1. 990 dəfə oxunub ,   0 şərh   Çap et

Peyğəmbərimizin insanlarla münasibətlərdə ziyarətlərə verdiyi əhəmiyyəti də qeyd etmək yerinə düșər. Böyüklü-kiçikli bütün səhabələri ilə maraqlanar, hal-əhvallarını sorușar və xəstə olanlara baş çəkərdi. Qadın, kiși və ușaq fərqi qoymadan bütün xəstələri yoxlayardı. Ənsardan Ümmül-Ala xəstə olarkən Rəsulullahın ona baş çəkdiyini və: “Ey Ümmü-Ala, sənə müjdələr olsun. Çünki od qızıl və gümüșün pasını təmizlədiyi kimi, bir Müsəlmanın xəstəliyi də onu günahlardan arındırır,” – deyə buyurduğunu söyləmișdir.[1]

Allah Rəsulu (s.ə.s.) xəstələnən nəvəsinə – Ümaməyə baş çəkmiş, onun halından təsirlənib ağlamışdı. Rəsulullahın göz yaşlarını təəccüblə qarșılayan bir səhabəyə də: “Bu bir rəhmətdir ki, Allah onu istədiyi qulunun qəlbinə yerləşdirir. Allah ancaq mərhəmətli qullarına mərhəmət  edər,”[2] – deyə buyurmușdur.

Səhabə Sad b. Əbi Vaqqas Vida həccində ağır xəstəliyə tutulmuş, Mədi­nə­yə dönməkdən ümidini kəsmişdi. Peyğəmbərimiz ona baş çəkib sağalması üçün dua etmişdi.[3]

Peyğəmbərimiz bəzən qeyri-müsəlman xəstələrə də baş çəkirdi. Ona xidmət edən bir yəhudi ușağına baş çəkmiş, ondan müsəlman olmasını istəmiș, ușaq da İslamı qəbul etmişdi.[4] Allah Rəsulu münafiqlərin bașçısı İbn Übey ibn Səlula da xəstələndiyi zaman baş çəkmişdi.[5] Peyğəmbərimiz xəstələrə baş çəkdiyi kimi, səhabələrə də xəstə ziyarətini tövsiyə etmișdir.[6] Xəstələrə baş çəkərkən onlara dua etmiș[7] və mənəvi dayaq olmușdu. Ümmətinə də xəstələrə baş çəkərkən onlara mənəvi dəstək olmağı tövsiyə etmișdir.[8] Eyni zamanda xəstələrə müalicə olunmağı məsləhət görmüşdür.[9]



[1]. Əbu Davud, 3/184.

[2]. Buxari, 1/431, 5/2141; Müslim, 2/635.

[3]. Buxari, 5/2142; Müslim, 3/1253; Əbu Davud, 3/187.

[4]. Buxari, V/2142; Əbu Davud, III/185.

[5]. Əbu Davud, III/184.

[6]. Buxari, III/1109, V/2055; Əbu Davud, III/184

[7]. Buxari, 5/2147.

[8]. Tirmizi, 4/412; İbn Macə, 1/462.

[9]. Buxari, 5/2151; İbn Macə, 2/1137, 1138.

 




Şərh yaz