Mənəviyyata Açılan Pəncərə

Xütbəyə qulaq asmaq

Sual: Xütbəyə qulaq asmayanın cümə namazı keçərlidir?

Cavab: İl ərzində Ramazan ayı, gecələr içərisində Qədir gecəsi nə qədər böyük əhəmiyyətə malikdirsə, həftənin günlərindən cümə günü də elədir.

Allah-Təala Cumuə surəsində belə buyurur:

Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”(Cümə, 62/9)

Bu ayədə əzana, cümə gününə, cümə namazı və bu namazın fərz olmasına, cümə xütbəsinə işarə edilmişdir. Müfəssirlərin əksəriyyətinin fikrincə ayədəki “Allahı yad etmək” ifadəsi cümə xütbəsi haqqındadır. Hz. Peyğəmbər (s.ə.s) də xütbəsiz cümə namazı qıldırmamışdır. Bu səbəbdən cümə namazının şərtlərindən biri də cümə xütbəsinin oxunmasıdır. Xütbə oxunmayan cümə namazı məqbul deyil. Ancaq bir şəxs xütbəni dinləyə bilməsə və cümə namazı qurtarmadan namaza çatsa həmin namaz keçərlidir. Cümə günü xütbə oxunarkən camaat həmin xütbəni dinləməlidir. Xütbə əsnasında yolçu belə olsa hər hansı bir mükəlləf kişinin orada olması xütbənin keçərli olması üçün yetərlidir. Fəqehlər xütbə əsnasında danışmağın haram, susaraq xütbəyə qulaq asmağın isə fərz olduğunu bildirirlər. Minbərdən çox uzaqda xətibin səsini eşitməyənlər isə, ürəklərində Allahı zikr edə bilərlər. Bəzi fəqehlərə görə xütbəni eşitməyəcək qədər uzaqda olanlar Quran oxuya bilərlər.

Xütbə oxunarkən danışmaq və danışanı tənbeh etmək məkruhdur. Habelə xütbə dinləyənlərin sağa-sola baxması, salam verib alması da məkruh hesab olunmuşdur. Əbu Hüreyrədən rəvayətə görə, Hz. Peyğəmbər (s.ə.s) “Cümə günü imam xütbə oxuyarkən yoldaşına “sus” deyən kəs boş danışmışdır”[1] – buyurmuşdur.


[1]  Nəsai, Cümə, 22; Əbu Davud, Səlat, 228, 229, H. No: 1112; İbn Macə, İqamə, 86, H. No: 1110; Tirmizi, Cümə, 16, H. No: 51
Exit mobile version