5. 174 dəfə oxunub ,   0 şərh   Çap et

“Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur”.(Nisa sursəi, 4/48)

“Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız!” (Nur, 24/31)

“Rəbbinizdən bağışlanmağınızı diləyin. Sonra Ona tövbə edin.” (Hud, 11/3)

“Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən (bir daha günaha qayıtmamaq şərtilə) tövbə edin.” (Təhrim, 66/8)

 Əbu Hureyrə (r.a.) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu rəvayət edir: “Allaha and olsun ki, mən gündə yetmiş dəfədən çox Allaha tövbə və istiğfar edirəm”. (Buxari, Dəavat 3)

əl-Əğar ibn Yəsar əl-Müzəninin (r.a.) nəql etdiyinə görə, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur: “Ey insanlar! Tövbə edib Allahdan əfv və bağışlanma diləyin. Çünki mən gündə yüz dəfədən çox tövbə və istiğfar edirəm”. (Müslim, Zikr 42)

Allah Rəsulunun xidmətçisi Ənəs ibn Malik əl-Ənsari (r.a.) Onun (s.ə.s.) belə buyurduğunu nəql edir: “Bir insan kimsəsiz, ucsuz-bucaqsız səhrada dəvəsini itirir və (bir müddət sonra) onu birdən qarşısında görəndə çox sevinir. Allah bir qulunun tövbə etməsindən bundan qat-qat artıq məmnun olar”. (Buxari, Dəavat 4; Müslim, Tövbə 1)

Əbu Musa Abdullah ibn Qeys əl-Əşari (r.a.) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu nəql edir: “Uca Allah gündüz günah işləyən insanın tövbəsini qəbul etmək üçün gecə məğfirət (əfv) əlini uzadır. Gündüz də gecə günah işləyən insanın tövbəsini qəbul etmək üçün əfv əlini uzadır. Allahın bu əfvi Günəş qərbdən doğana (Qiyamətə) qədər davam edəcək”. (Müslim, Tövbə 31)

Əbu Hureyrənin (r.a.) nəql etdiyinə görə, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur: “Kim günəş qərbdən doğmadan (Qiyamət qopmadan) əvvəl tövbə edərsə, Allah onun tövbəsini qəbul edər”. (Müslim, Zikr 43)

Abdullah ibn Ömər (r.a.) Nəbilər Sərvərinin (s.ə.s.) belə buyurduğunu nəql etmişdir: “Allah hər bir qulunun tövbəsini əcəli çatana qədər qəbul edir”. (Tirmizi, Dəavat 98)

Abdullah ibn Abbas və Ənəs ibn Malik (radiyallahu anh) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu rəvayət  etmişlər: “İnsan övladının bir vadi qədər qızılı olsa, ikincisini istəyər. Onun ağzını (gözünü) torpaqdan başqa heç nə doldurmaz (acgözlüyü və əməlləri bitib-tükənən deyil). Lakin bunlara baxmayaraq, Allah tövbə edənin tövbəsini qəbul edər”. (Buxari, Riqaq 10; Müslim, Zəkat 116)




Şərh yaz