Sual: Bu bir həqiqətdir ki, insan dünyaya gəlir, yaşayır və ölür. Ancaq insanların çoxu ölümü qəbul etməkdə çətinlik çəkirlər. Bəs valideynlərindən və ya yaxınlarından birini itirən uşaqlara ölümü necə izah etməliyik?
“Ölüm yoxluq, silinib heçliyə qarışmaq deyil!.. ” həqiqətini və qəbirin uxrəvi aləmə açılan bir qapı olduğunu anladılmasa uşağın, kövrək qəlbi paramparça olacaqdır. Oyun oynayarkən adi bir oyuncağı belə əlindən aldıqda ağlayan uşaq, əgər axirəti bilməsə, hər gün bərabər oynadıqları qardaş-bacısının, arxa-dayağı valideynin, başını oxşayan nənə-babasının itirilməsinə necə dözəcək? Ancaq ruhu “axirətə iman” nuru ilə aydınlanan uşağın çöhrəsindən kədər hissləri dağılacaq, “doğrudur, çox sevdiyim yoldaşım, bacım, qardaşım öldü, amma Cənnətin bir quşu oldu; orada bizdən daha yaxşı yaşayır. Həm necə olsa biz də onun yanına gedəcəyik. Ölüm yox olmaq deyil ki, kədərlənim. Ölüm sadəcə bir məkan dəyişikliyindən ibarətdir.” düşüncəsi şüur və hisslərinə əks edincə, ağlamağı dayanacaq və kövrək qəlbi təsəlli tapacaqdır.
Uşaqlar ölümlə çox erkən yaşlarında maraqlanmağa başlayırlar. Öldükdən sonra yaxşı insanların Cənnətə gedəcəyini öyrənmək onlar üçün çox vaxt təskinlik verər.
Bayramlarda uşaqları qəbir ziyarətinə götürülməsi, vəfat etmiş yaxınlara dua edilməsi, evdə söhbət əsansında onların xatirələrinin yada salınması və beləcə ölülərin unudulmadığını görməsi uşaqlar üçün çox mühümdir.
Uşaqların yaşlarına görə ölüm həqiqətini anlamaları da müxtəlifdir.
– Məkətəbəqədər yaşdakı uşaqlar üçün ölüm müvəqqəti bir hadisədir, ölən şəxsin geri dönəcəyini düşünürlər.
– İki yaşından öncə isə, ölümlə əlaqəli heç bir fikirləri olmur; iki yaşından sonra müəyyən qədər də olsa ölümü anlamağa başlayırlar. Ancaq ölüm onların gözündə uzun müddətli bir ayrılıq ya da yolçuluq kimidir.
– Altı-doqquz yaş arasında ikən, ölümün geriyə dönüşü mümkün olmayan bir hal olduğunu anlayar, ancaq özünün və ya sevdiyi insanların ölməyəcəyini düşünürlər. Onlara görə xəstə və yaşlı insanlar ölürlər.
– On yaşından sonra uşaqlar ölüm həqiqətini daha dəqiq anlamağa başlayırlar. Bu yaş dövründə artıq, ölümün həyatın sonu olduğu, hər kəsin başına gələ biləcəyini və geri dönüşünün olmadığını bilirlər.
Uşaqlara ölüm necə izah edilməlidir?
– Uşaqlar ölüm hadisəsi ilə qarşılaşmadan öncə ölüm həqiqəti yaş səviyyəsinə uğun olaraq inkişaf etməlidir. Beləcə ölümün insan həyatının inkar edilməz bir parçası olduğunu dərk etmələri təmin edilə bilər.
