لاَ بَأْسَ عَلَيْكَ طَهُورٌ اِنْ شَاءَ اللَّهِ
“Zərəri yoxdur, inşallah (günahlarını) təmizləyər”.[1]
أَسْأَلُ اللَّهُ العَظِيمَ رَبَّ الْعَرْشِ الْعَظِيمِ اَنْ يَشْفِيَكَ
“Ərşin sahibi Uca Allahdan (Kərim olan Rəbdən) sənə şəfa diləyirəm”. (Bu dua yeddi dəfə oxunur)[2]
Ölüm ayağında olanın yanında oxunan dualar
Ölüm ayağında olan insanı sağa döndərib üzünü qibləyə çevirmək sünnətdir. Əgər xəstəyə əziyyət olarsa, etməmək olar.
Ölüm ayağında olan insanın yanında “Yasin” surəsi oxunmalıdır. Bu surəni oxumaq Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) tövsiy əsidir.[3]
Xəstənin eşidəcəyi qədər: “Lə iləhə illəllah, Muhammədur-Rasulallah”, “Əşhədu ən lə iləhə illəllah və əşhədu ənnə Muhammədən abduhu və Rəsuluhu” deyilir. Əziyyət vermədən, məcbur etmədən onu da təkrarlatmaq şəfaya vəsilə olar.
اَللَّهُمَّ أَعِنْهُ عَلَى سَكَرَاتِ الْمَوْتِ
“Allahım! Ölümün verdiyi ölüm sıxıntılarda (səkəratul-mövt) ona kömək ol”[4] deyə dua edilir.[5]
[1]. Buhari, Tevhid 31
[2]. “Müsəlman əcəli gəlməmiş bir xəstəyə baş çəkib bu duanı oxusa, xəstə sağalar…” Tirmizi, Tıb 32; Ebu Davud, Cenaiz 12
[3]. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm): “Ölülərinizə “Yasin” oxuyun,” – buyurmuşdur. Bax: Ebu Davud, Cenaiz, 24
[4]. İbn Mace, Cenaiz. 64
[5]. Cemal Sofuoğlu, İrfan yay., İstanbul 2000, Açıklamalı büyük dua kitabı – 59-142