Allah-Təala Quranı-Kərimdə möminlri vəsf edərkən belə buyurur: “O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!” (Ali İmran, 191) Ayəy nəzr yetirdiyimizdə görürük ki, ayaq üstə, oturaraq, hətta uzanmış vəziyyətdə Allahı zikr edənlər öyülməkdədir. Bu məsələni Allaha qarşı edilən hörmətsizlik kimi başa düşməməliyik. Belə fikirləşən biri zatən bunu etməz. Bir kimsə hər daim qulağına Kələmullahın səsinin gəlməsini istyərsə o, ayaq üstə, oturaraq və uaznmış bir vəziyyətdə Quran dinləyə bilər. Ancaq Allahın kəlamına qarşı çox ədəbli olan biri Quran oxumaq üçün aldığı dəstəmaz kimi dəstəmaz alar, kəmali-ədəblə oturaraq Quranı dinləyər. Nəticə: yataraq Quran dinləmək olar, ancaq ədəb sahibi insanlarda uyqun görmürlərsi dinləməməlidirlər.