5. 088 dəfə oxunub ,   0 şərh   Çap et

Sual:Bu gün yayğın hala gəlmiş ulduz falı haqda nə deyərdiniz?

Cavab: Ulduz falı insanları doğulduqları bürclərə görə qruplandıraraq, onun gələcəyi və qədəri haqqında məlumat verən bir fal növüdür. Dinimizin qətiyyətlə qadağan etdiyini falçılıq bir növ qeybdən xəbər verməkdir. Halbuki, Qurani-Kərim qeybi Allahdan başqa heç kəsin bilmədiyi, peyğəmbərlərlə mələklər belə vəhy edilmədikcə qeybdən bixəbər olduqları müxtəlif ayələrdə vurğulanmışdır. Məsələn, (Ya Rəsulum!) De: “Allahdan başqa göylərdə və yerdə olan heç kəs qeybi bilməz!” (Nəml, 27/65) “Əgər qeybi bilsəydim, sözsüz ki, (özüm üçün) daha çox xeyir tədarük edərdim”(Əraf, 7/188) kimi ayələri burada dəlil gətirmək mümkündür.

Bundan əlavə qeyd etmək lazımdır ki, ulduzların səmadakı müxtəlif mövqelərinin insanın qədəri ilə heç bir əlaqəsi yoxdur və bunlar insanın iradəsini, qədərini müəyyən etmə iqtidarında da deyillər. İnsana təsir edən ilk növbədə özü, digər insanlar, mələklər, cin-şeytanlar və təbiət hadisələridir. Bunlara qarşı da iman, iradə və ibadət silahlarımız, yəni qorunma vasitələrimiz vardır. Bürclərin insanlara təsiri, müəyyən bir bürcdə doğulmanın insanın xarakterini və digər cəhətlərini formalaşdırdığını nə din, nə də elm qəbul etmişdir. Elmin heç bir sahəsində və dini nəslərdə bu kimi təsirləri qəbul edən işarə belə yoxdur.

Dr. Anar Qurbanov

Mərmərə unv. İslam hüququ



Açar sözləri

bürçler tarot ulduz falı

Bənzər məqalələr

Bürclər haqqında bilmədiklərimiz

Allah bu ulduzları üç şey için yaratmışdır: Onları səmanın zinəti, (səmaya yüksəlib xəbər toplayan) şeytanlara atılacaq daşlar elədi; özləri ilə istiqamət təyin edilən əlamətlər qıldı. Kim ulduzlar haqqında başqa izah gətirmək istəyərsə xəta edər və nəsibini itirər, onu maraqlandırmayan və məlumatı olmayan hətta bilməkdə peyğəmbərlər və mələklərin belə aciz qaldıqları bir mövzuda özünü çıxılmaz vəziyyətə salar.


Şərh yaz