Sual: Endoskopiya, kolonoskopiya və ultrasəs müayinələri orucu pozurmu?
Endoskopiya – mədə-bağırsaq traktının yuxarı (qida borusu, mədə, 12 barmaq bağırsaq) və aşağı (yoğun bağırsaq) hissələrinin çox effektiv və qoruyucu diaqnostika üsuludur.
Kolonoskopiya dedikdə yoğun bağırsağın arxa keçəcəkdən kor bağırsağa qədər borulu alətlə müayinəsi başa düşülür. Bağırsaqların müayinəsi endoskopik prosedurlara aiddir, istifadə edilən alət isə kolonoskop adlanır.
Kolonoskopiya daima, endoskopiyada isə adətən müayinə olunacaq yerin təmizliyini təmin etmək məqsədilə cihazın içərisindən su axıdılır.
Endoskopiya, kolonoskopiya və ultrasəs müayinələri zamanı cihazın içərisindən su axıdılarsa oruc pozulur. Ancaq bu cihazlarla müayinə zamanı həzm sisteminə su, yağ və bənzəri qida maddəsi daxil olmadığı müddətcə oruc pozulmur. Həmçinin hamiləlikdə ultrasəs müayinəsi zamanı aparata və qarın boşluğuna sürtülən maye də orucu pozmur.