إِنَّمَا النَّجْوٰى مِنَ الشَّيْطَانِ
Gizli danışmalar (pıçıldaşmalar) Şeytan tərəfindən təlqin edilir! {“Mücadilə” surəsi, 58/10}
عَنِ ابْنِ عُمَرَ أَنَّ رَسُولَ اللّٰهِ قَالَ: «إِذَا كَانُوا ثَلَاثَةً، فَلَا يَتَنَاجٰى اثْنَانِ دُونَ الثَّالِثِ»
İbn Ömərin (r.anhumə) nəql etdiyinə görə, Peyğəmbərimiz (s.ə.s.) belə buyurmuşdur:
“Üç adam birlikdə olarkən ikisi bir kənara çəkilib bir-biri ilə pıçıltı ilə danışmasın”. [Buxari, İstizan 45; Müslim, Salam 36]
عَنِ ابْنِ مَسْعُودٍ أَنَّ رَسُولَ اللّٰهِ قَالَ: «إِذَا كُنْتُمْ ثَلَاثَةً فَلَا يَتَنَاجٰى اثْنَانِ دُونَ الْآخَرِ حَتّٰى تَخْتَلِطُوا بِالنَّاسِ مِنْ أَجْلِ أَنَّ ذٰلِكَ يَحْزُنُهُ».
İbn Məsud (r.a.) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu rəvayət edir:
“Üç adam birlikdə olanda ikisi camaata qarışıb gözdən itənə qədər bir-biri ilə pıçıldaşmasın. Çünki üçüncü şəxs onların bu davranışından inciyər”. (Buxari, İstizan 47; Müslim, Salam 37)