2. 451 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Endoskopiya, kolonoskopiya və ultrasəs müayinələri orucu pozurmu?

Endoskopiya – mədə-bağırsaq traktının yuxarı (qida borusu, mədə, 12 barmaq bağırsaq) və aşağı (yoğun bağırsaq) hissələrinin çox effektiv və qoruyucu diaqnostika üsuludur.

Kolonoskopiya dedikdə yoğun bağırsağın arxa keçəcəkdən kor bağırsağa qədər borulu alətlə müayinəsi başa düşülür. Bağırsaqların müayinəsi endoskopik prosedurlara aiddir, istifadə edilən alət isə kolonoskop adlanır.

Kolonoskopiya daima, endoskopiyada isə adətən müayinə olunacaq yerin təmizliyini təmin etmək məqsədilə cihazın içərisindən su axıdılır.

Endoskopiya, kolonoskopiya və ultrasəs müayinələri zamanı cihazın içərisindən su axıdılarsa oruc pozulur. Ancaq bu cihazlarla müayinə zamanı həzm sisteminə su, yağ və bənzəri qida maddəsi daxil olmadığı müddətcə oruc pozulmur. Həmçinin hamiləlikdə ultrasəs müayinəsi zamanı aparata və qarın boşluğuna sürtülən maye də orucu pozmur.




Bənzər məqalələr

Cinsi münasibətə soyuq davranma

Kişi bərabər olmaq üçün xanımını yatağa çağırdıqda, əgər bir üzrlü səbəb yoxdursa qadın bu dəvətə dərhal əməl etməlidir. Ərinin günaha girməməsi və halal yoldan ehtiyacını təmin etməsi üçün bu şərtdir.

Qadın kişi həkimə müayinə oluna bilərmi?

Qadını qadın həkim, kişini də kişi həkim müayinə etməlidir. Zərurət hallarında qadın kişi həkimin, kişi də qadın həkimin yanında müayinə oluna bilər. Əsasən bu kimi hallar müraciət olunan xəstəxananın imkanlarının məhdudluğu, şəxsin maddi vəziyyəti, həkimlərin peşəkarlıq səviyyəsinin aşağı olmasından irəli gəlir…

Hamiləlik zamanı hansı duaları oxumaq olar?

Hamilələlik zamanı oxunacaq hər hansı xüsusi dua və ya zikir qeyd edilməmişdir.


Şərh yaz