8. 027 dəfə oxunub ,   0 şərh   Çap et

Sual:Qarşıdan Ramazan ayı gəlir.Ramazan ayı Quran ayıdır. İnsanlar Həyacanla Quranı-Kərimi xətm[1] etməyə çalışır. Bəs Quran neçə gündə xətm edilməlidir?

Bu mövzuda Abdullah ibn Amr ibn Asın Peyğəmbərimizlə (sallallahu aleyhi səlləm) söhbəti bizə yol göstərir. Abdullah ibn Amr ibn As deyir ki:

“Bir gün Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) yanına gəlib soruşdum:

– Ey Allahın Rəsulu, Quranı neçə gündə bir xətm etməliyəm?

Allah Rəsulu:

– Quranı bir ayda xətm et, – buyurdu.

Mən:

– Daha çoxuna gücüm çatır, – dedikdə Allah Rəsulu: “İyirmi beş gündə bir”, – buyurdu.

Mən:

– Daha tez xətm edə bilərəm, – deyincə Allah Rəsulu, “İyirmi gündə bir”, – buyurdu.

Mən yenə:

– Daha çoxuna gücüm çatır, – dedim. Allah Rəsulu: “On beş gündə”, – buyurdu.

Mən yenə:

– Daha çoxuna gücüm çatır, – dedim. Allah Rəsulu: “On gündə bir”, – buyurdu.

Mən yenə:

– Daha çoxuna gücüm çatar, – deyincə Allah Rəsulu: “Beş gündə bir”, – buyurdu.

Mən:

– Daha çoxuna gücüm çatar, – deyəndə Peyğəmbərimiz, – Xeyr, (Olmaz) – dedi”.[2]

Deməli, Qurani-Kərim minimum beş gündə bir dəfə, maksimum isə ayda bir dəfə xətm edilməlidir. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) Quranın maksimum bir ayda bir dəfə xətm edilməsini təşviq edir. Allah Rəsulu Quranı xətm edəndən sonra belə dua edərdi:

“Allahım, Mənə Qurani-Əziminlə mərhəmət et, Quranı Mənə nur, iman, hidayət və rəhmət vəsiləsi elə, unutduğum şeyləri Quranla xatırlat, bilmədiyim şeyləri də Onunla öyrət, gecələr və gündüzlər Quran oxumağı ruzim eylə, Quranı Mənə dəlil elə”.[3]

Ayrıca nəzərdə saxlamaq lazımdır ki, Quranı-Kərimin sadəcə ərəbcə mətnini üzündən oxumaq yetərli deyildir.Fürsət tapdıqca oxuduğumuz yerlərin tərcümələrini də oxumalı, başa düşmədiyimiz yerləri araşdırmalıyıq ki, Allah Rəsulunun Quranı tez-tez oxumağı xoş görməməsinin altındakı hikməti əldə edək. Quran, Allahdan (c.c.) biz insanlara bir məsajdır. Onu bu yönünü dərk edərək oxumalı və oxuduğumuz yerləri də dərk etməyə çalışmalıyıq.



[1]  Xətm: Quranı-Kərimin Fatiha surəsindən başlayaraq Nəs surəsinə qədər hamısının oxunub tamamlanmasldır.

[2]. Müslim, Savm, 35

[3]. Kənzül-Ümmal, 1, 392



Açar sözləri

quran xətmi

Bənzər məqalələr

Xətm duası

Allahım! Bizi Quranın zinəti ilə zinətləndir, Quranın kəraməti ilə kəramətləndir, Quranın şərafəti ilə şərafləndir, bizi Quranın libasına bürü, bizi Quranın şəfaəti ilə Cənnətə daxil elə!


Şərh yaz