6. 818 dəfə oxunub ,   2 şərh   Çap et

Sual:Müxtəlif cihazlarla bir düyməyə basmaqla kəsilən heyvan ətlərini (məsələn toyuq kimi) yemək olarmı, ümumiyyətlə burada hansı şərtlərə riayət olunmalıdır?

Cavab: Müxtəlif cihazlarla bir düyməyə basaraq, məsələn yüzlərlə toyuğun kəsilməsini ov edərkən bir atışla birdən çox quşu vurmaqla müqayisə etmək mümkündür və caizdir. Lakin düyməyə basan, yəni həmin cihazı işlədən müsəlman və ya əhli-kitab olmalıdır və bunu Allahın adı ilə etməlidir. Bundan əlavə toyuqlar kəsildikdən sonra qısa bir müddətlik 50-55 dərəcə isti suya salınır, bundan sonra tükləri yonulur. Həmin su toyuqlar içinə salındıqda, qan və digər nəcislərlə kirlənir və toyuğun dərisini də kirlədir, lakin dərinin içinə nüfuz etmir. Ona görə də nəcisi təmizlənmiş içalat necə təmiz olursa, burada da yonulmuş toyuqların sadəcə olaraq yuyulması ilə kifayətlənilir və təmizlənmiş olur. Toyuq kəsimində əsas olan kəsilərkən “bismillah” demekdir və bunu qəsdən tərk etməməkdir.

Dr. Anar Qurbanov

Mərmərə Unv. İslam Hüququ



Açar sözləri

toyuq kesimi

2 şərh yazılıb
  1. Seid , 10/10/2020 tarixində, saat 15:10

    Salam.Men Seid Gòyçaydanam.qušçuluqla meşgulam.60 gunluk toyuqlardi 1kqdan 1500 kq qederdi.mumkundu kesime verim sizin şirketle anlaşa bilerik

    • meneviyyat.az , 19/10/2020 tarixində, saat 09:10

      Salam. Biz dediyiniz işlə məşğul deyilik.

Şərh yaz