1. 399 dəfə oxunub ,   0 şərh   Çap et

Büdcəsi ortaq olan bir evdə yaşayan hər kəs işləyir və bu büdcəyə qazanc gətirirsə, burada zəkat ortaq büdcə üzərindən hesablanaraq verilməlidir, yoxsa hər kəs öz qazancına görə verməlidir?

 Cavab: İslamda ümumiyyətlə ər-arvad arasında əmlakın ayrı olması prinsipi əsas götürülmüşdür. Ər gəlir gətirən bir işdə işləyərək özünün, arvadının və uşaqlarının dolanışığını təmin etməklə məsuldur. Qadın isə gəliri olsa da hər hansı zəruri hal olmadan bu xərcləri təmin etməyə məcbur deyildir. Ancaq öz istəyi ilə işləyərək və ya miras yolu ilə əldə etdiyi gəliri ilə ailə məsrəflərinə iştirak edərsə, bu onun əxlaqının ucalığıdır və sədəqə əcri alacağında şübhə yoxdur. Həmçinin ərin islami çərçivədə ailə fərdləri üçün etdiyi bütün xərclər də ona sədəqə əcri qazandırdığı müxtəlif hədislərdə bildirilmişdir.

Odur ki, ailədə hər bir şəxsin özünəməxsus gəliri varsa, həmin gəlir qazanan şəxsin mülkiyyəti olduğu üçün zəkat şərtləri reallaşdıqda, hər bir şəxs zəkatını öz qazancından verməlidir. Yəni ailə üzvləri qazancı bir yerə qoysalar belə, ehtiyaclar üçün qoyulan məbləğ çıxıldıqdan sonra nisab miqdarında pul qalarsa və zəkatın digər şərtləri də meydana gəldikdən sonra məsul şəxslərin hər biri öz gəlirindən payına düşən miqdarda zəkatını hesablayaraq verməlidir.

Dr. Anar Qurbanov



Açar sözləri

zekat

Şərh yaz