Nəsəi, İftitah: 189)”, buyruluyor. Təhanəvinin İlaüs- Sünənind 832-dən 838-ci hədisə qədər bu mövzu əla alınır və müxtəlif qaldırılış şəkiləri şərh/izah edilərək açıqlanır. Beyhaqi Sünənül-Kübrasında, 2779 No-li hədis başda olmaqla, davamındakı hədislərdə bu mövzuyu işləmişdir. 2786-ci hədisdə barmaq hərəkət etdirilməz deyə  ifadə edərkən, 2787-ci hədisdə isə hərəkət ettirildiğini Vail bin Hücrdən rəvayət edir.  Ayrıca 2788 No-lu hədisdə isə, barmağı hərəkət etdirmədən məqsədin şeytanı qorxuzmaq olduğunu Abdullah İbn Ömər rəvayət edir.

Nəticə etibariylə deyə bilərik ki, təşəhüddə oturarkən işarət barmağının qaldırılması ilə əlaqədar bütün uyğulamalar Peyğəmbərin sünnətində vardır. Heç kimsəyi təndiq etməməli və yalnız müəyyən bir şəklin doğru olduğunu müdafiə etməməliyik.

hikmet.net-dən alınmışdır.




Şərh yaz