– Uşağa ölümü dolayı yolla anlatmağa çalışmamalı, mümkün qədər inandırıcı açıqlamalar verilməli, ölümün insan həyatının sonu olduğu, ölən şəxsin artıq gəlməyəcəyi sadə dillə izah edilməlidir. Ölən şəxsin artıq heç vaxt bizimlə olmayacağı, nəfəs almayacağı, yemək yeməyəcəyi, dəqiq dillə bədəni funksiyalarını itirdiyi, yaşına uyğun bir dillə anladılmalıdır. Bilməliyik ki, uşaqlar kiçik yaşlarında mücərrəd olmayan məfhumları anlamaqda çətinlik çəkir, ona görə də ölümü onlara izah edərkən mücərrəd kəlmələrlə izah etmək lazımdır. Uşaqların bir insanın ölməsinin nə mənaya gəldiyini anlaması gərəkir. “Babam öldü”, yəni artıq o yemək yeyə bilməz, görməz, hərəkət edə bilməz, gülməz və s. İlk başda bunu anlamaqda çətinlik çəksələr də, belə ifadə tərzi ölüm həqiqətini anlamalarına kömək edəcəkdir. Üstü örtülü -“yatır, səyahətə çıxdı, xəstədir, mələk apardı” – kimi ifadələrdənsə öldü demək uşaq üçün daha məntiqlidir.
– Altı yaşından öncə uşaqlar dini terminləri anlamaqda çətinlik çəkirlər. Ələlxüsus, Allahın ölən şəxsi çox sevdiyi üçün yanına aldığı söylənməməlidir. Belə bir açıqlama uşağın sevdiyi bütün insanların öləcəyi qorxusuna düşməsinə səbəb ola bilər. Hətta ilərləyən yaşlarda iman problemi yaşamasına əsbəb ola bilər.
– Ölümü yuxuya bənzədərək anlatmaqda səhvdir, çünki kiçik yaşlı uşaqlar “əgər yatarsam mən də ölərəm” fikrinə qapılar və bu yuxu düzənsizliyinə səbəb ola bilər.
– Ölümü uzaq məsafəyə getmə, xəstə olma, yaşlanma kimi tərif etmək də doğru deyildir. Sırası ilə, onun zehnində səyahətə çıxma, xəstələnmə, yaşlanma qorxusu formalaşacaqdır. Uşağa yaxınlarından biri vəfat etdikdə onu olduğu kimi demək lazımdır.
– Evdə saxladığı və uşağın çox bağlandığı bir heyvan öldükdə isə hər bir ailə fərdi bu hadisəyə kədərləndiyini bildirməli, fürsətdən istifadə edib ölüm həqiqətini anlatmalıdırlar.
Yaxın adam və ya qohum öldükdə uşağa nə deyilməlidir?
Uşaqlar bir qohumu vəfat etdikdə böyüklər kimi hadisəyə reaksiya verə bilmədiyi üçün, təsirlənməmiş görünürlər. Ölüm xəbərini ilk dəfə eşidən uşaq, bu ölümə inanmaz, ölən şəxsin geri gələcəyini düşünər. Bəzən onu niyə buraxıb getdiyi üçün qəzəblənər, ancaq yavaş-yavaş ölən şəxsi bir daha görməyəcəyini anlayar və kədərlənər. Vaxt ötdükcə buna alışar, ölən şəxsin yoxluğunu qəbul edər.
Yaşadığımız dövrdə ölüm həqiqəti ilə uşaq əslində çox qarşılaşır. Bu məfhum ona yad deyildir. İzlədiyi cizgi filmi, oynadığı oyun, izlədiyi flim və s. onda ölüm fikrinin formalaşmasını sağlayır. Əsas məsələ bunun əyani və öz ətrafında baş verməsidir.
Uşaqlar bu dövrdə özlərini yalnız hiss edərlər, dəstək ola biləcək birinə ehtiyac duyarlar. Hətta yaş ötdükcə bu duyğunu təkrar-təkrar hiss edərlər. Bu zaman onlara sahib çıxılmalı və yalnız olmadıqları ifadə edilməlidir.
Yaxınını itirən uşağa bu mütləq söylənilməlidir.
– Valideyini və bir yaxını vəfat edən uşağa onun vəfat etdiyi mütləq deyilməlidir. Ata və ana və çox sevdiyi nənə və ya babası vəfat etmişsə uyğun dillə bu ona xəbər verilməlidir. Evdə onun başını qarışdırmaq üçün “xəstəxanadadır”, “səyahətə çıxıb” dedikdə uçaq çaş-baş qalacaqdır. O, ətrafındakılar nəyə isə ağladığını, vəfat edən haqqında danışırkən onun gəldiyini görüncə göz yaşını silinib söhbətini dəyişdirilini anlayacaqdır. Böyüklər söyləməsə də məktəbdə, bağçada və ya qohum uşaqlarla oynadıqda bu sirr gec-tez açılacaq. Əgər uşağa biz bu xəbəri verməsək uşaq təzadlar içində qalacaq. Nəyinsə ona söylənilmədiyini anlayacaq, yaxınlarına və həyatda olan valideyininə olan güvən və etimadı sarsılacaq.
