1. 745 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Paylaşılan bəzi videolarda üzüm suyu, mürəbbəsi və kompotunun haram olduğu bildirilir. Bunların hökmü necədir?

Üzüm suyu qıcqırdılaraq mayalanarsa şəraba çevrildiyi üçün içilməsi haram olduğu kimi, həm qəliz nəcasət sayılır. Bütün İslam alimləri bu məsələdə müttəfiqdir.

Hənəfi məzhəbinə görə üzümdən mürəbbə bişirmək caizdir. Həmçinin üzüm şirəsini də içmək caizdir. Üzümdən kompot  hazırlamaq, hətta kompot bağlayıb şüşələrdə saxlamaq da olar. Bir şərtlə ki, hava sızıb şəraba çevrilməsin. Həmçinin üzümdən bəkməz də hazırlamaq olar.

Cəfəri məzhəbində isə, üzüm suyu öz-özünə, yaxud bişirilməsi nəticəsində qaynayarsa, pakdır, ancaq içilməsi haramdır. Şəraba çevrildiyi halda isə içilməsi haram olmaqla yanaşı həm də nəcisdir. Həmçinin, qaynayan üzümün yeyilməsi, vacib ehtiyata əsasən, haramdır, lakin o nəcis deyil.  Əgər üzüm suyunun qaynayaraq üçdə ikisi gedər, üçdə biri qalarsa, halal olar. Yəni üzümdən hazırlanan bəkməz halaldır. (https://www.sistani.org/azari/book/25262/4071/)

 




Şərh yaz