İstifadə edilən yollarda, istirahət məkanı və ya su kənarı kimi yerlərdə təbii ehtiyacı rəf etmək qadağan edilmişdir.
عَنْ أَب۪ي هُرَيْرَةَ أَنَّ رَسُولَ اللّٰهِ قَالَ: «اِتَّقُوا اللَّاعِنَيْنِ» قَالُوا وَمَا اللَّاعِنَانِ؟ قَالَ: «الَّذ۪ي يَتَخَلّٰى ف۪ي طَر۪يقِ النَّاسِ أَوْ ف۪ي ظِلِّهِمْ»
Əbu Hureyrə (r.a.) demişdir:
“Allah Rəsulu (s.ə.s.): “İnsanların lənət və etirazını qazanan iki əməldən çəkinin,” – buyurdu. Səhabələr: “O iki əməl nədir?” – deyə soruşdular. “İnsanların gəlib keçdiyi yerlərdə və dincəlmək üçün istifadə etdiyi kölgəliklərdə kiçik və böyük ayaqyolu ehtiyacını rəf etməkdir,” – buyurdu”. [Müslim, Təharət 68]