1. 526 dəfə oxunub ,   0 şərh   Çap et

 

 عَنْ زَيْدِ بْنِ خَالِدٍ  قَالَ: صَلّٰى بِنَا رَسُولُ اللّٰهِ  صَلَاةَ الصُّبْحِ بِالْحُدَيْبِيَةِ ف۪ي إِثْرِ سَمَاءٍ كَانَتْ مِنَ اللَّيْلِ، فَلَمَّا انْصَرَفَ أَقْبَلَ عَلَى النَّاسِ فَقَالَ: هَلْ تَدْرُون مَاذَا قَالَ رَبُّكُمْ؟» قَالُوا: اَللّٰهُ وَرَسُولُهُ أَعْلَمُ قَالَ: «قَالَ: أَصْبَحَ مِنْ عِبَاد۪ي مُؤْمِنٌ بِي وَكَافِرٌ بِي، فَأَمَّا مَنْ قَالَ مُطِرْنَا بِفَضْلِ اللّٰهِ وَرَحْمَتِهِ فَذٰلِكَ مُؤْمِنٌ بيِ كَافِرٌ بِالْكَوَاكِبِ، وَأَمَّا مَنْ قَالَ: مُطِرْنَا بِنَوْءِ كَذَا وَكَذَا فَذٰلِكَ كَافِرٌ بِي مُؤْمِنٌ بِالْكَوَاكِبِ»

Zeyd ibn Xalid əl-Cuhəni (r.a.) nəql edir:

“Allah Rəsulu (əleyhi əfdalus salavat və əkməlut-tahiyyat) Hudeybiyyədə gecə yağan yağışın ardınca bizə sübh namazını qıldırdı. Namazı qurtarandan sonra üzünü camaata tutub: “Qüdrətli və Əzəmətli Rəbbiniz nə buyurdu, bilirsinizmi?” – deyə soruşdu. Camaat: “Allah və Rəsulu daha yaxşı bilir,” – dedi. Peyğəmbərimiz (s.ə.s.) belə bəyan etdi: “Allah-Təala buyurdu: “Bu gün bəzi qullarım mömin, bəziləri də kafir kimi (nemətimə nankorluq edərək və ya şirk edərək) səhərə çıxdı. “Allahın fəzli və mərhəməti ilə yağış yağdı” deyənlər Mənə iman etmiş, (həqiqi təsir gücünü ulduzlara aid etmədiklərinə görə) ulduzlara iman etməmişdir. “Bu ulduzun batıb çıxması ilə yağış yağdı” deyənlər (həqiqi təsir gücünü səbəblərdə gördüklərinə görə) isə Mənə deyil, ulduzlara iman etmişdir”. [Buxari, İstisqa 28; Müslim, İman 125]

İzah: Peyğəmbərimiz (s.ə.s.) həqiqi təsir gücünü səbəblərdə görmə düşüncəsini tamamilə aradan qaldırmaq, hər şeyin Allahın əlində olduğunu göstərmək, Onun uluhiyyətində bir olduğu kimi, rububiyyətində də bir olduğunu nəzərə çatdırmaq üçün bəzi hallarda  belə xəbərdarlıqlar etmişdir.

Bəli, necə ki Allah Zatında təkdir, eləcə də icraatında da köməkçilərə ehtiyacı yoxdur. Ulduz doğsa da, doğmasa da, yağışı göndərən Uca Allahdır. Amma çox vaxt yağışın gəlməsini hər hansı bir səbəblə və ya bir ulduzun doğması ilə əlaqələndirirlər. Bu, bir iqtirandır, yəni iki şeyin eyni vaxtda baş verməsidir. İnsanlar yağışın gəlməsinə hazırlansınlar deyə belə etmişdir. Amma Uca Allah  yağış göndərməyə də bilər. Bəli, O, nə istəsə, edə bilər. Peyğəmbərimiz (s.ə.s) insanları bu həqiqətə inandırmaq üçün, yəni səbəb və vasitələrin təsirsiz olduğunu, hər şeyin Müsəbbibül-Əsbəb* olan Allahın əlində olduğunu göstərmək üçün insanların əşya və hadisələrə səbəb və vasitə hesab etdiyi hər şeyi aradan qaldırır və nəzərləri Sonsuz Qüdrət Sahibinə yönəldir.



Açar sözləri

ibadət islam

Bənzər məqalələr

Peyğəmbərimiz və səhabələrin namazı

Möminin meracı sayılan namaz imanın əkiz qardaşı kimidir. Başqa sözlə, imanın əməli şəkli namaz, namazın da nəzəri şəkli imandır.

Nə üçün namaz?

İnsan yaradılış baxımından çox zəifdir. Hər şey ona təsir edib əziyyət verir. İnsan həm də acizdir. Düşmənləri və bəlaları saysız-hesabsızdır. İnsan xəstəliklər, təbiətdəki fəlakətlər, ölüm qarşısında gücsüzdür.

Çətin dövrlərdə təbliğ

İslamı təbliğ edənlər çətinlik və problemlərə qarşı ümidsizliyi aradan qaldırmaq üçün nə edə bilərlər?

Təbliğdə nələrə diqqət etməli?

Müasir dövrdə İslamı təbliğ edən möminlər nələrə diqqət etməlidirlər?

Təbliğçinin iki əsas xüsusiyyəti

Yasin surəsinin 21-ci ayəsindəki təbliğ ilə əlaqəli xüsusları necə anlamalıyıq?


Şərh yaz