1. 412 dəfə oxunub ,   0 şərh   Çap et

 عَنْ عَلِيٍّ  قَالَ: الْوِتْرُ لَيْسَ بِحَتْمٍ كَصَلَاةِ الْمَكْتُوبَةِ، وَلَكِنْ سَنَّ رَسُولُ اللّٰهِ  قَالَ: «إِنَّ اللّٰهَ وِتْرٌ يُحِبُّ الْوِتْرَ، فَأَوْتِرُوا يَا أَهْلَ الْقُرْآنِ»

Həzrəti Əli (r.a.) belə nəql etmişdir:

“Vitr namazının hökmü fərz namazı qədər dəqiq deyildir. Lakin Allah Rəsulu (s.ə.s.) müntəzəm olaraq bu sünnəti qılmış və onun haqda belə buyurmuşdu: “Allah təkdir, təki sevir. Ey Quran əh­li möminlər. Siz də Allahın əxlaqına uyğun olaraq tək (bir rükət) olan vitr namazını qılın”. [Əbu Davud, Vitr 1; Tirmizi, Vitr 2]

 عَنِ ابْنِ عُمَرَ   عَنِ النَّبِيِّ  قَالَ: «اِجْعَلوُا آخِرَ صَلَاتِكُمْ بِاللَّيْلِ وِتْرًا»

İbn Ömərin (r.anhumə) bəyan etdiyinə görə, Allah Rəsulu  (s.ə.s.) belə buyurmuşdur:

“Gecə qıldığınız sonuncu namaz vitr olsun”. [Buxari, Vitr 4; Müslim, Salatul-Müsafirin 151]



Açar sözləri

vitr namazı

Şərh yaz