6. 299 dəfə oxunub ,   0 şərh   Çap et

Bismilləhir-rahmənir-rahim

Rəhman və Rəhim Allahın adı ilə! Allahım! Səndən dünya və axirətdə əfv və afiyət istəyirəm. Ey mərhəmətlilər Mərhəmətlisi, Cəlal və İkram sahibi Rəbbim, nə olar bizə də dünyada və axirətdə əfv və afiyət nəsib elə. “Allah bizə yetər, O, nə gözəl himayədardır!” “O, nə gözəl Mövla və nə gözəl yardımçıdır!” Güc və qüvvət yalnız uca və əzəmətli Allah aiddir.

Allahım! Peyğəmbərimiz həzrət Məhəmmədə və Əhli-Beytinə, Sənin sonsuz kamalının ənginliyində, o kamala yaraşan bir şəkildə və Rəsulullahın Sənin dərgahındakı böyüklüyü nisbətində səlat elə.

Allahım! Tənbəllikdən, qocalıb əldən düşməkdən, borc altında əzilmədən və günah əməllərdən Sənə sığınıram. Cəhənnəm əzabı və fitnəsindən, qəbirdə əzaba düçar olmaqdan, var-dövlət və yoxsulluq sınağının, Məsihi-Dəccal fitnələrinin şərindən də Sənə pənah aparıram.

Allahım! Xətalarımı bol-bol yağan qar və dolu suları ilə yu, təmizlə. Necə ki ağ paltar yuyulunca ləkə-kirdən təmizlənib ağarır, qəlbimi də kök salmış günahlardan arındır. Yer üzündə şərqlə qərb bir-birindən nə qədər uzaqdırsa, mənimlə günahlarımın arasını da o qədər uzaq elə!

Allahım! Acizlikdən, tənbəllikdən, qorxaqlıq göstərməkdən və yaşlanıb xərifləmək dərəcəsinə çatmaqdan Sənə sığınıram. Qəbir əzabından, həyatın və ölümün fitnəsindən də Sənə sığınıram.

Allahım! Qəlb qatılığından, qəflətdən, kasıbçılıqdan, zillət və miskinlikdən Sənə sığınıram. Küfr və nankorluqdan, fasiqlikdən, doğru bir şeyə müxalif çıxıb düşmənçilik salmaqdan, özünü göstərməkdən və riyakarlıqdan, başqaları görüb-eşitsinlər deyə (riyakarlıq edərək) ibadət etməkdən də Sənə sığınıram. Karlıq, lallıq, dəlilik və cüzam kimi ağır xəstəliklərdən də yenə Sənə pənah aparıram.

Allahım, halımı Sənə ərz edirəm; zəifəm, çarəsizəm və insanların gözündə dəyərsizəm! Allahım, nəfsimə təqva libası geyindir və ona istiqamət ver; ona yol göstərən də yalnız Sənsən. Sən bizim hamimiz və mövlamızsan. Nə olar, bilərək ya da bilməyərək etdiyim günahları yarlığa, bağışla, Allahım!

Allahım! Gördüyüm işlərdə məni ən doğru olanı göstər və nəfsimin doymaq bilməyən arzu-istəklərindən hifz elə.

Allahım! Əfəndimiz həzrət Məhəmmədə və cəmi nəbi və rəsullara, məxluqatının sayı qədər Ulu Zatının rizası, Ərşinin ağırlığı və bitməz-tükənməz kəlmələrinin mürəkkəbi nisbətində səlat eylə.

Bütün həmdlər, təriflər aləmlərin Rəbbi Allahadır.

 



Açar sözləri

dua titrək niyazlar

Bənzər məqalələr

Dua etmək üçün yaradılan varlıq

Varlıq aləmi içərisində insan dua etmək üçün yaradılmışdır. İnsan, yaradılmış hər şeydən fərqlidir. Onun əsas vəzifəsi Allaha qul olmaq, ona ibadət və dua etməkdir.

Bu gecə, o gecə deyilsə…

Kim inanaraq və savabını umaraq ramazanda oruc tutarsa, keçmiş günahları əfv edilər və kim inanaraq və savabını umaraq Qədir gecəsini əhya edərsə, keçmiş günahları bağışlanar

Niyə duamız qəbul olmur

Dua “bəndənin bütün varlığı ilə Uca Yaradana üz tutub Ondan bir şey diləməsi” mənasını verən dini termindir.

İftar duası

İftarda dua etmək Peyğəmbərimizin (s.ə.s.) sünnəsidir. İftar vaxtı edilən dualar rədd olunmayan dualar arasındadır.

Peyğəmbərimizin Ramazan dua və zikrləri

Dua Allahla qul arasında qüvvətli bir bağdır.


Şərh yaz