8. 881 dəfə oxunub ,   1 şərh   Çap et

Sual: 24 yaşım var. Ali təhsilliyəm. Nişanlım da özəl şirkətdə işləyir. Bir ildir ki, nişanlıyıq. Yaxın günlərdə evlənəcəyik. Ancaq toy ərəfəsində “onu edək, bunu edək” deyə mübahisə edirik. Əslində münasibətlərimizdə elə bir soyuqluq yoxdur. Ancaq evləndikdən sonra bu mübahisələrin böyüməyindən qorxuram. Nişanımı qaytarmaq istəsəm, ailəm razı olmayacaq. Çünki onları bu işə mən razı saldım. Nə edim?
Cavab: Dünyada mükəmməl insan yoxdur Hər kəsin özünə görə çatışmayan tərəfi vardır. Başqasında qüsur axtarırıq, ancaq özümüz qüsursuz, mükəmməl deyilik? İnsanı sevdiyi şəxsə bağlayan amil onda önə çıxan müsbət cəhətləridir. Yaxşı xüsusiyyətləri görərək həyat yolumuza davam etməliyik. Unutmayaq ki, gülü sevən tikanına qatlanır. Aşağıdakı maddələri oxuyaraq özünüzü test edin, yanlışlarınızı və problemlərə baxış tərzinizi bir daha nəzərdən keçirin.
1 – Ən adi bir oyununun da öz qaydaları var. Əgər mübaihsə edərkən “həddi aşmırsınızsa”, aranızda hörmət gözləyirsinizsə, deməli qorxulu bir şey yoxdur.
2 – Qarşı tərəfə üstün gəlməyə çalışmayın. Çünki hər iki tərəf haqlı və ya haqsız ola bilər.
3 – Fikirlərinizi dəqiq ifadə edin. Sizi maraqlandıran məsələlərin üzərində durun.
4 – İki tərəfi də qane edən nəticələr əldə etməyə çalışın.
5 – Özünüzü tanımağa çalışın. Əsəbi vaxtlarınızda necə reaksiya verdiyinizi öyrənin.
6 – Uzun-uzadı mübahisələrdən qaçmağa çalışın.
7 – Qarşı tərəfi sakitləşdirin və tez-tez onu dinlədiyinizi hiss etdirməyə çalışın.
8 – Səmimi olun. Günahı yox, günahsızlığı görməyə çalışın.
9 – Onun sizə etibar edərək verdiyi sirləri ona qarşı silah kimi istifadə etməyin.
10 – Əvvəlcədən hökm verməyə çalışmayın. Ədalətli olun.
11 – Unutmayın! Mübahisə etmək düşmən olmaq demək deyil.
12 – Əgər aranızda küskünlük yaranıbsa, vaxt itirmədən həmən barışın.
13 – Sizə yad olan hərəkətlərdən uzaq olun. (Üzük atmaq, qapı çırpmaq və s. kimi). Sonra peşman ola bilərsiniz.
14 – Mübahisə edərkən hər şeyin qurtardığını düşünməyin.



Açar sözləri

aile evlilik nişan

Bənzər məqalələr

Evlilik və ailə həyatı

Müasir dövrdə ailədaxili münaqişələr və boşanma hadisələrinin səviyyəsi narahatlıq doğurur. Ailə həyatını sağlam təməllər üzərində oturtmaq və ailədə daimi xoşbəxtliyi təmin etmək üçün nə etməliyik?

Valideyn övlad münasibətləri

Sual: Uşaqların valideyin üçün bir imtahan vəsiləsi olduğunu deyirlər. Bununla nə nəzərdə tutulur? Dilimizdə istifadə olunan “bala” sözü ehtimal ki, ərəbcədən dilimizə keçmişdir. “İbtila” ərəb dilində “imtahan etmək”; “bəla” kəlməsi isə imtahan, dərd, müsibət kimi mənalar gəlir. Bu yönü ilə “bala”, yəni övlad imtahan deməkdir.

Sacayaq – iki qadın bir kişi

Xoşbəxt ailədə qaynana-gəlin münasibətləri necə olmalıdır? Qaynana-gəlin münasibətləri sadəcə ikin şəxslə yox, bütün cəmiyyətlə əlaqəlidir. İki qadın var ki, onlar üçün sevimli və əziz olan sadəcə bir kişi var. Bu iki qadın kimdir? Biri yaş və həyat təcrübəsi nisbətən çox olan qaynana, digəri də gənc yaşdakı gəlin.

Rəsulullahın evliliyə təşviqi

Sağlam cəmiyyətin əsasını sağlam ailələr təşkil edir. İslam dini ailəyə böyük əhəmiyyət vermiş və evliliyə təşviq etmişdir.

Quran və Sünnədə ailə

Quran və Sünnədə evlilik sadəcə nəfsani arzuları halal yolla qarşılamaq yox, xeyirli övlad sahibi olmaq və insanlığa faydalı övlad yetişdirmək, insanın kamilləşməyində əhəmiyyətli rolu olan müəssisə kimi qeyd olunmuşdur.


1 şərh yazılıb
  1. Vaqif , 02/01/2015 tarixində, saat 06:01

    mence sheytan sizin yaninizdan el cekmir sizi bosh-bosh sheylerinen ugrashdirir aranizin deymesi ucun, inshallah evlenenden sonra hamisi duzelecek gorersiz mendede ele idi ama artiq 4-cu ildir evliyem iki evladim bir oglan bir qiz var :) mence nishani Allah etmesin qaytarsanda yenede evlenmelisen bu butun yashadigin presudurlari bir daha yashayacaqsan bu sizin imtahaninizdir sebr etsez inshallah qazanacaqsiz Allah komeyiniz olsun Amin..

Şərh yaz