84. 496 dəfə oxunub ,   7 şərh   Çap et

Müsəlman hər kəsin xeyrini istəyər və insanlara kömək etməkdən zövq alar. Din qardaşlığı Müsəlmanların dini əmrlər çərçivəsində bir-birinə kömək etməsini zərurətə çevirir. Özü üçün xeyirli bildiyini başqaları üçün istəməmək İslam əxlaqı ilə daban-dabana ziddir.

Yaxşılıq etmə üsulları şərait və mühitdən asılı olaraq dəyişir. Necə gəldi yaxşılıq etmək doğru deyildir. Yaxşılıq və mərhəmət hislərində bəzi motivləri qoruyub saxlamaq vacibdir.  Bunlar qəlb həssaslığı, ürəkdən gələn yaxşılıq istəyi, xeyirxahlıq hissi, Allahın razılığını qazanmaq arzusudur. Həmçinin mükafat və təşəkkür umma, mənfəət gözləmə kimi mənfi hislərdən arınmaq da bura daxildir. Üstəlik “Öz nəfsi üçün istədiyi bir şeyi müsəlman qardaşı (və ya qonşusu) üçün də istəməyən həqiqi mömin ola bilməz” hədisi xeyirxahlıq hissinin, başqalarının rahatlığını və sağlamlığını istəməyin və həyata keçirməyə çalışmağın meyarını təşkil edir.”

Mömin Allah rızasını qazanmaqda əzmli, möhtaclara qarşı mərhəmət hissi ilə dolu olmalı, lazım gələrsə, öz dərdini unudub başqalarının dərdini düşünməli və başqalarını özündən üstün tut­mağı bacarmalıdır. Allahdan qorxan, Onun rizasını qazanmağa çalışan insanlar olaraq xeyirxahlıq etmək, möhtac insanlara əl tutmaq, təbii ki, yüksək nəticələr verəcək. Belə gözəl əməllərin axi­rət mükafatını nə göz görüb, nə qulaq eşidib, nə də bəşərin ağlı təsəvvür edib.

Əbu Hureyrə (radiyallahu anh) Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) belə buyurduğunu rəvayət edir:

“Hər gün bütün insanlar əzaların oynaqlarının faydalarına görə Allaha şükür etməyə borcludur və edilən şükür də əhəmiyyətli sədəqədir. Məsələn: iki küsülünü barışdırmaq bir sədəqədir. Heyvana minmək və ya yükünü yükləmək istəyənə kömək edib onu miniyinə mindirmək, yaxud da əşyasını yükləmək də gözəl sədəqədir. Gözəl söz də bir sədəqədir. Namaza getmək (təvaf, ibadət, cənazənin arxasınca getmək, elm öyrənmək kimi hər cür xeyirli işlər) üçün atılan hər addım da bir sədəqədir. Yoldan keçənlərə əziyyət verən şeyləri yoldan təmizləmək də məqbul sədəqədir.”[1]

Hədisi-şərifdə keçən “sülama” kəliməsi “barmaq sümükləri” mənasında olmaqla yanaşı, vücuddakı bütün sümük və oynaqlar nəzərdə tutulmuşdur. Xeyirli hərəkət və davranışların bu böyük nemətə sədəqə olduğu bildirilmişdir. Demək ki, bu nemətlərə bəzi əxlaqi davranışlarla, xeyirxah əməllərlə də şükür etmək olar. Məsələn, insanın namaza gedərkən atdığı hər addım sədəqə sayılır, hər addımın müqabilində dərəcəsi yüksəlir və bir günahı bağışlanır.


[1]. Buxari, Sülh, 114, Cihad, 72, 128; Müslim, Zəkat  56; Müsafirin, 84; Əbu Davud, Tatavvu, 12, Ədəb, 160;  Əhməd ibn Hənbəl, Müsnəd, 2/316, 350, 4/423, 5/178.

 



Açar sözləri

allaha iman

7 şərh yazılıb
  1. Sibel , 06/03/2015 tarixində, saat 16:03

    faydal; məlumatdır hər kəsə tövsiyyə edirəm

  2. Kamil , 09/03/2015 tarixində, saat 09:03

    Çöz gőzeldir.Maraqli melumatlar var.o

  3. Deniz , 29/03/2015 tarixində, saat 09:03

    Xeyirxahliqi burda oyrenin komek edin ki bir gun size de komek etsinler

  4. togrul , 21/10/2015 tarixində, saat 11:10

    salam doslar men bunu oxudum maraqlidir hami oxusun ki, geleceyde de indi de xeyirxah isleri gormeyi bacaraq

  5. əfsanə , 05/01/2016 tarixində, saat 14:01

    çox maraqlı melumatlardır insan butun heyati boyu çalismalaidir ki xeyirxah olsun ve xeyirli islər gorsun

  6. İsmayilzada Turkane , 24/01/2016 tarixində, saat 20:01

    Heqiqeten cox gozel ve tovsiyeli sozlerdi

  7. Orucov , 11/02/2016 tarixində, saat 18:02

    Bunlar bizim ve bawqalari icun yazilibki indiden dogru yolu secmeyi bacaraq

Şərh yaz