13. 433 dəfə oxunub ,   0 şərh   Çap et

Kəlmə olaraq “vəhy” sözü “pıçıldamaq, işarə etmək, ilham və təlqin etmək, ardıcıl və gizli şəkildə bildirmək” mənalarını verir. İstilah kimi isə “vəhy” Uca Allahın hidayət və buyuruqlarını elçi seçdiyi bəndələrinə birbaşa və ya bir mələyin vasitəsilə gizli şəkildə bildirməsidir.

Biz insanların vəhyin mahiyyətini dərk etməsi və qavraması qeyri-mümkündür. Bu səbəbdən də biz – bəşər olaraq – vəhyin ağlabatan və zəruri olduğuna inanır, onun mahiyyəti ətrafında baş yormuruq. Vəhyin gəlmə şəkillərini peyğəmbərlərdən başqa heç bir insan dərk edə bilməz, ona görə də vəhy haqda məlumatı əqli mühakimə ilə deyil, peyğəmbərlərin sözlərindən öyrənirik. Quranda üç cür vəhydən bəhs edilir: “Allah bəşər övladı ilə ancaq vəhylə, yaxud pərdə arxasından danışar. Və ya bir elçi (mələk) göndərər ki, o da Allahın izni ilə (göndərildiyi kimsəyə) Onun istədiyini vəhy edər”.[1]

Quranda bildirildiyi kimi, Haqq-Təala vəhyi üç yoldan biri ilə göndərir:

1. İlahi bəyanını peyğəmbərin qəlbinə birbaşa göndərməklə (ilqa).

2. Peyğəmbərlərin zahiri və batini duyğu orqanlarına əmr və istəklərini çatdırmaqla.

3. Vəhy mələyini müəyyən surətdə elçi göndərməklə.

Allah əmr və bəyanlarını peyğəmbərlərinə bu üç yoldan biri ilə, əksər hallarda mələk göndərməklə çatdırmışdır. Vəhy nazil olanda peyğəmbərlərin şüuru üstündə olurdu. Özlərindən getmir, yaxud şüurlarını itirmirdilər, əksinə, şüurları daha da itiləşirdi. Peyğəmbərlərin bu halını (Peyğəmbərimizin (s.ə.s) şəxsində) Allah bu cür təsvir edir:

Sənə gələn vəhyi tələm-tələsik əzbərləmək üçün dilini tərpətmə! Çünki onu (sənin qəlbində) cəm etmək, (dilində) oxutmaq Bizə aiddir. Biz onu (Cəbrailin dili ilə) oxutduğumuz zaman oxunmasını diqqətlə dinlə”.[2] Bu ayə vəhy əsnasında peyğəmbərin bütün diqqət və şüurunu qoruduğunu (topladığını) göstərir.


[1] “Şura” surəsi, 42/51.

[2] “Qiyamə” surəsi, 75/16-18.



Açar sözləri

ilham vəhy

Bənzər məqalələr

Vəhy davam edir

Bu biri tərəfdə Qureyş əlinə düşən hər fürsətdə Allah Rəsulunu (s.ə.s.) çətin vəziyyətə salmağa çalışırdı.

Kitabların Peyğəmbərlərə vəhy edilmə keyfiyyət və şəkli

Vəhy kəlmə olaraq, “eyham etmək, pıçıldamaq, işarə etmək, ilham və təlqin etmək, ardıcıl və gizli bir şəkildə bildirmək”, kimi mənalara gəlir. Bir termin olaraq isə, vəhy “Uca Allahın bildirmək istədiyi hidayət və buyruqlarını elçi olaraq seçdiyi qullarına birbaşa və ya bir mələk vasitəsi ilə ənənəvi olmayan gizli bir yolla bildirməsidir.”


Şərh yaz