1. 935 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Verdiyimiz hədiyyəni geri istəyə bilərikmi?

Cavab: Hədiyyə mövcud və bilinən bir malı bir insana qarşılıqsız verməkdir. Müəyyən bir qarşılıq istəyərək vermək də caizdir. Məcbur qalmadıqca hədiyyəni geri istəməmək lazımdır. Çünki hədisi-şərifdə: “Hədiyyəsini geri istəyən, qusduğunu yalayan itə bənzər”, – buyurulur. (Buxari və Muslim)

Buna baxmayaraq, bir kimsə səbəbli və ya səbəbsiz verdiyi hədiyyəni geri istəyə bilər. Ancaq burada yeddi şərt mütləq nəzərə alınmalıdır: (Mövsili,

Əl-İxtiyar)

1 – Verilən malın işlədilərək dəyərinin artamsı (hədiyyə edilən bir kitabı, alan kimsə cildlətmişsə, hədiyyəni verən artıq bunu istəyə bilməz).

2 – İkisindən birinin ölməsi (hədiyyəni verən və hədiyyəni alan kimsə vəfat etmişsə, hədiyyə geri alınmaz).

3 – Verilən bir hədiyyənin qarşılığı olduğu bildirərək bir hədiyyə vermək (“sənin kitabının əvəzində bu güllə qələmi verdim” demək kimi).

4 – Hədiyyə edilən malın, sahənin hədiyyə edənin mülkündən çıxması (hədiyyə edilən kitabı başqasına hədiyyə etmək və satmaq kimi. Əgər başqasına satılmışsa, alına bilməz).

5 – Bir-biri ilə nikahlı olan ər-arvad (ər arvad bir-birinə verdiyi hədiyyəni geri istəyə bilməz).

6 – Aralarında nigahı əbədi olaraq haram olan qohuma verilən hədiyyə. (Qayınataya, qayınanaya, gəlinə, kürəkənə, qardaşa, ana-ata və uşaqlara verilən hədiyyə geri alına bilməz.)

7 – Hədiyyənin itib-batması və yaxud tələf olması (alınan hədiyyə itmişsə, verən hədiyyəsini geri istəyə bilməz).

Varlı bir insana verilən hədiyyəni ehtiyac olarsa, geri istəmək caizdir. Lakin kasıba verilən hədiyyəni geri almaq caiz deyildir. Çünki kasıba verilən hədiyyə sədəqə olar. Sədəqəni isə geri almaq caiz deyildir. (Mərğinani, Hidayə)




Şərh yaz