Ölüm xəbərini uşağa sevdiyi, güvəndiyi və özünə ən doğma, yaxın bildiyi şəxs söyləməlidir. Valideyinlərindən biri vəfat etmişsə, həyatda olan; yox əgər hər ikisi vəfat etmişsə onu himayə edəcək şəxs olmalıdır. Həyatda olan valideyn ilk şoku atlatdıqdan sonra ölüm hadisəsini uşağına deməlidir. Bunu uzun müddət gizlətmək olmaz. Bir-iki həftəyə qədər bu açıqlama yubadıla bilər.
Uşaq valideyninin vəfatından sonra başqa bir şəhərə (kəndə) və ya qohumlarının yanına göndərilməməli, həyatda olan valideyninin; əgər hər ikisini də itirmişsə ən çox sevdiyi insanın yanında qalmalıdır. Əsla uşağı əyləndirmək və şənləndirmək üçün çalışılmamalıdır. Bu edilən ən böyük xətalardan biridir. Ətrafında yas olduğu halda onu şənləndirməyə çalışan insanları görmək uşağın psixologiyasını daha çox zədələyər.
– Uşağa həqiqəti deyəndən sonra qışqıraraq ağlamaq, saç yolmaq, haray-həşir salmaq ona mənfi təsir edər. Bunun əksinə, heç nə olmayıbmış kimi davranmaq da uşağa mənfi təsir bağışlayar, itirdiyi yaxının sevilmədiyini düşünər. Buna görə də kədərlənəndə və qüssələnəndə çox ifrat və təfritə getməmək lazımdır.
Uşağın sual soruşmağına şərait yaratmaq və buna icazə vermək lazımdır. Bunun üçün uşağa özünü narahat edən hər hansı sualı asanlıqla soruşa biləcəyini söyləmək olar. Üstəlik yaşayan valideyn ona ürək-dirək verməyə çalışmalı, bundan sonrakı həyatı birgə yaşayacaqlarını ona izah etməlidir. Həmçinin kədərlənməyin və ağlamağın ayıb sayılmadığını da vurğulamalıdır. Bizim kimi büruzə verməsə də uşağın da daxilən qüssələndiyindən xəbərdar olduğunuzu ona bildirin.
– Ölüm hadisəsi baş verdikdə uşaqlar evdən uzaqlaşdırılmağa çalışılır. Bu düzgün yanaşma deyildir. Əgər istəsələr uşaqlar cənazə mərasimində iştirak edə bilərlər. Ancaq uşağın yaş dövrü, xarakteri göz önündə tutulmalıdır.
– Duyğu və hisslərin coşduğu, həssas olduğu, evdə fəryad-fəğan olduğu ilk günlərdə uşaqlar bir qohumun evində qalmalı, evdən uzaqlaşdırılmalıdır.
– Uşaqlara ağlamamaları, kədərlənməmələri qətiyyətlə söylənməməlidir. Uşağın o duyğuları yaşamasına və düşündüklərini ifadə etməsinə fürsət verilməlidir.
– Ola bilər ki, uşaq ölüm həqiqətini qəbul etməkdə çətinlik çəkir və ya bunu tamamilə inkar edir. Bu təqdirdə uşağı anlamaq lazımdır. Əsla onu danlamaq, təhir etmək olmaz. Çünki, həmin müddət adətən bir neçə həftədən çox çəkmir.
–Bir yaxınını itirən uşaqda bəzən əsəbiləşmə, qırıb-dağıtma, uşaqca davranışlar görülə bilər. Bu hal və hərəkətlərin keçici olduğunu bilməli, səbirli olmalı, anlayışla qarşılanmalıdır.
Uşaq mənəvi dəstəyin yanında, fiziki olaraq da bir yaxınlığa ehtiyac hiss edər. Ona sarılmaq, əlini tutmaq, yanında olmaq çox önəmlidir.
