2. 851 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: “Verən əl, alan əldən üstündür” deyə bir hədis var. Bu hədisi necə başa düşə bilərik?

  1. Müsəlmanlar varlı olmağa təşviq olunur?
  2. Varlılar kasıblardan həm maddi həm də mənəvi üstündürlər?

 İslam dininin ortaya çıxdığı dövrlərdə dilənçilik, başqaları hesabına yaşamaq, başqalarından maddi olaraq asılı vəziyyətdə yaşamaq cəmiyyət içərisində çox yayılmış vəziyyətdə idi. Bunun  əsas səbəbləri kimi savadsızlıq, dünyagörüşünün aşağı səviyyədə olması, səhrada yaşmaq, iş sahələrinin məhdud olması, bir işin arxasında düşmək səriştəsizliyi, əlinin zəhməti ilə dolanmaq anlayışının zəif olmasını və s sadalamaq olar. Cahilliyə dövründə (İslam öncəsi) çox insan tüfeyli həyat sürür, başqalarının minnəti altında yaşayırdı.

 Başqasına əl açmaq insanın şəxsiyyətini alçaldır, əxlaqi cəhətdən də bu davranışı çox uyğun deyildir. İslam, ehtiyac sahibi bir şəxsin  başqalarından bir şey istəməsini mütləq mənada qadağan etmir.Çıxılmaz hallarda, zərurət yarandıqda başqasına müraciət etməyə icazə verir.

Allah Rəsulu (s.ə.s) cəmiyyətdə kök salmış bir çox məsələdə inqilabi dəyişikliklər etmişdir. Onun (s.ə.s) mübarizə apardığı problemlərdən biri də məhz bu məsələ idi. Bu səbəblə də Rəsulullah (s.ə.s) bəzi insanlardan beyət alarkən  “heç kimsədən bir şey istməmələrini  şərt qoşmuşdur. (baxın hədis: Müslim, Zəkat, 108; Əbu Davud, Zəkat, 27/1643) “Verən əl, alan əldən daha xeyirlidir. Yardım etməyə, dolanışığını təmin etmən məsul olduğun şəxslərdən başla! Sədəqənin xeyirlisi ehtiyacdan  artıq qalan maldan veriləndir. Kim insanlardan bir şey istəməsə, Allah onu heç kimsəyə möhtac etməz. Kim gözütox olarsa, Allah onu zəngin edər.” (Buxari, Zəkət 18; Müslim, Zəkat 94-97, 106, 124)

Müsəlmanın gözü-könlü tox olmalıdır. Bəli, İslam insanların varlıq sahibi olmalarını, güclü olmalarını təşviq etmişdir. Çünki bir hədisdə belə buyurulur:

“Güclü mömin, (Allah qatında) zəif mömindən daha xeyirli və daha sevimlidir. (Bununla bərabər) hər ikisində də xeyir vardır. Sən, sənə faydalı olan şeyi əldə etməyə çalış. Allahdan yardım dilə və əsla acizlik göstərmə. Başına bir şey gələrsə, “belə eləsəydim, nəticə belə olardı” deyə heyfsilənmə. “Allahın təqdiri bu, O, nə murad edərsə o olar” − de. Zira “əgər belə etsəydim…” sözü şeytanı sevindirən işlərin qapısını açar.” (Müslim, Qədər 34. Həmçinin bax. İbn Macə, Müqəddimə 10.)

Allah qatında üstünlük ilahi təqvadadır. “Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır.”(Hücurat surəsi 49/13) Bəli, İslam müntəsibləri arasında irqi, milli, cinsi ayrı seçkilik qoymur.

Bununla yanaşı, cəmiyyətdə insanlar imkan, ağıl, bilgi-savad, fiziki güc və s. baxımından eyni səviyyədə olmur. Hər kəs fərqli potensiala sahibdir. İmtahan vəsiləsi üçün Allah Təala insanları fərqli yaratmışdır. (Baxın Ənam, 6/165; Nəhl,16/71) Maddi imkan sahibləri əllərindəki imkanları infaq, sədəqə, zəkat və s. yollarla xeyir istiqamətində xərcləməlidirlər. Kasıblara, ehtiyac sahiblərinə, darda qalanlara əl tutmalıdırlar. “(Sədəqə) Allah yolunda mücahidə edib çalşan və yer üzündə hərəkət edə bilməyən yoxsullar üçündür. (Bu adamlar) həya edib dilənmədiklərinə görə tanımayan adam onları varlı hesab edir. Sən onları üzlərindən tanıyırsan. Onlar insanlardan israrla (bir şey) istəməzlər. Şübhəsiz ki, Allah malınızdan nə sərf etdiyinizi bilir.” (Bəqərə surəsi 2/273) “Zəkat və sədəqələr Allah tərəfindən bir fərz olaraq yalnız yoxsullara, kasıblara, onu yığıb paylayanlara, qəlbləri (İslam dininə) isinişdiriləcək kimsələrə, kölələrin azad olunmasına, borclulara, Allah yolunda cihad edənlərə və müsafirlərə məxsusdur. Allah Biləndir, Müdrikdir.” (Tövbə, 9/60)

Nəticə etibarı ilə deyə bilərik ki, İslam zəngin olub haqqını verən, sahib olduğu imkanları dini və cəmiyyətin mənafeyi uğrunda sərf edən şəxslərdən olmağa hər kəsi təşviq edir. Ancaq bu reallıqdır ki, fitrətən hər kəs eyni səviyyədə olmur, bu imtahan sirridir. Allah hər kəsə sahib olduğu qabiliyyətləri ortaya qoymaq üçün potensial imkanlar bəxş etmişdir. Var-dövlət sahibi olmaq da hər kəsə nəsib olmur. Sahib olan şəxslər də, ehtiyac sahiblərinə əl tutmalıdırlar.




Bənzər məqalələr

Zəkat necə hesablanır

 Zəkat, qızıl, valyuta və axarı olan, yəni gəlir gətirən mallardan verilir. Qızıl və valyuta, yəni hər hansı pul növü 80,18 qramdan çox olarsa zəkata tabe olur.

Zəkat borcunu ödə, kasıbın haqqını ver!

“Zəkat insanın istəyinə buraxılmış bir sədəqə deyil, eqoizminə və xəsisliyinə qalib gələ bilən möminlərin həmrəyliyini reallaşdıran bir növ müəssisələşmiş, məcburi və dəruni bir ədalətdir. Zəkat hər şey kimi mal-mülkün də Allaha aid olduğunu, insanın ondan kefi istədiyi kimi istifadə etmək haqqını daşımadığını, hər kəsin cəmiyyətin bir üzvü olduğunu daima xatırladır”.

Fitr sədəqəsinin verilmə vaxtı

Sual: Ramazan bayramından əvvəl verilən fitrə sədəqəsinin hökmü nədir?

Qeyri-müsəlmana zəkat düşür?

İslamın beş əsas şərtindən biri zəkat verməkdir. Zəkat bir ibadətdir. Buna görə də qeyri-müsəlmanlara və dindən çıxanlara (mürtədlərə) zəkat verilmir. Ancaq sədəqə verilir.

Kimlər zəkat verməlidir?

Zəkatın fərz olmasının şərti: həddi-büluğa çatmaq, əqli cəhətdən sağlam və azad olmaq, nisab miqdarında mala malik olmaq.


Şərh yaz