Mənəviyyata Açılan Pəncərə

Ülul-əzm peyğəmbərlər hansılardır?

Peyğəmbərlik vəzifəsi baxımından bütün peyğəmbərlər bərabərdir. Lakin fəzilət yönü ilə peyğəmbərlər arasında fərq vardır. Peyğəmbərlər arasındakı bu fərq ayədə bildirilir: “(Ya Rəsulum!) Bu peyğəmbərlərin bəzisini digərindən üstün etdik. Allah bunlardan bəzisinə birbaşa xitab etmiş, bəzisinin isə dərəcələrini yüksəltmişdir…”[1]

Allah Təala Hz. Peyğəmbərə (s.ə.s) xitabən bir ayədə belə buyurur: “(Ya Rəsulum!) Peyğəmbərlərdən (ülul-) əzm (və səbat, şəriət) sahibləri olanların səbr etdiyi kimi, sən də (Allah yolunda çətinliklərə, əziyyətlərə) səbr et…”[2] Ayədə göründüyü kimi peyğəmbərlərdən bəziləri üçün “ülul-əzm” ifadəsi işlədilmişdir.

Bəli, bəzi peyğəmbərlər digərlərinə nisbətən daha çox çətinliklə qarşılaşmış, sıxıntı çəkmiş, bu məşəqqətlərin öhdəsindən səbir və səbatla gəlmişlər. Bunlara “əzm və qeyrət göstərənlər” “ülul-əzm” peyğəmbərlər deyilmişdir. Ülul-əzm peyğəmbərlər bunlardır: Həzrət Nuh, Həzrət İbrahim, Həzrət Musa, Həzrət İsa və Həzrət Məhəmməd.

 


[1] Bəqərə, 2/253.

[2] Əhqaf 46/35.

Exit mobile version