6. 874 dəfə oxunub ,   0 şərh   Çap et

 Üç aylarda oruc tutmağın hökmü nədir?

İslamda müəyyən vaxta bağlı oruc, yalnız Ramazan orucudur. Quran və Sünnədə Ramazan orucu xaricində “üç aylar” orucu adlı oruc yoxdur. Müsəlman Rəcəb və Şaban aylarında istədiyi qədər oruc tuta bilər. Ancaq bu ayları tamamilə oruclu keçirmək məcburiyyətində deyil. Yəni mənbələrdə üç aylarda oruc tutmağın vacibliyinə dair məlumat yoxdur. Həzrət Aişə bildirir ki, Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) Ramazandan başqa heç bir ayı tamamilə oruclu keçirməmişdir. Onun Ramazandan sonra ən çox oruc tutduğu ay Şaban ayı idi.

Bəzi insanlar üç aylarda 7 il oruc tutur, sonra da qurban kəsirlər. Halbuki, bu cür ibadət yoxdur və bidətdir. İnsanlar bu cür şeylərlə savab qazanacağını düşündüyü halda günaha girə bilərlər. Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) qıldığı namaz da, tutduğu oruc da insan fitrətinə uyğundur. O (s.a.s.), insanlara çətinlik çəkməyəcəyi şəkildə ibadət etməyi öyrətmişdir. Hətta daha çox ibadət etmək istəyənlərə belə buyurmuşdur: “Sizin Allaha qarşı ən müttəqi olanınız mənəm. Mən bəzən namaz qılır bəzən yatıram, bəzən oruc tutur, bəzən iftar edirəm.” Çünki O, tarazlığı qoruyurdu. Özü bəzən ard-arda iftar etmədən oruc tutardı, eyni şeyi səhabələr etmək istədikdə buna mane olar və özünün Allah tərəfindən yedirilib-içirildiyini bildirərdi. Biz də Onun göstərdiyi şəkildə ibadət etməliyik.

Rəsulullah daha çox oruc tutmaq istəyənlərə günaşırı olaraq tutulan Həzrət Davud orucu tutmağı tövsiyə etmişdir. Xülasə, istəyənlər Rəcəb və Şaban aylarda oruc tuta bilərlər. Ancaq bunu fərz orucla qarışdırmamaq lazımdır. Bu aylarda oruc tutmağı məcburi edən hökm yoxdur.




Bənzər məqalələr

Qəza orucuna niyyət

Qəza, kəffarə və müəyyən vaxta bağlı olmayan nəzir orucları üçün gün batdıqdan etibarən ən gec imsak vaxtına qədər niyyət etmək lazımdır. Nafilə və Ramazan ayında tutulan oruc üçün niyyət bir qədər fərqlidir.

Şəvval yoxsa, qəza orucu?!

Kim Ramazan ayını oruclu keçirər və arxasınca şəvval ayından altı gün oruc tutarsa bütün ili oruc tutmuş kimi olar.

Rabbani olmaq

Quranı Kərimdə keçən rabbaniyyun rabbani sözünün cəmidir və mənşəyi rabbi sözünə əsaslanır. Rabbi, “Rəbbin ardınca gedən” deməkdir; Rabbani dedikdə, Rabbi tanıyan və ona itaət edən şəxs nəzərdə tutulur.

Peyğəmbərimizin etikafı

Etikaf kişilərin əzan və iqamə oxunan, yəni camaatla beş vaxt namaz qılınan məsciddə, qadınların isə evin namaz otağında və ya otağın bir küncündə etikaf niyyəti ilə bir müddət gözləməsi, oturmasıdır.

Etikaf

Həzrət Peyğəmbər (s.ə.s) Mədinəyə gəldikdən sonra vəfatına qədər Ramazan ayının son on günündə etikafa girərdi. Buna görə etikaf Allah Rəsulunun (s.ə.s) önəmli sünnətlərindən biridir.


Şərh yaz