Nəzərə almaq lazımdır ki, ölüm xəbərini eşidən uşaq yetkin insanlar kimi kədərini büruzə verə bilmir. Onun bu hadisəyə kədərləndiyini çəkdiyi şəkillərdən və ya oynadığı oyunlardan anlaya bilərsiniz. Uşaqların bizim kimi kədərlənməsini gözləməməliyik.
– Uşağın yaşadığı kədəri zahirə vuması üçün oyun oynaması, rəsim çəkməsi və idmanla məşğul olması təmin edilməlidir.
– “Anan və ya atan Allahın sevdiyi bəndə olduğu üçün tez öldü” kimi izahlardan da qaçmaq lazımdır. Uşaqlara ölümü sevimli göstərməyə çalışmayın. Ancaq sevdiyi insana bir gün qovuşacağı ümidini də qırmayın. Uşaq cavabını bilməyəcəyiniz suallar soruşanda açıq-aşkar bilmədiyinizi söyləyin.
Nəticə etibarı ilə deyə bilərik ki, ölüm insan həyatının dəyişməyən qədəridir. Gec-tez bu dünyaya gələn əlbət bir gün buranı tərk edib gedəcəkdir. Gəlimli-gedimli, ölümlü-itimli bir dünyada yaşayırıq. İnsan həyatında önəmli və həll edici bu hadisəyə hazır olmaq insan olmanın gərəyidir. Uşaqlara bu ölüm həqiqət kiçik yaşlarından etibarən uyğun bir dillə anlatılmalıdır. Onun vermiş olduğu suallara şübhə oyandırmayacaq şəkildə, qısa, dəqiq cavab vermək lazımdır. Valideyini və ya bir yaxını vəfat etdikdə, bu uşaqdan gizlədilməməlidir. Uyğun bir dillə və vaxt keçirmədən bu xəbər ona verilməlidir. Böyüklər alışdığı kimi, kiçiklər də müəyyən müddətdən sonra vəfat edənin yoxluğuna alışır.
Müsəlman olaraq yaşamaq, müsəlman olaraq ölmək və axirət yurdunda salehlər arasına qatılmaq üçün nə etmək lazımdır
“Bir adam Allah Rəsulunun (s.a.s.) hüzuruna gələrək: “Ən çox kimə vaxt ayırmalı, kiminlə maraqlanmalıyam?” – deyə sual verdi. Peyğəmbərimiz (s.a.s.): “Ananla!” – buyurdu. O: “Sonra kimlə?” – deyə soruşdu. “Ananla!” – buyurdu. O: “Sonra kim gəlir?” – deyə soruşdu. “Anan!” –buyurdu. O: “Daha sonra kim gəlir?” – deyə təkrar soruşanda bu dəfə: “Atan” – dedi.
Sual: Uşaqların valideyin üçün bir imtahan vəsiləsi olduğunu deyirlər. Bununla nə nəzərdə tutulur? Dilimizdə istifadə olunan “bala” sözü ehtimal ki, ərəbcədən dilimizə keçmişdir. “İbtila” ərəb dilində “imtahan etmək”; “bəla” kəlməsi isə imtahan, dərd, müsibət kimi mənalar gəlir. Bu yönü ilə “bala”, yəni övlad imtahan deməkdir.
Hamilə və uşaq əmizdirən qadınlar özlərinə və körpələrinə hər hansı zərər olmayacağı təqdirdə oruc tuta bilərlər.
Bu bir həqiqətdir ki, ailədə uşağın yeri çox böyükdür. Ancaq bütün hallarda ailədə yeganə məqsəd uşaq olmamalıdır. Əgər ailədə yeganə məqsəd uşaqdırsa və o ailədə uşaq yoxdursa, deməli, problemlərin olması da labüddür. Halbuki tərəflər qarşılaşdıqları problemləri öz aralarında müzakirə edə və ortaq bir məxrəcə gələ bilərlər. Problemin həllinə köklənməmək və ya problemi ağlı ilə yox, hissləri ilə həll etməyə çalışmaq əlavə gərginlikdən başqa bir işə yaramır.