2. 939 dəfə oxunub ,   0 şərh   Çap et

Sual:Vicdan hissi kimi dəyərli və gözəl hisslər insana cəmiyyət tərəfindən verilir, yəni insan bunu yaşadığı cəmiyyətdən qazanır?

Bu məsələni aydınlaşdırmaq üçün insanları bir tərəfə qoyub, heyvanlar aləminə baxaq. Məsələn, məlumdur ki, pişiklərdə cəmiyyət həyatı yoxdur. Görürük ki, pişik bayıra gedir, sonra da ifrazatını torpaqla örtmək üçün yumaq kimi yumru şəklə düşür. Pişik bu duyğunu hansı “pişik cəmiyyətindən” öyrəndi? Təmizliklə natəmizliyi necə ayırd edə bilər?

Bir də görürsünüz ki, pişik boşqabadan nəsə bir oğurlayıb qaçdı… Onu tutub, “hesaba çəkəndə” günahını hiss edərək önünə əyilir və baxışlarını yerə dikir. Hətta xalq arasında “süd dağıtmış pişik kimi…” deyə bir söz var. Onu evdə balaları ilə oynayarkən görürsən… Oyun zamanı necə olursa, birdən oyuncağı sındırır. O dəqiqə dəhşət içində qaçır, günah işlədiyini bilərək stulun altında gizlənir.

Pişiklər arasında bu hisslərin doğması üçün səbəblər yoxdur. Ümumiyyətlə, pişiklər cəmiyyəti deyilən bir şey yoxdur.

Göyərçinlərdə də erkək göyərçinlərə və adətlərə bağlılıq məşhurdur. Sahiblərinə son nəfəslərinə qədər bağlılıq atın da ən üstün xüsusiyyətlərindəndir.

Aslan şikarını parçalamaq üçün arxadan hücum etməz. Bunu özünə sığışdırmaz, özünü alçaltmaz.

Dəvə bir başqasının ona baxdığını hiss edən kimi utandığından dişisindən uzaqlaşır.

Qahirə Milli Sirkində bütün tamaşaçıları heyrətə salan bir hadisə baş verdi. Aslan təlimçisi Muhamməd Əl Huluvun arxasınca hoppandığı vaxt pəncəsini onun çiyninə batırdı və ona öldürücü yara vurdu. Hadisənin geri qalan hissəsini sirkin işçilərindən eşidək: -Aslan artıq yemək yemirdi. Öz yerini zindan bilib, heç çölə çıxmırdı… Onu heyvanxanaya köçürüb özünü ovutsun deyə, bir dişi aslanla qoşalaşdırdılar, fəqət aslan onu qovdu. Həmişə ac qalaraq yeməyi rədd etdi. Sonra təlimçinin çiynini yaralayan pəncəsini parçaladı. Ta ruhu çıxıb ölənə qədər…” Peşman olduğuna görə və kəffarə (bağışlanması, əvəzi) üçün intihar edən bir heyvan… Bu aslan yırtıcı heyvanlar dünyasında hansı cəmiyyətdən bu adəti öyrəndi? Yırtıcılar cəmiyyətində insanı parçalamaq cəzası intihar olan bir cinayətdirmi? Bəli, vicdan bir nurdur. Fəqət hər bir ictimai hadisə nəfsin pasını cilalamaq və bu nuru şəffaflaşdırmaq üçündür.



Açar sözləri

vicdan

Bənzər məqalələr

İslamda halal qazancın etik prinsipləri

Halal gəlirin ölçüsü könül məmnuniyyətdir. Qurana görə ticarətin məqbul olması qarşılıqlı riza bağlıdır.

Allahın varlığının dəlilləri 2

Bu yazı Allahın varlığının dəlillərindən Qurani-Kərim, Peyğəmbərimiz və vicdan dəlilləri haqqındadır.


Şərh yaz